Icma.az
close
up
RU
Akif Nağı: Pəhləvilər o qədər cinayət törədiblər ki , geriyə qayıtmağa haqları yoxdu

Akif Nağı: Pəhləvilər o qədər cinayət törədiblər ki , geriyə qayıtmağa haqları yoxdu

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Real görünən şahlığın bərpa edilməsi deyil , hakimiyyətin xarakterinin dəyişdirilməsidir

Şahlıq bərpa olunarsa , onda hakimiyyətə qayıtmalı olan qüvvə Qacarlar olmalıdır

İranda etiraz aksiyaları davam edir. 2025-ci ilin son günlərindən başlayan aksiyalar 36 şəhəri əhatə edir və prosesin yeni regionlara yayılması müşahidə olunur. Yüksək inflyasiya, milli valyutanın sürətlə dəyərdən düşməsi, işsizlik və əhalinin alıcılıq qabiliyyətinin kəskin azalması etirazların əsas səbəbləri kimi göstərilir. Hadisələrin gedişi isə təkcə sosial narazılıqla məhdudlaşmır, artıq siyasi və ideoloji çalarlar da qazanmağa başlayır.

Etirazların bir sıra şəhərlərdə zorakılığa çevrildiyi, təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmaların baş verdiyi bildirilir. İran mediası və insan haqları təşkilatlarının məlumatlarına görə, bu toqquşmalar nəticəsində həm etirazçılar, həm də təhlükəsizlik işçiləri arasında ölən və yaralananlar var.

 Qərb əyalətlərində, xüsusilə Lordaqan, Kuhdəşt və Kirmanşah kimi şəhərlərdə vəziyyətin daha gərgin olduğu qeyd olunur. Bəzi ərazilərdə hərbi vəziyyətin elan edilməsi və təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi hakimiyyətin etirazları ciddi təhlükə kimi qiymətləndirdiyini göstərir.

Rəsmi Tehran etirazlara bir tərəfdən sərt təhlükəsizlik tədbirləri, digər tərəfdən isə dialoq çağırışları ilə cavab verir. Hökumət nümayəndələri həmkarlar ittifaqları və tacirlərlə danışıqlara hazır olduqlarını bəyan edir. Prezident Məsud Pezeşkianın etirazçıların “qanuni tələblərinin” nəzərə alınması barədə açıqlaması və sosial ədalətə dair dini arqumentlərə istinad etməsi isə hakimiyyətin vəziyyətin ciddiliyini dərk etdiyini göstərir.

İrandakı etiraz aksiyalarının daha da genişlənəcəyini vurğulayan Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında bildirib ki, 1925-ci ildə türk Qacarları devirib, fars Pəhləviləri hakimiyyətə gətirən qüvvələr yenidən Pəhləviləri qaytarmaq istəyirlər. Pəhləvilər isə o qədər cinayət törədiblər ki , geriyə qayıtmağa haqları yoxdu:

" Ümumiyyətlə, dünya şahlıq , krallıq rejimlərindən artıq imtina edib. İstisna hal kimi orada şahlıq bərpa olunarsa , onda hakimiyyətə qayıtmalı olan qüvvə Qacarlar olmalıdı. Onlar hakimiyyətdən zorla devrildilər , sonuncu nümayəndələri Əhməd şah ölkəni 1923-cü ildə tərk etdi , amma taxt-tacdan imtina etmədi. Onun devrildiyini , Rza xanın şah seçildiyini ölkə parlamenti 1925-ci ildə elan etdi. Parlamentin kimisə şahlıqdan salmağa , kimisə seçməyə səlahiyyəti yox idi. Pəhləvilər hakimiyyətə qeyri-qanuni , çevriliş yolu ilə gəlmişdi, indi hakimiyyətə qayıtmağa da haqları yoxdu. Əhməd şah və onun varisləri bu günə qədər şahlığa qanuni hüquqlarını saxlayırlar. Qacarların nümayəndəsi Məhəmməd Müsəddiq 1951- 1953-cü illərdə Pəhləviləri devirməyə cəhd göstərdi, Məhəmməd Rza şahı ölkədən qovdu, amma ingilis və amerikanlar onu yenidən hakimiyyətə qaytardılar".

A. Nağının sözlərinə görə, indiki vəziyyətdə real görünən şahlığın bərpa edilməsi deyil , hakimiyyətin xarakterinin dəyişdirilməsidir:

"İran İslam inqilabı dövründə azərbaycanlı lider Şəriətmədarinin təklif etdiyi variantla dünyəvi dövlətə çevrilməli, buna uyğun siyasi sistem formalaşdırılmalıdır. Bu prosesə Pezeşkian rəhbərlik etməlidir. Bütün mütərəqqi qüvvələr, o cümlədən Azərbaycanlılar onun ətrafında birləşməlidirlər. Xarici qüvvələrin ölkədə gedən proseslərə təsir etmələrinə , idarə etmələrinə imkan verilməməlidir. Baş verəcək dəyişiklik nəticəsində ölkənin 1925-ci ildə itirilmiş dördmin illik Azərbaycan xarakteri özünə qaytarılmalıdır. İlk addım olaraq , Azərbaycan dili dövlət dili elan olunmalıdır. Səttarxan, Şeyx Məhəmməd Xiyabani , Pişəvəri " Təbriz bütün İrana azadlıq gətirəcəkdir!" şüarı , tələbi ilə mübarizə aparırdılar. İndi hər kəs üçün aydın olmalıdır ki , İranı azərbaycanlılar xilas edəcək, qonşuluğumuzda azərbaycanlıların hakim olduğu, bütün millətlərin birgə və xoş münasibətlərlə yaşadıqları müasir bir dövlət yaranacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Yanvar 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri