Icma.az
close
up
RU
ZELENSKİ SEÇKİ KEÇİRMƏYƏ RAZILAŞDI “Ukrayna NATO üzvlüyündən də imtina edəcək, amma...”

ZELENSKİ SEÇKİ KEÇİRMƏYƏ RAZILAŞDI “Ukrayna NATO üzvlüyündən də imtina edəcək, amma...”

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna hakimiyyəti ölkədə seçkilərin keçirilməsinə razılıq verib.

Bunu Ukrayna nizamlanması üzrə Moskva-Vaşinqton danışıqlarında iştirak edən ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff jurnalist Taker Karlsona müsahibəsində deyib.

"Onlar (seçkilər-red.) olacaq. Bəli. Onlar (Ukrayna hakimiyyəti-red.) bununla razılaşdılar. Ukraynada seçkilər olacaq", - deyə Uitkoff bildirib. Lakin Trampın xüsusi nümayəndəsi seçkinin nə vaxt və hansı şərtlər daxilində keçiriləcəyini deməyib.

Xatırladaq ki, Ukrayna rəhbərliyi əvvəllər də seçkidən imtina etməyib. Lakin Ukrayna qanunvericiliyinə uyğun olaraq, hərbi vəziyyətə görə səsvermə keçirilməyib. Həmçinin, məlum məsələdir ki, hərbi əməliyyatların davam etdiyi, milyonlarla ukraynalının qaçqın düşdüyü bir şəraitdə seçki keçirilməsi fiziki olaraq da mümkün deyil. Qeyd edək ki, Ukraynada prezident və parlament seçkiləri keçən il keçirilməli idi.

Uitkoff həmçinin deyib ki, Zelenski və onun ofisinin rəhbəri Andrey Yermak “Ukraynanın NATO-ya üzv olmayacağı ilə bağlı razılığa gəliblər”.

Xatırladaq ki, Kiyevin NATO-ya qoşulmaqdan imtina etməsi Moskvanın əsas tələblərindən biridir. Ancaq bununla yanaşı, Uitkoff qeyd edib ki, Ukraynaya NATO-nun 5-ci maddəsinə (bu maddəyə görə bir NATO üzvünə hücum hamıya hücuma bərabərdir-red.) uyğun müdafiə formatının verilməsi müzakirə edilə bilər. Bu, o deməkdir ki, Ukrayna NATO üzvü olmadan da NATO-nun əsas təhlükəsizlik təminatını ala bilər.

Bundan əlavə, Uitkoff tərəflər arasında atəşkəs danışıqlarının bəzi təfərrüatlarını da paylaşıb. Onun sözlərinə görə, hazırda Qara dənizdə gəmilərin atəşə tutulmasına moratoriumun qoyulması müzakirə olunur: "Biz artıq yaxın bir həftə ərzində bunun həyata keçirilməsinə yaxınlaşırıq. Son məqsəd isə 30 günlük atəşkəsdir və həmin müddət ərzində biz daimi atəşkəsi müzakirə edəcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Mart 2025 01:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri