Zelenski: Kəşfiyyat məlumatları Rusiyanın yeni kütləvi zərbə hazırladığını göstərir
Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu "Telegram" kanalında yayımlanan axşam video müraciətində açıqlayıb.
O, ukraynalıları ölkədə hava hücumu sirenlərinin elan edilməsində ayıq olmağa çağırıb.
"Bizdə kəşfiyyat məlumatları var ki, ruslar hava hücumundan müdafiə və raketləri sıradan çıxarmaq üçün dronlarla yeni kütləvi zərbə hazırlayırlar. Onlar soyuq hava şəraitindən istifadə etmək istəyirlər. Bu zərbə yaxın günlərdə baş verə bilər", - deyə Zelenski insanları özlərini və ölkəni qorumağa çağırıb.
Ukrayna mətbuatı xəbər verir ki, 9 yanvar gecəsi rus işğalçıları Lvova "Oreshnik" orta mənzilli ballistik raketi atıblar. Hərbi Hava Qüvvələri Komandanlığının kommunikasiya rəhbəri Yuri İqnatın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bununla NATO ölkələrini qorxutmağa çalışıb.
Eyni zamanda, NATO-nun baş katibi Mark Rutte Rusiyanın "Oreshnik" raketindən Alyans üzv dövlətlərinə siqnal göndərmək və onları Ukraynaya dəstəyi dayandırmağa məcbur etmək üçün istifadə etdiyini vurğulayıb. O, Ukraynanın sərt qışda böyük təzyiqlə üzləşdiyi bir vaxtda bütün NATO müttəfiqlərinin dəstəyinin indiyə qədər olduğundan daha vacib olduğunu vurğulayıb. Bundan əlavə, Rutte bildirib ki, Ukraynanın təhlükəsizliyi Alyansın təhlükəsizliyidir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 12 Yanvar 2026 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















