Zelenski üç əsas vəzifəni Umerova tapşırdı
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının hazırkı katibi Rüstəm Umerovun qarşısında duran əsas vəzifələri açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Kiyevdə İrlandiya Baş naziri Mixol Martinlə keçirdiyi birgə mətbuat konfransında danışıb.
“Rüstəm Umerovun üç əsas vəzifəsi olacaq: danışıqlar, müharibənin başa çatdırılması üzrə fəaliyyətin koordinasiyası, “drone deal” (“Freya” adlı antiballistik proqram)”, - prezident deyib.
Zelenskinin sözlərinə görə, əgər bu layihələr beynəlxalq tərəfdaşların dəstəyi ilə uğurla həyata keçirilərsə, bu, Ukraynanın müdafiəsi üçün tamamilə yeni mərhələ ola bilər.
Bununla yanaşı, o, Rüstəm Umerovun hazırkı postundan ayrıldıqdan sonra hansı vəzifəyə təyin olunacağını dəqiqləşdirməyib.
Xatırladaq ki, Rüstəm Umerov 2025-ci il iyulun 18-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib. Zelenski 2026-cı il iyulun 17-də keçmiş daxili işlər naziri İqor Klimenkoya şuranın katibi vəzifəsini təklif edib. Amma bununla bağlı prezidentin fərmanı hələ də dərc olunmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 23 İyul 2026 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















