Icma.az
close
up
RU
“Zelenski yaxşı anlayır ki, sülh planının qəbul edilməsi onun hakimiyyətinin sonu deməkdir” POLİTOLOQ

“Zelenski yaxşı anlayır ki, sülh planının qəbul edilməsi onun hakimiyyətinin sonu deməkdir” POLİTOLOQ

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırladığı 28 maddəlik sülh planının detalları üzə çıxıb.

Plan rəsmi olaraq Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edilib.

Ukrayna Prezident Administrasiyasının məlumatına görə, ABŞ tərəfi bu sənədin diplomatik prosesləri sürətləndirə biləcəyini bildirib. Ağ Ev sözçüsü Karolin Leavitt planı “Hər iki tərəf üçün qəbul edilə bilən həll” kimi qiymətləndirib.

Gununsesi.info-ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov mövzunu belə şərh edib:

“ABŞ-ın 28 maddəlik sülh planı Ukraynanın ərazi güzəştləri etməsini, NATO-ya daxil olmaqdan konstitusional əsaslarla imtina etməsini və bu qərarın NATO nizamlamasında əksini tapmasını, həmçinin Ukraynada seçkilərin keçirilməsini və digər çətin iddiaları özündə ehtiva edir.

Bu plan, əlbəttə, Ukrayna cəmiyyəti tərəfindən birmənalı qarşılanmayacaq. 26-cı maddədə isə Zelenskiyə mühakimə olunmayacağı ilə bağlı təminat verilir. Lakin bu təminatın sabah necə qalacağı bilinmir.

Sual yaranır: Ukrayna cəmiyyəti öz hakimiyyətini mühakimə etməməyə qərar verəcək, yoxsa 4 illik müharibədə itirdiklərini gözardı edib heç nə olmamış kimi davranacaq? Təbii ki, bu, çətin görünür.

Eyni zamanda Avropa da bu planı qəbul etməlidir. Dünən mətbuatda yayıldı ki, Avropanın özünün Ukrayna ilə bağlı planı var — səhv etmirəmsə, 24 və ya 26 maddəlikdir. Bu plan, 28 maddəlik Donald Trampın sülh təklifindəki bəzi məqamların əksini ehtiva edir”.

Xəyal Bəşirov onu da əlavə edib ki, Trampın planında Rusiyaya münasibətdə atdığı addımlar daha çox nəzərə çarpır və Ukraynadan konkret tələblər irəli sürülür:

“Lakin Rusiyadan nə tələb edildiyi bu planda yer almır. Eyni zamanda, ABŞ Çinə münasibətdə də bəzi tələblər irəli sürür və Rusiyanın bu güzəştləri qəbul etməsi nəzərdə tutulur.

Vladimir Zelenski isə yaxşı anlayır ki, həmin sülhün qəbul edilməsi və sənədin imzalanması onun hakimiyyətinin sonu deməkdir. Əgər o, Ukraynada qalarsa, mühakimə olunması belə qaçılmaz olacaq, ən azından xalq tərəfindən.

Bu baxımdan, Zelenski Avropadan, hətta Türkiyədən məsələyə dəstək və yardım istəyir. 2022-ci ilin əvvəlində müharibə başlayarkən bu şərtlər mövcud idi, amma o zaman razılaşmayıb. Dörd il sonra, Ukrayna ərazilərinin böyük bir hissəsi dağıldıqdan, insanların qaçqın və məcburi köçkün vəziyyətinə düşdükdən, on minlərlə əskər, zabit və mülki şəxsin həyatını itirdikdən sonra bu sənədin imzalanması ciddi suallar doğurur”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Noyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri