Zelenski Suriyanı da bu siyahıya daxil etdi
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Ukrayna Prezidenti Volodimir Zelenski Suriyanın yeni hakimiyyətini dəstəkləmək üçün Ukraynanın “avropalılar və ABŞ-la əlaqə saxlayacağını” bildirib və iki dövlət arasında diplomatik münasibətlərin bərpa olunacağını elan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında yazıb.
“Bu il biz etibarlı tərəfdaşlarımızın sırasına daha çox ölkə əlavə edə bilərik. Xüsusilə Suriya. Biz Suriya ilə diplomatik münasibətləri bərpa etməyə hazırlaşırıq”, – Zelenski bildirib.
Məlumata görə, Zelenski Ukraynanın xarici işlər və aqrar siyasət nazirlərinin Suriyaya səfəri ilə bağlı hesabatı dinləyib və bəyan edib ki, Dəməşqə “Ukraynadan taxıl” proqramı üçün Suriya administrasiyası və bütün ölkələrlə əməkdaşlıq ediləcək.
Qeyd edək ki, Suriyada hakimiyyət dəyişikliyindən sonra Zelenski rəsmilərlə bu Yaxın Şərq ölkəsinə yardımı müzakirə edib. Dekabrın 27-də Ukrayna 500 ton buğda ununun humanitar yardım kimi Suriyaya göndərildiyini açıqlayıb.
Safura Bənnayeva
Globalinfo.az
Baxış sayı:135
Bu xəbər 02 Yanvar 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















