Rusiya Ukraynaya yeni kütləvi hücumlara hazırlaşır Zelenski
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya yaxın vaxtlarda Ukraynaya yeni kütləvi hücumlara başlaya bilər.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski axşam çıxışında bildirib.
"Kəşfiyyat məlumatları var: rusiyalılar yeni kütləvi hücuma hazırlaşırlar. Hava hücumundan müdafiə və raketləri zəiflətmək üçün dronlar. Onlar soyuqdan istifadə etmək istəyirlər", - Zelenski vurğulayıb.
Zelenski qeyd edib ki, düşmənin yeni hücumu yaxın vaxtlarda baş verə bilər, o, ukraynalıları ayıq-sayıq olmağa çağırıb.
Xatırladaq ki, Rusiyanın Silahlı Qüvvələri son vaxtlar şiddətli soyuq hava şəraitində Ukraynanın enerji obyektlərini hədəfə alıb. Belə ki, Kiyevdə 9 yanvar gecəsi Rusiya qoşunları paytaxtın müxtəlif rayonlarındakı qazanxanaları hədəfə alıb. Yanvarın 12-ə keçən gecə Rusiya qüvvələri yenidən Odessaya hücum edərək, infrastruktura və yaşayış binalarına ziyan vurub. Bir rayonda elektrik enerjisi müvəqqəti olaraq kəsilib.
Prezident bildirib ki, Rusiyanın ölkənin vacib infrastrukturuna zərbələrindən sonra Ukraynanın bir sıra regionlarında vəziyyət çətin olaraq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 13 Yanvar 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















