Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Zelenski və avropalı müttəfiqləri ABŞ ı yanlarında görmək istəyirlərsə... RƏY

Zelenski və avropalı müttəfiqləri ABŞ ı yanlarında görmək istəyirlərsə... RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyada Avropa liderləri ilə görüşlərini tamamladıqdan sonra ABŞ-la münasibətlərə dair mühüm mesajlar verib. O, jurnalistlərə açıqlamasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığın hələ uzaqda olduğunu bildirib. Bununla yanaşı, Kiyevin Vaşinqtonla nadir torpaq metallarının çıxarılması üzrə müqavilə imzalamağa hələ də hazır olduğunu vurğulayıb. Bu açıqlama ABŞ prezidenti Donald Tramp ilə fevralın 25-də baş tutan görüşdən sonra xüsusi önəm kəsb edir. Çünki Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsinə yanaşması əvvəlki ABŞ hakimiyyətindən fərqlənir. Yeni mövqeyə görə, ABŞ bu müharibədə iştirakını azaltmağa və Avropanı daha çox maliyyə yükü götürməyə təşviq etməyə çalışır. Bütün bunlara baxmayaraq, Zelenski Kiyevin Vaşinqtonla konstruktiv münasibətləri bərpa edə biləcəyinə inandığını bildirib.



Siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a bildirib ki, Volodimer Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasındakı gərginlikdən və Vaşinqton səfərini yarımçıq kəsməsindən cəmi iki gün sonra Ukrayna prezidenti Londonda Avropa liderlərinin sammitində iştirak edib:


“Görüşdə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini təmin etməli olan qalıcı sülh məqsədinə çatmaq üçün hərbi yardımı davam etdirmək barədə razılıq əldə olunsa da, ABŞ-ın güclü dəstəyinə sahib olmağın da vacibliyi vurğulandı. Görüşdə bir daha aydın oldu ki, ABŞ olmadan Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti və güclü dəstək verməsi indiki halda çətin görünür. Onlar Ukraynaya yardımı davam etdirmək barədə razılaşmaqla yanaşı, ABŞ-ı ənənəvi dəstəyi davam etdirməyə də inandırmağa çalışırlar”.


Ekspert söyləyib ki, Cozef Baydenin gedişindən sonra hakimiyyətə gələn Donlad Tramp Rusiya-Ukrayna müharibəsinə yanaşmada fərqlilik yaradıb:

“Ona görə də bu müharibə Avropa üzərindəmaliyyə, hərbi, təhlükəsizlik məsuliyyətini artırır. Bu səbəbdən də Avropa ölkələri ABŞ-ın onlarla birgə vahid mövqedən çıxış etməsi üçün əllərindən gələni edirlər. Lakin müharibəyə Donald Trampın administrasiyasının və Avropanın fərqli yanaşması ABŞ və müttəfiqləri arasında münasibətləri korlayıb. Əgər Ukrayna və avropalı müttəfiqləri ABŞ-ı yanlarında görmək istəyirlərsə, onun bu müharibəyə yanaşmasına hörmət etməyə məcburdurlar. Bu da sülh əldə edilərsə, Ukraynanı güzəştlərə getmək məcburiyyətində qoyacaq. Bunun əksinə olaraq Avropa ölkələri bu gedişatı özlərinin məğlubiyyəti kimi görərsə və inadkarlıq edərlərsə, Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində görülən işlər sıfırlana bilər. Həmçinin savaş uzanacaq və yeni formada -ABŞ-sız davam etdiriləcək. Buradakı digər faktor maraqlar kontekstində diqqətləri cəlb edir, belə ki, ABŞ Ukraynadakı faydalı yeraltı sərvətlər barəsində Ukrayna ilə uzlaşa bilərsə, Rusiya ilə münasibətləri kəskinləşdirmədən bunun əvəzini verəcək və özünü neytral “alverçi” kimi göstərəcək. Amma bu yardım ABŞ-ın müharibəyə qarşı ritorikasını dəyişdirməyəcək və dünyadakı qlobal məsələlərə yanaşmasındakı iddialarını saxlayacaq”.

E.Səftərov deyib ki, fevralın 25-də ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron arasında Ukraynada və Avropada təhlükəsizliyi müzakirə etmək üçün keçirilən görüşdə Kiyevə yardım məsələsinin xarakteristikası da gündəmdə idi:

“Belə ki, ABŞ prezidenti iddia etdi ki, Avropa Ukraynaya müharibə səyləri üçün, sadəcə, kredit verir və bunun qaytarılacağını gözləyir. Emmanuel Makron isə onların (Avropanın) bütün əməliyyatın 60 faizini ödədiyini dedi. Bundan əlavə, o, Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya yardım edildiyini, bunun isə borc kimi olmadığını dedi. Lakin bəllidir ki, Ukraynaya təkcə qarşılıqsız dəstək və Rusiyanın dondurulmuş maliyyəsi verilmir, həm də kreditlər və borclar da verilir. Bu yardımlar özü iştirak etməsə də, maliyyə və hərbi baxımdan bu savaşın bir hissəsi kimi Avropanı təmsil edir, həmçinin onların iqtisadiyyatlarına xeyli miqdarda maliyyə gəlməsinə şərait yaradır, bir növ özlərinə qayıdır, silah istehsalçılarına gedir. Məsələn, Londonda Avropa liderlərinin sammitindən sonra Böyük Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq dəyərində ixrac maliyyəsi ayıracağını elan etdi. Böyük Britaniyanın Baş naziri Kir Starmer bu yardımın Böyük Britaniyanın müdafiə sektorunda yeni iş yerləri yaradacağını bildirib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Mart 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see380

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri