Zelenski: İran kəşfiyyatı bizi aldatdı!
Icma.az bildirir, Axar.az portalına istinadən.
İran Rusiyaya “Şahid” dronlarının ilk partiyasını - 1000 ədədini təhvil verəndə Ukrayna kəşfiyyatı İran kəşfiyyatı ilə əlaqə saxladı.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski İsrail mediasına müsahibəsində deyib.
“Biz onlardan Rusiyaya silah verməmələrini xahiş etdik. Onlara dedik ki, “Şahid” PUA-ları mülki vətəndaşlarımızı öldürsə, İran rejimi Rusiyanın müttəfiqi olacaq. Onlar cavab verdilər: “Xeyr, xeyr, biz bu məsələdə müttəfiq deyilik. Biz ruslara yalnız bir partiya “Şahid” satdıq. Bu, 1200 və ya 1300 dron olacaq, bu qədər. Artıq çatdırılma olmayacaq”. Amma onlar yalan danışdılar”, - o bildirib.
Zelenski qeyd edib ki, İran Rusiyaya təkcə dronları deyil, həm də “Şahid” istehsalı üçün lisenziyaları təhvil verdi, bu dronların istehsalı üçün iki fabrik tikməyə kömək etdi və öncə “Şahid” PUA-larının istifadəsinə özü nəzarət etdi, sonra isə ruslara təlim keçib onları öyrətdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 17 Mart 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















