Icma.az
close
up
RU
Zelenski: “Mən hamıdan təcrübəliyəm” VİDEO

Zelenski: “Mən hamıdan təcrübəliyəm” VİDEO

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Böyük Britaniyanın “Sky News” telekanalının aparıcısı Mark Ostinlə söhbətində belə deyib.
“Bəlkə də mən Ukraynanı müharibənin sonuna qədər aparacaq ən yaxşı insan deyiləm, amma ən təcrübəli mənəm”, - Volodimir Zelenski iddia edib.
2019-cu ildə prezident seçilən Volodimir Zelenskinin səlahiyyət müddəti 2024-cü ilin mayında bitsə də, o, öz vəzifəsində qalıb.
Yeri gəlmişkən, Ali Rada da hərbi vəziyyətə görə səlahiyyət müddətindən artıq fəaliyyət göstərir. Belə ki, Ukraynada parlament seçkiləri hələ 2023-cü ilin oktyabrında keçirilməli idi. Bununla belə, Radanın legitim olması ilə razılaşan ekspertlər, prezidentin səlahiyyət müddətinin artıq başa çatdığını bildirirlər.
Yermakdan Zelenski ilə bağlı təklif
Bu diskussiyalar fonunda Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak dünən Zelenskinin ikinci müddətə namizədliyini irəli sürməli olduğunu bildirib.
- Düşünürəm ki, Zelenski namizədliyini irəli sürməlidir, çünki o, ölkəmin müstəqillik illərində gördüyü ən yaxşı prezidentdir”, - Yermak “The Times” nəşrinə müsahibəsində deyib.
Ölkədə seçkilərin ancaq hərbi vəziyyət aradan qaldırıldıqdan sonra keçiriləcəyini bildirən Andrey Yermak, həmçinin Kiyevin meri Vitali Kliçkonun Ukrayna prezidentinin artan avtoritarizmi ilə bağlı sözlərini “cəfəngiyyat” adlandıraraq, Volodimir Zelenskinin demokrat olduğunu vurğulayıb.
Seçkilərə “sakit” hazırlıq
Ali Radanın spikeri Ruslan Stefançuk isə, öz növbəsində, Ukrayna hakimiyyətinin artıq yeni prezident və parlament seçkilərinə hazırlaşdığını, lakin bunu “sakitcə” etdiyini söyləyib.
“Biz bütün bunları sakitcə, səs-küysüz danışırıq. Amma biz bunu siyasi müstəviyə gətirmək istəmirik. Çünki dərhal başlayacaqlar: “Seçkilər sabahdır!”. Biz mütəmadi olaraq, razılaşdırma şurası, komitələr səviyyəsində bu müzakirələri aparırıq. Sadəcə, çalışırıq ki, onları ictimaiyyətə çatdırmayaq”, - Ali Radanın sədri “RBK-Ukrayna” telekanalına bildirib.
Onun sözlərinə görə, ukraynalı deputatlar Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə seçici siyahılarının və reyestrinin formalaşdırılmasını, ölkədən getmiş ukraynalıların seçkilərdə iştirakı məsələlərini müzakirə edirlər.
- Konstitusiya prezident və parlament seçkilərinin birgə keçirilməsini qadağan edir, ona görə də, çox güman ki, bunlar ayrı seçkilər olacaq. Hansı birincidir? Hansı ikincidir? Cavablandırılması lazım olan çoxlu suallar var”, - Stefançuk qeyd edib.
Həmçinin hərbi vəziyyət zamanı seçkilərin keçirilə bilmədiyinə diqqət çəkən siyasətçi, bununla belə, bu ehtimalın mövcud olduğunu etiraf edib.
- Əgər siz həqiqətən Ukraynada münaqişənin uzun müddət davam edəcəyini proqnozlaşdırırsınızsa, bəzi qərarlar qəbul olunmaldır, amma gəlin görək hadisələr necə cərəyan edəcək”, - parlamentin sədri vurğulayıb.
Onun sözlərinə görə, qarşıdan gələn seçkilər unikal olacaq, çünki indiyədək belə bir şey olmayıb. Proses Ukrayna Konstitusiyasının heç bir reqlamenti ilə uzlaşmadığı üçün bu, “nə təcili, nə də erkən seçki” olacaq.
Putin Kiyevə xəbərdarlıq edib | VİDEO Moskva Zelenskinin legitimliyini niyə tanımır?
Rusiya prezidenti Vladimir Putin dəfələrlə Zelenskinin legitimliyini itirdiyini bildirib. Bir neçə gün əvvəl, o, Peterburq Beynəlxalq İqtisadi Forumunda bir daha bildirib ki, ölkənin birinci şəxsi qeyri-legitim olduğu halda, Ukraynada bütün hakimiyyət sistemi analoji vəziyyətə düşür.
“Danışıqların nəticələrinə əsasən hazırlanacaq sənədlərdə imza qanuni orqanlardan olmalıdır, əks halda sonra gələn şəxs onların hamısını zibil qutusuna atacaq. Bu, mümkün deyil, biz ciddi məsələləri həll edirik”, - Rusiya lideri Moskvanın mövqeyini açıqlayıb.
Bu baxımdan, Zelenski vəzifəsini davam etdirsə və seçki keçirilməsə, Ukrayna münaqişəsinin həlli ilə bağlı sazişin imzalanmasında problem yarana bilər.
Bununla belə, “nöqtə qoymaq” üçün Vladimir Putin ukraynalı həmkarı ilə görüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Yeri gəlmişkən, Moskva, formal olaraq, belə sənədi Ali Radanın sədri Stefançukun imzalaya biləcəyini də bir neçə dəfə gündəmə gətirib. Lakin Ukrayna parlamentinin spikeri özü hər hansı sazişin onun tərəfindən imzalanması ehtimalını rədd edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 İyun 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri