Icma.az
close
up
RU
“Zelenski təmiz nasist və yəhudi xalqının xaininə çevrilib“ Sergey Lavrov

“Zelenski təmiz nasist və yəhudi xalqının xaininə çevrilib“ Sergey Lavrov

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Vaşinqtonda sağlam məntiqlə hərəkət edən insanlar hakimiyyətə gəlib, amma eyforiyaya qapılmaq olmaz..."

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı kobud ifadə işlədib. O, qonşu ölkənin liderini "təmiz nasist" və "yəhudi xalqının xaini" adlandırıb.

Moderator.az xəbər verir ki, bu barədə o, "Krasnaya Zvezda" media holdinqinə verdiyi müsahibəsində səsləndirib. 

Müsahibədə Rusiya xarici işlər naziri Ukraynadakı münaqişənin Rusiya versiyasına əsaslanan tarixi haqqında danışıb. Lavrov ənənəvi olaraq münaqişənin başlanmasına görə Qərb ölkələrini ittiham edib.

Onun sözlərinə görə, bu münaqişənin "sifarişçiləri" arasında ABŞ da olub. Lakin indi vəziyyət dəyişib, Vaşinqtonda hakimiyyətə "sağlam məntiqlə hərəkət etməyə hazır olan" insanlar gəlib, Lavrov deyib.

O, xatırladıb ki, Donald Trampın komandası açıq şəkildə dünyadakı bütün müharibələri dayandırmaq istədiklərini bəyan edir. Bununla belə, Rusiya XİN rəhbəri eyforiyaya qapılmamağa çağırıb, çünki Ağ Ev administrasiyasının əsas məqsədi ABŞ-ı dünyada birinci ölkəyə çevirməkdir.

Bununla yanaşı, Lavrov hesab edir ki, Donald Tramp praqmatik siyasətçidir, Dövlət katibi Marko Rubio və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Uolts isə "hər mənada tamamilə adekvat insanlardır". Onun sözlərinə görə, onlar "düzgün davranır", Avropa liderləri barədə isə bunu demək olmaz.

Rusiya XİN rəhbəri Avropa siyasətçilərini Minsk razılaşmalarına əməl etməməkdə ittiham edib və onların bu faktı "yaxın vaxtlarda açıq şəkildə etiraf etdiyini" vurğulayıb.

Lavrovun fikrincə, Avropa siyasətçiləri Ukraynada sülhün bərqərar olmasında maraqlı deyil və qan tökülməsini dayandırmamaq üçün yeni planlar hazırlamağa davam edir. Onlardan biri Rusiya-Ukrayna münaqişə zonasına sülhməramlı kontingent göndərmək təklifidir. Rusiya XİN rəhbəri bu ideyanı "Kiyev rejimini bizə, yəni Rusiyaya qarşı müharibəyə təhrik etməyin davamı" kimi qiymətləndirib.

Sergey Lavrov həmçinin bildirib ki, Avropa İttifaqı ölkələri əvvəlcə Poroşenkonu, sonra isə Zelenskini "öz süngüləri üzərində hakimiyyətə gətirib". Rusiya diplomatiyasının rəhbərinin sözlərinə görə, sonuncunu Rusiyaya qarşı mübarizəyə "təhrik ediblər".

"Vladimir Zelenski hakimiyyətə sülh şüarları ilə gəlib, "rus dilindən əl çəkin, bu bizim ümumi dilimiz, ümumi mədəniyyətimizdir" deyən bir adamdan cəmi altı ay ərzində təmiz nasistə çevrilib və Rusiya prezidenti Vladimir Putinin düzgün qeyd etdiyi kimi, yəhudi xalqının xaininə çevrilib", - Sergey Lavrov bəyan edib.

"Ona hakimiyyətə gəlməyə və irəliləməyə kömək edənlər indi onu yenidən "süngüləri" ilə- sülhməramlı bölmələr şəklində dəstəkləmək istəyir", - Rusiya XİN rəhbəri əlavə edib.

Sonda Lavrov "kollektiv Qərb" ölkələrini Buçada baş verən faciənin qurama olmasında, həmçinin Ukraynada rus dilinin statusuna laqeyd yanaşmaqda və ikili standartlar tətbiq etməkdə dolayı şəkildə ittiham edib. "İkiüzlülük, cəhalət, riyakarlıq- biz məhz bunlarla üzləşirik", -  Sergey Lavrov bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Mart 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri