Icma.az
close
up
RU
Zelenski bunu necə bacardı: Hörümçək əməliyyatının arxasındakı beyin general Malyuk kimdir… DOSYE

Zelenski bunu necə bacardı: Hörümçək əməliyyatının arxasındakı beyin general Malyuk kimdir… DOSYE

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Rusiyanın hərbi tarixinə ağır zərbə kimi daxil olan və müasir döyüş strategiyalarının sərhədlərini dəyişdirən hadisə: Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX/SBU) “Hörümçək” kod adlı xüsusi əməliyyatı Rusiya Federasiyasının dərinliyində yerləşən strateji hərbi hava bazalarını hədəfə alaraq onlarla Tu-95, Tu-22M3 və A-50 tipli strateji təyyarəni sıradan çıxarıb.

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin şəxsən nəzarət etdiyi bu unikal və uzunmüddətli hazırlıq tələb edən əməliyyat, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri general Vasili Malyukun komandanlığı altında həyata keçirilib. Əməliyyatın logistikası və taktikası indiyə qədər görülməmiş peşəkarlıq səviyyəsində təşkil olunub.

Dərinlikdə gizlənmiş hücum: Dronlar Rusiya ərazisinin içindən havaya qalxıb

Əməliyyatın ən sarsıdıcı tərəfi ondan ibarətdir ki, dronlar Ukrayna ərazisindən yox, birbaşa Rusiya ərazisinin içindən – strateji bazaların yaxınlığından buraxılıb. UTX bu məqsədlə əvvəlcə pilotsuz sistemləri yük maşınları ilə Rusiya ərazisinə keçirib, sonra isə mobil taxta evlərin içində gizlədərək strateji hərbi bazaların yaxınlığında yerləşdirib. Uzaqdan idarə olunan mexanizmlə bu evlərin damı açılıb və dronlar koordinasiyalı şəkildə havaya qalxaraq Rusiya aviasiyasına ölümcül zərbə endiriblər.

Ukrayna kəşfiyyatı bu hücumları Murmansk və İrkutsk vilayətlərində yerləşən Olenya və Belaya hərbi hava bazalarına yönəldib. Nəticədə 40-dan çox strateji bombardmançı və erkən xəbərdarlıq təyyarəsi sıradan çıxarılıb. Bunların arasında Ukraynaya qarşı raket zərbələrində istifadə edilən təyyarələr də var.

FSB-nin yanından koordinasiya – Zelenskidən sensasion açıqlama

Prezident Zelenski əməliyyatla bağlı çıxışında bildirib:

“Hazırlıq 1 il, 6 ay və 9 gün çəkdi. Planlama, təşkilatçılıq və hər bir detal ideal şəkildə həyata keçirildi. Bu, unikal bir əməliyyatdır. Ən maraqlısı isə budur ki, əməliyyatın idarə olunduğu ‘ofis’ Rusiya ərazisində, FSB-nin bir regional idarəsinin düz yaxınlığında yerləşib.”

Zelenski əlavə edib ki, əməliyyatda 117 dron və müvafiq sayda operator iştirak edib. Hədəfə alınan strateji təyyarələrin 34 faizi məhv edilib. Əməliyyat üç fərqli saat qurşağında yerləşən Rusiya bölgələrində eyni anda həyata keçirilib. Əməliyyatda iştirak edən şəxslər uğurla geri çəkilərək Ukrayna ərazisinə qayıdıblar.

General Vasili Malyuk – əməliyyatların arxasındakı beyin

Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi yüksək dəqiqlikli kəşfiyyat və pilotsuz hücum əməliyyatlarının arxasında duran əsas fiqur Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, general Vasili Malyukdur. O, müasir Ukrayna dövlətçiliyinin təhlükəsizlik sistemini yenidən quraraq müharibə şəraitində ona operativlik qazandıran strateji komandan sayılır.

1983-cü ildə Berdıçiv şəhərində anadan olan Vasili Malyuk Milli Təhlükəsizlik Xidmətləri Akademiyasını bitirdikdən sonra UTX-in müxtəlif strukturlarında – konstitusiya quruluşunun qorunması və antiterror sahələrində çalışıb. 2022-ci ildən başlayaraq Prezident Zelenskinin yaxın komandasında yer alan Malyuk qısa müddətdə çevik, effektiv qərarları və dərin əməliyyat təcrübəsi ilə fərqlənib.

Məhz onun rəhbərliyi ilə Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın öz ərazisində belə yüksək səviyyəli əməliyyatlar aparacaq gücə çatıb. “Hörümçək” əməliyyatı bu strategiyanın zirvəsi hesab olunur.

Əməliyyatdan dərhal sonra Malyuk Prezident Zelenskiyə raport təqdim edərək bildirib ki, əməliyyatda iştirak edən şəxslər vaxtında və təhlükəsiz şəkildə Rusiya ərazisindən çıxarılıb. Onun bu çıxışı Ukrayna ictimaiyyətində böyük rezonans doğurub və mütəxəssislər tərəfindən “yeni dövrün hibrid müharibə doktrinası” kimi dəyərləndirilib.

General Malyuk Ukraynada mediaya nadir hallarda çıxan, lakin fəaliyyəti ilə ölkənin təhlükəsizlik sistemində dərin dəyişikliklərə imza atan simadır. O, NATO və Aİ strukturları ilə əməkdaşlıqda, xüsusilə kiber təhlükəsizlik, pilotsuz sistemlər və daxili sabotajla mübarizə sahələrində aparıcı fiqur hesab olunur.

Yeni müharibə dövrü: Troya atından dronlara keçid

Bu əməliyyat Rusiya hərbi aviasiyasına ağır zərbə olmaqla yanaşı, müasir müharibənin necə dəyişdiyini də nümayiş etdirdi. Artıq quru qoşunlarının irəliləyişi və tankların sayı deyil, ağıllı texnologiyalar, kəşfiyyat və yüksək manevr qabiliyyəti həlledici rol oynayır.

Sosial şəbəkələrdə yayılan simvolik illüstrasiyalarda “Troya atı”ndan çıxan dronlar təsvir olunur. Bu təsvirlər müasir hərbi hiyləgərliyin pilotsuz texnologiyalarla necə birləşdiyini simvolizə edir.

Bakı və Ankara bu dəyişikliklərə nə qədər hazırdır?

Musavat.com xatırladır ki, dron müharibələrinin əsasını 44 günlük Vətən müharibəsində Azərbaycan qoyub. Məhz Türkiyə və İsrail istehsalı dronlar vasitəsilə Azərbaycan düşmənə qarşı texnologiya əsaslı müharibənin nə qədər effektli olduğunu göstərdi. Bu gün dünya orduları illərdir ki, Azərbaycanın həmin döyüşdə qazandığı təcrübəni öyrənir və tətbiq etməyə çalışır.

Ukraynanın Rusiyaya qarşı bu miqyaslı dron hücumu fonunda bölgədəki güclərin, xüsusilə Bakı və Ankaranın gələcək rəqəmsal və hibrid müharibələrə hazırlıq səviyyəsi bir daha aktual müzakirə mövzusuna çevrilir.

İstanbul görüşü ərəfəsində Ukraynanın mövqeyini gücləndirən zərbə

Əməliyyat elə bir vaxtda həyata keçirilib ki, bu da onu daha da əhəmiyyətli edir. İstanbulda Ukrayna-Rusiya danışıqlarının mümkün olduğu müzakirə edildiyi ərəfədə bu hərbi uğur Ukraynanın diplomatik mövqeyini gücləndirən mühüm faktora çevrilib.

Bu arada, KQB məktəbi keçmiş Vladimir Putinin rəhbərlik etdiyi hərbi və təhlükəsizlik sisteminə bu əməliyyat ən ciddi və öldürücü zərbələrdən biri hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 İyun 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri