Icma.az
close
up
RU
Zelenski: Rusiya yaxın 5 ildə NATO ya hücum edə bilər

Zelenski: Rusiya yaxın 5 ildə NATO ya hücum edə bilər

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NATO-nun müdafiə xərclərini artırmaq planları məntiqlidir, lakin planlaşdırılan temp çox ləngdir.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Sky News"a müsahibəsində deyib.

“Rusiya hökmdarı Vladimir Putin Alyansın gücünü yoxlamaq üçün yaxın 5 ildə NATO üzvü olan dövlətə hücum edə bilər. Biz inanırıq ki, 2030-cu ildən başlayaraq Putin əhəmiyyətli dərəcədə daha böyük imkanlara malik ola bilər”, - deyə Zelenski qeyd edib.

O əlavə edib ki, Ukrayna hazırda Rusiyanı geridə saxlayır, lakin qarşıda yeni təhlükələr ola bilər: “Bu gün o, Ukrayna tərəfindən saxlanılır, ordusunu gücləndirməyə vaxtı yoxdur”, - deyib.

Jurnalist Mark Ostin bir neçə ay ərzində Rusiyanın hücumunun mümkün olub-olmadığını soruşduqda, Zelenski "Putinin hazır olduğuna inanmıram" cavabını verib.

Zelenski NATO-nun 2035-ci ilə qədər xərclərin ÜDM-in 5%-nə qədər artmalı olduğu müdafiə planlarını da sərt şəkildə şərh edib. Lakin o, bu planların çox ləng getdiyinin müşahidə edildiyini deyib.

Ukrayna prezidenti Rusiyanın artıq yeni hərbi kampaniyalar planlaşdırdığını vurğulayaraq Qərbi gecikməməyə çağırıb: "Hər halda Putinə pauza lazımdır, ona sanksiyalar aradan qaldırılmalıdır, ona təlim keçmiş ordu lazımdır. Və 10 il çox uzun müddətdir. O vaxta qədər onun yeni ordusu hazır olacaq", - deyə bildirib.

Ukrayna mətbuatı xəbər verir ki, uzun müddətdir ki, Rusiya ilə NATO arasında birbaşa toqquşma barədə şayiələr dolaşır. Bu xəbərin fonunda NATO-nun baş katibi Mark Rutte Ukraynaya müdafiə dəstəyini 35 milyard avrodan çox artırmaq planlarını təsdiqləyib və 2035-ci ilə qədər üzv dövlətlərin xərclərini ÜDM-in 5%-ə çatdırmağın zəruriliyini açıqlayıb.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında qeyd olunur ki, Rusiya 2027-ci ilə qədər öz ordusunu bərpa edə biləcək və sonra potensial olaraq NATO-nu yenidən təhdid edəcək.

Almaniyanın müdafiə müşaviri Karsten Breuer bildirib ki, Alyans 2029-cu ilə qədər Rusiyanın mümkün hücumuna hazırlaşmalıdır. Aİ-nin xarici siyasət komissarı Kaja Kallas Rusiyadan kiberhücumlar, təxribat və hava pozuntuları şəklində təhlükənin artacağı barədə xəbərdarlıq edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 İyun 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri