Icma.az
close
up
RU
Zelenski Pekini açıq şəkildə ittiham edib

Zelenski Pekini açıq şəkildə ittiham edib

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski belə deyib.
“Təəssüf ki, Çin Rusiyaya döyüşməyə imkan verir - bu, məhz belə görünür. Çindən müharibənin genişləndirilməsinə imkan verilməməsi və atəşkəsin bərqərar olması ilə bağlı çoxlu bəyanatlar verilsə də, bu istiqamətdə həqiqətən güclü addımlar atılmayıb”, - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, bu məsələdə qlobal aktorları hərəkətə keçməyə inandırmaq lazımdır.
Bundan əvvəl Moskvaya qarşı sərt siyasətin ifrat tərəfdarı olan amerikalı senator Lindsi Qrem bildirib ki, Hindistan, Çin və Braziliya ucuz qiymətə Rusiya neftini almaqla Kremlin Ukraynaya qarşı hərbi əməliyyatlarını dəstəkləyirlər.
- Hindistan, Çin, Braziliya və digər ölkələr ucuz rus nefti alaraq Putinin döyüş maşınına dəstək verirlər - indi sizin alış-verişinizin günahsız mülki insanların, o cümlədən uşaqların ölümünə səbəb olması barədə nə düşünürsünüz?”, - senator ritorik sualla onlara müraciət edib.
Senator bildirib ki, Hindistan artıq Rusiyanı “dəstəkləməyin bahasını hiss edir” və digər dövlətlər də tezliklə bunun nəticələri ilə üzləşəcəklər.
Xatırladaq ki, avqustun 6-da ABŞ Hindistanın Rusiyadan neft və neft məhsulları almasına cavab olaraq bu ölkədən idxala tarifləri 25%-dən 50%-ə qaldıracağını açıqladı. Tramp Nyu-Dehlini “hərbi texnikasının çoxunu həmişə Moskvadan aldığına” və Pekinlə birlikdə Rusiyanın enerji resurslarının “ən böyük alıcılarından biri" olduğuna görə tənqid edib.
Tramp, həmçinin özünün “Truth Social” platformasında Hindistan və Rusiyanı tənqid edərək onları “ölü iqtisadiyyatlar” adlandırıb.
Lakin Hindistanın Xarici İşlər nazirliyi Rusiya neftinin idxalı ilə bağlı ABŞ və Avropa İttifaqının (Aİ) tənqidlərini əsassız adlandırıb.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azvision.az
archiveBu xəbər 29 Avqust 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri