Icma.az
close
up
RU
Ukrayna “hörümçək” əməliyyatını necə reallaşdırdı? Əməliyyatın arxasındakı beyin

Ukrayna “hörümçək” əməliyyatını necə reallaşdırdı? Əməliyyatın arxasındakı beyin

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın hərbi tarixinə ağır zərbə kimi daxil olan və müasir döyüş strategiyalarının sərhədlərini dəyişdirən hadisə: Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX/SBU) “Hörümçək” kod adlı xüsusi əməliyyatı Rusiya Federasiyasının dərinliyində yerləşən strateji hərbi hava bazalarını hədəfə alaraq onlarla Tu-95, Tu-22M3 və A-50 tipli strateji təyyarəni sıradan çıxarıb.

Ukrayna Prezidenti Volodimir Zelenskinin şəxsən nəzarət etdiyi bu unikal və uzunmüddətli hazırlıq tələb edən əməliyyat, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri general Vasili Malyukun komandanlığı altında həyata keçirilib. Əməliyyatın logistikası və taktikası indiyə qədər görülməmiş peşəkarlıq səviyyəsində təşkil olunub.

Dərinlikdə gizlənmiş hücum: Dronlar Rusiya ərazisinin içindən havaya qalxıb

Əməliyyatın ən sarsıdıcı tərəfi ondan ibarətdir ki, dronlar Ukrayna ərazisindən yox, birbaşa Rusiya ərazisinin içindən – strateji bazaların yaxınlığından buraxılıb. UTX bu məqsədlə əvvəlcə pilotsuz sistemləri yük maşınları ilə Rusiya ərazisinə keçirib, sonra isə mobil taxta evlərin içində gizlədərək strateji hərbi bazaların yaxınlığında yerləşdirib. Uzaqdan idarə olunan mexanizmlə bu evlərin damı açılıb və dronlar koordinasiyalı şəkildə havaya qalxaraq Rusiya aviasiyasına ölümcül zərbə endiriblər.

Ukrayna kəşfiyyatı bu hücumları Murmansk və İrkutsk vilayətlərində yerləşən Olenya və Belaya hərbi hava bazalarına yönəldib. Nəticədə 40-dan çox strateji bombardmançı və erkən xəbərdarlıq təyyarəsi sıradan çıxarılıb. Bunların arasında Ukraynaya qarşı raket zərbələrində istifadə edilən təyyarələr də var.

Prezident Zelenski əməliyyatla bağlı çıxışında bildirib: “Hazırlıq 1 il, 6 ay və 9 gün çəkdi. Planlama, təşkilatçılıq və hər bir detal ideal şəkildə həyata keçirildi. Bu, unikal bir əməliyyatdır. Ən maraqlısı isə budur ki, əməliyyatın idarə olunduğu ‘ofis’ Rusiya ərazisində, FSB-nin bir regional idarəsinin düz yaxınlığında yerləşib.”

Zelenski əlavə edib ki, əməliyyatda 117 dron və müvafiq sayda operator iştirak edib. Hədəfə alınan strateji təyyarələrin 34 faizi məhv edilib. Əməliyyat üç fərqli saat qurşağında yerləşən Rusiya bölgələrində eyni anda həyata keçirilib. Əməliyyatda iştirak edən şəxslər uğurla geri çəkilərək Ukrayna ərazisinə qayıdıblar.

General Vasili Malyuk – əməliyyatların arxasındakı beyin

Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi yüksək dəqiqlikli kəşfiyyat və pilotsuz hücum əməliyyatlarının arxasında duran əsas fiqur Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, general Vasili Malyukdur. O, müasir Ukrayna dövlətçiliyinin təhlükəsizlik sistemini yenidən quraraq müharibə şəraitində ona operativlik qazandıran strateji komandan sayılır.

1983-cü ildə Berdıçiv şəhərində anadan olan Vasili Malyuk Milli Təhlükəsizlik Xidmətləri Akademiyasını bitirdikdən sonra UTX-in müxtəlif strukturlarında – konstitusiya quruluşunun qorunması və antiterror sahələrində çalışıb. 2022-ci ildən başlayaraq Prezident Zelenskinin yaxın komandasında yer alan Malyuk qısa müddətdə çevik, effektiv qərarları və dərin əməliyyat təcrübəsi ilə fərqlənib.

Məhz onun rəhbərliyi ilə Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın öz ərazisində belə yüksək səviyyəli əməliyyatlar aparacaq gücə çatıb. “Hörümçək” əməliyyatı bu strategiyanın zirvəsi hesab olunur.

Əməliyyatdan dərhal sonra Malyuk Prezident Zelenskiyə raport təqdim edərək bildirib ki, əməliyyatda iştirak edən şəxslər vaxtında və təhlükəsiz şəkildə Rusiya ərazisindən çıxarılıb. Onun bu çıxışı Ukrayna ictimaiyyətində böyük rezonans doğurub və mütəxəssislər tərəfindən “yeni dövrün hibrid müharibə doktrinası” kimi dəyərləndirilib.

General Malyuk Ukraynada mediaya nadir hallarda çıxan, lakin fəaliyyəti ilə ölkənin təhlükəsizlik sistemində dərin dəyişikliklərə imza atan simadır. O, NATO və Aİ strukturları ilə əməkdaşlıqda, xüsusilə kiber təhlükəsizlik, pilotsuz sistemlər və daxili sabotajla mübarizə sahələrində aparıcı fiqur hesab olunur.

Yeni müharibə dövrü: Troya atından dronlara keçid

Bu əməliyyat Rusiya hərbi aviasiyasına ağır zərbə olmaqla yanaşı, müasir müharibənin necə dəyişdiyini də nümayiş etdirdi. Artıq quru qoşunlarının irəliləyişi və tankların sayı deyil, ağıllı texnologiyalar, kəşfiyyat və yüksək manevr qabiliyyəti həlledici rol oynayır.

Sosial şəbəkələrdə yayılan simvolik illüstrasiyalarda “Troya atı”ndan çıxan dronlar təsvir olunur. Bu təsvirlər müasir hərbi hiyləgərliyin pilotsuz texnologiyalarla necə birləşdiyini simvolizə edir.

Bakı və Ankara bu dəyişikliklərə nə qədər hazırdır?

Dron müharibələrinin əsasını 44 günlük Vətən müharibəsində Azərbaycan qoyub. Məhz Türkiyə və İsrail istehsalı dronlar vasitəsilə Azərbaycan düşmənə qarşı texnologiya əsaslı müharibənin nə qədər effektli olduğunu göstərdi. Bu gün dünya orduları illərdir ki, Azərbaycanın həmin döyüşdə qazandığı təcrübəni öyrənir və tətbiq etməyə çalışır.

Ukraynanın Rusiyaya qarşı bu miqyaslı dron hücumu fonunda bölgədəki güclərin, xüsusilə Bakı və Ankaranın gələcək rəqəmsal və hibrid müharibələrə hazırlıq səviyyəsi bir daha aktual müzakirə mövzusuna çevrilir.

İstanbul görüşü ərəfəsində Ukraynanın mövqeyini gücləndirən zərbə

Əməliyyat elə bir vaxtda həyata keçirilib ki, bu da onu daha da əhəmiyyətli edir. İstanbulda Ukrayna-Rusiya danışıqlarının mümkün olduğu müzakirə edildiyi ərəfədə bu hərbi uğur Ukraynanın diplomatik mövqeyini gücləndirən mühüm faktora çevrilib.

Bu arada, KQB məktəbi keçmiş Vladimir Putinin rəhbərlik etdiyi hərbi və təhlükəsizlik sisteminə bu əməliyyat ən ciddi və öldürücü zərbələrdən biri hesab olunur. (Musavat.com)


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyun 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri