Zelenski Donbasda azad iqtisadi zona və qoşunların çıxarılması məsələsinin referendumuna razılaşıb
Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Vladimir Zelenski Donbasda azad iqtisadi zona və qoşunların qarşılıqlı geri çəkilməsi məsələsinin referendumuna çıxarılmağına razılaşıb.
Bu barədə Zelenski "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.
"Mən düşünürəm ki, kompromis ondan ibarətdir ki, biz mövcud olan azad iqtisadi zonanı yaradacağıq və bir neçə kilometr geri çəkilməli olacağıq. Bu o deməkdir ki, Rusiya da bir neçə kilometr geri addım atmalıdır... Bu azad iqtisadi zonanın konkret qaydaları olacaq. Belə bir referendum bunun qəbul edilməsi və ya edilməməsi üçün bir yoldur," - deyə Ukrayna prezidenti qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın planında Ukraynadan Donbasın qalan hissəsindən qoşunlarını çıxarması tələb olunur, Rusiya isə öz qüvvələrini ora yerləşdirməsə də, inzibati nəzarəti həyata keçirir.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 31 Dekabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















