Zelenski təhdid etdi, Türkiyə Moskvaya reysləri dayandırdı
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az “Ostorojno Novosti” və “Post” nəşrlərinə istinadən bildirir ki, hadisə sentyabrın 2-də gecə baş verib.
Xüsusilə, Bodrum-Moskva, İzmir-Moskva və Antalya-Moskva reysləri ilə uçan təyyarələr hava limanlarına qaytarılıb. Həmin səhər aviaşirkət İstanbuldan Moskva və Sankt-Peterburqa, eləcə də Antalya, İzmir və Dalamandan Rusiyanın digər şəhərlərinə onlarla uçuşu ləğv edib. Rusiyadan geri dönüş reysləri də dayandırılıb.
“Pegasus” nümayəndəsi ləğv edilmiş reyslərdən birində sərnişinlərə Türkiyə tərəfinin uçuşları qadağan etdiyini və şirkəti bundan sonra nə gözləyəcəyini bilmədiyini deyib.
“Pegasus”un Rusiyadakı bilet satışı kassalarının əməkdaşları qeyd ediblər ki, uçuşların bərpa olunub-olunmayacağı barədə informasiyaya malik deyillər. Ona görə də qarşıdakı reyslər barədə məlumat verə bilməyiblər.
“Ostorojno Novosti”nin xəbərinə görə, dünən gecə Moskva hava limanlarında dron təhlükəsi səbəbindən təxminən 80 reys ləğv edilib və ya təxirə salınıb. Xüsusilə, Şeremetyevoda 40, Domodedovoda 20 və Vnukovoda 17 reys dayandırılıb.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Moskva vilayəti və ilhaq edilmiş Krım da daxil olmaqla, Rusiyanın 11 bölgəsində gecə ərzində 130 Ukrayna dronu vurulub.
Ukrayna Prezidenti Volodimir Zelenski bir gün əvvəl Rusiya üzərindəki hava məkanının faktiki olaraq bloklanacağını bildirib.
“Rusiya hava məkanından istifadə edən hər bir aviaşirkəti, hər bir sığortaçını və əsas Rusiya hava limanlarından istifadə etməyə davam edən hər kəsi xəbərdar etmək istəyirik: Rusiya hava məkanı tamamilə təhlükəli hala gəlir”, - o deyib.
Rusiyanın dövlət başçısı Vladimir Putin V.Zelenskinin açıqlamasını dövlət terrorizminə cəhd adlandırıb.
“Biz cavab verməyin yolunu tapacağıq. Buna heç kimin şübhəsi olmasın”, - Kreml sahibi söyləyib.
Mürtəza
Baxış sayı:180
Bu xəbər 02 Sentyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















