Zelenski Krivoy Roqdakı ticarət mərkəzinə KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə hücumunu sərt şəkildə pisləyib və baş verənləri əsl terror aktı kimi qiymətləndirib.
KONKRET.az xəbər verir ki, dövlət başçısı bu barədə özünün “Telegram” kanalında məlumat paylaşıb. O qeyd edib ki, rusiyalılar adi ticarət mərkəzinə qarşı son dərəcə kinli və hiyləgər zərbə endiriblər. Hücum iki dalğa ilə həyata keçirilib: ilk düşmə mərmisi və ondan yaranan yanğından yarım saat sonra xilasetmə xidmətlərinin işlədiyi əraziyə təkrar zərbə endirilib.
Zelenski son rəsmi rəqəmləri də açıqlayıb. Onun sözlərinə görə, hücum nəticəsində 5 nəfər həlak olub. Ölənlərin yaxınlarına və doğmalarına başsağlığı verilib. Xəsarət alanların sayı isə azı 52 nəfərə çatıb ki, onların da arasında 6 uşaq var. Bütün yaralılara zəruri tibbi yardım göstərilir.
Ukrayna lideri vurğulayıb ki, belə zərbələr məhz terrorizmdir və dünya birliyi buna uyğun olaraq təcavüzkara qarşı real təzyiqlə cavab verməlidir. Ədalətli və davamlı sülhün bərqərar olması üçün Rusiyanın məsuliyyətə cəlb edilməsi qaçılmazdır.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 21 Avqust 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















