Icma.az
close
up
RU
Zelenskini və demokratları batıracaq “rüşvət”

Zelenskini və demokratları batıracaq “rüşvət”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"ABŞ Prezidenti Donald Tramp öz sələfi Co Baydeni vergi ödəyicilərinin Ukraynaya göndərilən vəsaitlərini mənimsəməkdə ittiham edib.

Bu barədə respublikaçı lider “Truth Social” sosial şəbəkəsində yazıb.

Tramp öz səhifəsində “Baydenonomika” adlandırılan iqtisadi kursun əsaslarını əks etdirən bir şəkil paylaşıb və bildirib ki,

“Baydenonomika” belə işləyir: amerikalılar vergilər ödəyir, Bayden bu pulları Ukraynaya göndərir, ukraynalılar isə  pulu Baydenin oğlu Hanterə verir, o da öz növbəsində pulları atasına qaytarır, nəticədə isə oğluna əfv verilir".

Bu fikirləri  “Cümhuriyət”-ə israilli politoloq Yuri Boçarov deyib. Onun sözlərinə görə, postsovet məkanında bu cür sifarişçi və icraçı münasibətləri artıq öz adını alıb:

“Amerika demokratiyasını Ukraynada “yemləmək” çoxdan başlayıb”

“Buna “otkat” deyilir. Ukrayna mediasında yayımlanan məlumatlara əsasən, bu termin artıq Ukrayna hakimiyyətinin siyasətinin sinoniminə çevrilib. Halbuki, Ukraynada fəaliyyət göstərən amerikalılar əvvəlcə qanuna əməl etməyə çalışırdılar. Lakin görünür ki, onlar Struqatski qardaşlarının "Bazar ertəsi şənbədən başlayır" kitabını oxumayıblar. Orada bir qəhrəman deyir:

“O, rüşvət almır? Ona milyon təklif edin. Razılaşmasa, iyirmi milyona yüksəlin. Əgər hələ də razı olmasa, onun istədiyi məbləği təklif edin, amma tələsmədən”.

Təbii ki, söhbət milyardlardan, əvvəlcə sosial ehtiyaclar, sonra isə hərbi yardımlar üçün ayrılan pullardan gedəndə, Ukraynada əllərini sıxıb saxlamayıblar. Onsuz da bu pullar pulsuz verilirdi, təklif etdikləri məbləğ də milyonlarla ölçülürdü .

Amerika demokratiyasını Ukraynada “yemləmək” çoxdan başlayıb. Belə ki, 2014-cü ilin aprelində Baydenin oğlu Ukraynanın qaz hasilatı ilə məşğul olan “Burisma” şirkətinin idarə heyətinə qatıldı. Bundan sonra onu dəfələrlə korrupsiyada ittiham etdilər. Guya Hunter şirkətin nümayəndəsinin atasının,  o vaxt ABŞ-nin vitse-prezidenti olan Co Baydenin qəbuluna düşməsini təşkil edə bilərdi”.

“Hər şey klassiklərin yazdıqları kimi oldu”

O bildirib ki, bu ittihamlar yalnız ehtimal deyil:

“Keçən ilin dekabrında Bayden seçkilərdə məğlub olduğunu anlayaraq qanunsuz silah saxlama və vergi qanunvericiliyini pozmaqda ittiham olunan oğlu Hunteri gələcəkdə ona irəli sürülə biləcək ittihamlardan azad edərək əfv etdi. Amma bu, keçmişdə qalan kiçik məsələlər idi. Əsas iş müharibə üçün ayrılan pullar məsələsinə gəldikdə başladı.

O qədər açıq şəkildə hərəkət etdilər ki, hətta ölkəsinə ürəkdən bağlı olan, İndiana ştatından olan konqresmen Viktoriya Spartz bu məsələdə açıq şəkildə danışmaqdan çəkinmədi. O, hələ 2022-ci ildə Ukraynaya ayrılan vəsaitlərin düzgün istifadə edilmədiyini deyirdi. Spartz bu vəsaitlərin istifadəsinə daha ciddi nəzarət edilməsini tələb etdi və Ukrayna üçün “boş qəbzlər”ə qarşı çıxdı. Lakin demokrat olan Spartz Respublikaçılar Partiyası tərəfindən "Moskvanın agenti" elan edildi və susduruldu.

Hər şey klassiklərin yazdıqları kimi oldu. Qoqolun "Ölü canlar" əsərini xatırlasaq, Çiçikov əvvəlcə gömrükdə işləyərkən hamını təzyiq altında saxladı. Özünü “təəssübkeş” kimi tanıtdıqdan sonra sakitcə dedi:

“İndi mümkündür, gətirin”. Görünür, bu qaydalar burada da işləyib və büdcəyə baxdıqda, çox şey gətirilib”.

“Tramp hər şeydən pul qazanmağa hazırdır”

Ekspert deyib ki, Trampın da diqqətini çəkən bu idi:

“Görünür, Tramp bu gün hər şeydən pul qazanmağa hazırdır. Lakin hazırda o, hər şeyi “Amerikanı yenidən böyük edək” şüarı ilə gizlətməyə çalışır. Trampın ilk fərmanlarından biri bütün xarici ölkələrə ayrılan yardımları  90 gün müddətinə dondurmaq oldu. O bəyan etdi ki, ABŞ-nin xaricə etdiyi yardım yalnız prezidentin xarici siyasətinə tam uyğun olduğu halda təmin ediləcək.

Yəni əgər Tramp Ukraynaya yardımı ABŞ-nin maraqlarına uyğun hesab edərsə, müəyyən məbləğ ayrılacaq, bura sosial məsələlər, silah tədarükü və s. daxildir. Amma ən maraqlısı kriteriyadır. Çünki bu  kriteriyalar rəsmiləşdirilməyib və yalnız Trampın başındadır. O, uyğun hesab edərsə, deməli uyğundur.

Tramp xüsusilə Zelenskiyə çox qəzəblidir. Çünki Tramp düşünür ki, Baydenlərin "Burisma" işində heç bir qanun pozuntusunun olmadığını bəyan etməsi onun problemlərinin başlanğıcıdır. Zelenskinin cavabından sonra demokratlar Trampı vəzifəsindən sui-istifadədə ittiham etdi və impiçment prosesinə başladılar. Tramp bu prosesi dəf etsə də, bu, ona həm maddi, həm də mənəvi baxımdan baha başa gəldi.

İndi isə Tramp revanş almağa hazır görünür. Amma hazırda Trampın əsas hədəfi Ukraynada baş verən “otkat”a deyil, gələcəyə yönəlib. Onun üçün indi ən vacib məsələ Demokrat Partiyasını siyasi arenadan silməkdir. Bu isə Ukrayna ilə bağlı hər hansı korrupsiya faktının rəsmi təsdiqi ilə mümkündür”.

“Zelenski hamını “satmağa” hazırdır”

Həmsöhbətimizin fikrincə, Tramp üçün Zelenski ilə məsələ indi çox sadədir:

“Bu, kompromat qarşılığında maliyyələşmədir. Amma ehtimal ki, Zelenski ilk növbədə öz gələcəyini təmin etmək üçün hamını “satmağa” hazırdır. Çünki sülh olarsa, seçkilərdə qalib gəlmək şansı yoxdur. Bundan əlavə, Zelenski  anlayır ki, hakimiyyətə gələn hər kəs ilk növbədə onu günahlandıracaq və xalqı inandırmağa çalışacaq ki, hər şey talan olub, müharibədə qələbə üçün heç bir şans yox idi.

Amma məsələ buradadır ki, əgər Zelenski Baydeni və ya onun administrasiyasını “satmağa” cəhd etsə, qəhrəman kimi hədəfə alına bilər. Axı başqa necə ola bilər ki? O, təklif olunan bahalı həyatın əvəzinə, həmişə risk altında yaşamağa məcbur qalacaq”.

Səbinə Uğur
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri