Icma.az
close
up
RU
Zelenski və Tramp arasında keçirilən görüş savaşın gələcəyinə aydınlıq gətirdi ANALİZ

Zelenski və Tramp arasında keçirilən görüş savaşın gələcəyinə aydınlıq gətirdi ANALİZ

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) liderləri Macarıstanın etirazları səbəbindən Ukrayna üçün nəzərdə tutulmuş 20 milyard avro dəyərində yeni hərbi yardım paketinin hazırlanmasını müvəqqəti olaraq dayandırıb. Bu barədə “Politico” Avropa İttifaqı Şurasının yaydığı sənədə istinadən məlumat yayıb. Macarıstan uzun müddətdir ki, Ukraynaya genişmiqyaslı hərbi yardımlara qarşı çıxır və Aİ daxilində bu istiqamətdə konsensusun yaranmasına mane olur. Macarıstanın baş naziri Viktor Orban, Ukraynaya yardımların davam etdirilməsinin Avropa ölkələrinin iqtisadi maraqlarına zidd olduğunu bildirərək, Kiyevin hərbi dəstəyə ehtiyacından çox sülh danışıqlarına yönəlməli olduğunu vurğulayıb. Bununla yanaşı, ABŞ prezidenti Donald Trampın göstərişi ilə Vaşinqton da Ukraynaya bütün hərbi yardımı dayandırıb. Tramp administrasiyası Ukraynaya dəstək siyasətinə əvvəlki ABŞ hökumətindən daha fərqli yanaşır və Avropanın bu məsuliyyəti öz üzərinə götürməli olduğunu bildirir. ABŞ-ın bu qərarı Avropa liderləri arasında narahatlıq yaradıb, çünki Vaşinqtonun dəstəyi olmadan Ukraynaya hərbi yardımın tamamilə Aİ ölkələrinin üzərinə düşəcəyi aydın görünür.


Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a qeyd edib ki, Amerika Birləşmiş Ştatlarında Zelenski və Tramp arasında keçirilən görüş savaşın gələcəyinə aydınlıq gətirdi:


“Çox gərgin mübahisələrlə yadda qalan görüşdə Tramp öz fikrini qəti ifadə etdi. Bundan sonra Avropa liderləri Trampı tənqid və Zelenskini təqdir etməyə başladılar. Ukrayna daxilində də Zelenskiyə böyük alqışlar yağdırıldı. Bütün bunların fonunda isə ABŞ öz addımlarını daha da bərkidir. Amerika Ukraynaya bütün növ yardımları dayandırır və bura kəşfiyyat məlumatları da mövcuddur. Həmin məlumatlar olmadan Ukraynaya müharibəni davam etdirmək çox çətin olacaq. Digər tərəfdən isə Almaniya və Böyük Britaniyanın davranışları da fərqlidir. Böyük Britaniya Ukraynaya üç milyard kredit ayırır. Kreditin nəticələri isə sürətli borclanmaya gətirib çıxara bilər. Almaniya və Böyük Britaniya Ukraynanın gələcəkdə hansısa dövlət şirkətini kreditlənməyə görə ələ keçirə bilər. Belə neqativ ssenarilər istisna hesab olunmur. Digər tərəfdən Macarıstanın etirazlarına görə Avropa Birliyi tərəfindən Kiyevə yardım paketinin dayandırılmasını riyakarlıq hesab edirəm. Çünki bundan əvvəl də Macarıstan, Slovakiya Avropa İttifaqının Ukraynaya yardımlarına qarşı çıxırdı. Lakin Avropa Birliyi onların fikrinə əhəmiyyət vermədən Ukraynaya dəstək göstərirdi. İnkişaf etməkdə olan dövlətlər Ukraynanı göz önünə almalı və ona uyğun hərəkət etməlidirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Mart 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri