Zelenski Ukrayna hərbçilərinin xarici ölkələrə göndərilməsinə dair qanun imzaladı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələri bölmələrinin başqa ölkələrə göndərilməsi haqqında qanun imzalayıb.
Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir.
Qeyd edilir ki, qanun hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrinin müvafiq bölmələrinin Türkiyə və Böyük Britaniyaya göndərilməsini nəzərdə tutur.
Ukrayna müdafiə naziri Denis Şmıqalın izahatında bildirildiyi kimi, Rusiya ilə davam edən müharibə və Rusiyanın Ukrayna ərazilərini ələ keçirmək üçün səylərini artması ilə əlaqədar olaraq, hərbçi qulluqçuların müvafiq bölmələrin tərkibində tərəfdaş ölkələrə göndərilməsi zərurəti yaranıb. Bu da mürəkkəb hərbi texnikanın alınmasına və Ukraynanın suverenliyinin müdafiəsi üçün onlardan istifadənin peşəkar şəkildə mənimsənilməsinə şərait yaradacaq.
Ukrayna Silahlı Qüvvələri bölmələrinin Türkiyə və Böyük Britaniyaya yönləndirilməsi və orada yerləşdirilməsi ilə bağlı 135 milyon qriven məbləğində xərclərin Ukrayna Müdafiə Nazirliyinin 2025-ci il üçün ayırmaları çərçivəsində ödənilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 22 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















