Zelenski: Ukraynanın 35 milyardlıq PUA və raket istehsal etmək gücü var
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna 2026‑cı ilə qədər 35 milyard dollar dəyərində raket və pilotsuz uçuş aparatları istehsal etmək gücündədir.
Turkustan.az xəbər verir ki, bu barədə dövlət başçısı Niderlandın baş naziri Dik Şofla jurnalistlərlə birgə söhbəti zamanı bildirib.
“2026‑cı ildə istehsal edə biləcəyimiz raket və dronların həcmi 35 milyard dollardır. Bu gün bizim anlayışımız belədir və biz inanırıq ki, bu reallıqdır”, — Zelenski deyib.
O qeyd edib ki, istehsal olunan dronların və raketlərin faktiki həcmi əldə ediləcək maliyyədən asılı olacaq. Onun sözlərinə görə, maliyyə mənbələri arasında 30‑dan çox ikitərəfli təhlükəsizlik sazişi olacaq. Zelenski həmçinin Rusiyanın dondurulmuş aktivlərinin bu məqsədlər üçün istifadə olunacağına ümid etdiyini bildirib.
“Sammit zamanı mən Danimarkada müvafiq danışıqlara başladım, bəzi liderlərin müsbət reaksiyasını gördük — onlara müvafiq arqumentlər təqdim etdim”, — prezident əlavə edib.
O qeyd edib ki, Ukrayna Rusiyanın dondurulmuş aktivlərinin yönəldilə biləcəyi üç əsas paket görür: birinci paket — əhalinin ehtiyac duyduğu və ilk növbədə silahlara ayrılacaq vəsaitlər; ikinci paket — Ukraynanın istehsal etmədiyi Avropa silahları; üçüncü paket — Ukraynanın istehsal etmədiyi Avropa hərbi sistemləri.
Aytən Yaşar/ Turkustan.az


