Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Kiyev, 17 noyabr, AZƏRTAC
Yeddi həftə ərzində hazırlanan əməliyyatın yeddinci mərhələsində Krım körpüsünə zərbə endirilib. Həlledici zərbəni endirmək üçün Ukrayna hərbçiləri müxtəlif pilotsuz uçuş aparatlarından və raketlərdən istifadə ediblər.
AZƏRTAC bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadla xəbər verir.
“Bu gün hər kəs Rusiya ərazisindən Krıma gedən əsas hərbi keçidin hansı vəziyyətə düşdüyünü görə bilər”, – deyə o bildirib.
Onun sözlərinə görə, əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Silahlı Qüvvələrin Baş Qərargahı ilə birgə hazırlanıb və koordinasiya edilib, onun həyata keçirilməsi isə bir neçə həftə davam edib.
Prezident əməliyyatı misli görünməmiş hadisə adlandırıb və Təhlükəsizlik Xidmətinə, Müdafiə Qüvvələrinin əməliyyata cəlb olunmuş bütün bölmələrinə, müdafiə nazirinə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanına, Baş Qərargaha, kəşfiyyat xidmətinə və silah istehsal edən hər kəsə təşəkkür edib.
“Döyüşçülərimiz son hədəfə gedən yolda hava hücumundan müdafiə sistemlərini, radarları, radioelektron mübarizə vasitələrini və müəyyən edilmiş digər obyektləri mərhələli şəkildə məhv ediblər”, – deyə V.Zelenski bildirib.
Prezidentin sözlərinə görə, əməliyyatın həlledici mərhələsində “Palyanitsa” pilotsuz uçuş aparatları yüksək səviyyədə gözəl nəticə göstərib. Onlar körpünün avtomobil yolu hissəsini vurublar. Dəmir yolu hissəsinə isə “Neptun” raketləri, “Ruta” və FP-5 pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.
Bundan əlavə, döyüşçülərimiz hədəfə “Flaminqo” vasitəsilə idarəolunan zərbə endiriblər.
“Biz dəfələrlə Rusiyaya gərginliyin azaldılmasına yönəlmiş addımlar təklif etmişik, lakin bütün təkliflərimizə yalnız sərt imtinalarla cavab almışıq”, – deyə dövlət başçısı vurğulayıb.
V.Zelenski qeyd edib ki, Rusiya hər gün Ukraynanın infrastrukturuna, o cümlədən Zaporojye, Dnepr, Kiyev və Odessa vilayətindəki körpülərə zərbələr endirir. “Biz infrastrukturumuzu bərpa edirik, eyni zamanda Rusiyaya xatırladırıq ki, müharibə həmişə başladığı yerə qayıdacaq”, - deyə o vurğulayıb.
“Ukraynanın müdafiə potensialı yüksəkdir və belə də qalacaq. Şəhərlərimizə və insanlara qarşı terroru heç vaxt cavabsız qoymayacağıq”, – deyə Ukrayna lideri fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, noyabrın 17-nə keçən gecə Krım körpüsünün bir hissəsi uçub.
Körpünün tağ hissəsi və avtomobil yolu üçün nəzərdə tutulan aşırımı suya düşüb. Rusiya Nəqliyyat Nazirliyi isə körpüdə hərəkətin mümkün olmadığını bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 17 Noyabr 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















