Zelenski: Ukrayna ABŞ dan 27 “Patriot” hava hücumundan müdafiə sistemi almaq istəyir
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna ABŞ istehsalı olan 27 “Patriot” hava hücumundan müdafiə sistemini sifariş vermək niyyətindədir.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Guardian”a müsahibəsində danışıb.
Onun sözlərinə görə, son həftələrdə Rusiya Ukraynanın enerji infrastrukturuna dəfələrlə zərbələr endirib ki, bu da elektrik enerjisinin tez-tez kəsilməsinə səbəb olub: “Belə şəraitdə yaşayırıq. Bu bizim üçün artıq adi haldır. Kiyevdə də, başqa yerlərdə də bəzən işıqlar sönür”.
Zelenskinin sözlərinə görə, Rusiya tərəfindən gecə saatlarında göndərilən pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından müdafiə olunmaq üçün Ukrayna beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.
O, həmçinin bildirib ki, ABŞ-dan 27 “Patriot” sistemi almaqla yanaşı, Avropa ölkələri də öz mövcud “Patriot” sistemlərini Ukraynaya verməyi nəzərdən keçirə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 10 Noyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















