Icma.az
close
up
RU
Zelenskinin ətrafında “BERMUD ÜÇBUCAĞI” Ukraynanın növbəti Prezidenti Timoşenko OLACAQ?

Zelenskinin ətrafında “BERMUD ÜÇBUCAĞI” Ukraynanın növbəti Prezidenti Timoşenko OLACAQ?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya gücləri Ukraynanın postmüharibə dövrünə hazırlıq görürlər. Bu müstəvidə onlar Zelenskini əvəz edəcək növbəti lider üzərində də fərqli ehtimallar ortaya atılır. Xüsusilə də, üç namizədin adı daha çox hallandırılır. Söhbət, Pyotr Poroşenko, Valeri Zalujnı və Yuliya Timoşenkodan gedir.
Maraqlı məqam isə ondan ibarətdir ki, Poroşenkonun ABŞ, Zalujnının Böyük Britaniya, Timoşenkonun isə Rusiya mediasında adı daha çox gündəmə gətirilir.
Ukraynanın növbəti prezidenti kim olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, Ukraynanın növbəti prezidenti nisbətən mötədil Yuliya Timoşenko olacaq:
“İlk növbədə onu qeyd edim ki, əvvəlcə Prezident seçkilərinə hazırlıq işləri getməlidir. Hansı ki, bu proses bir qədər həm ləng gedəcək, digər tərəfdən isə seçici bazası da formalaşmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:
Qərb sülhdən danışır, Zelenski Türkiyəyə ÜZ TUTUR – Gözlənilməz səfərin PƏRDƏARXASI


Postmüharibə dövrü Ukrayna üçün çətin dövrlərdən biri olacaq. Həmçinin, Ukrayna cəmiyyətində özünəməxsus yumşalma dövrünə də ehtiyac var. Çünki hərbi kampaniyadan böyük itkilərlə çıxan hər bir məmləkət sabitliyin məziyyətlərini öz gözü ilə görməyə çalışır. Bu fonda qurucu proseslərin təmin olunması da vacibdir.
O baxımdan indiki dövrdə Ukraynada Timoşenkonun növbəti prezident olma şansı daha yüksəkdir. O, əvvəlki seçkilərdə öz şansından istifadə edə bilmədi. Buna da kənar qüvvələr, daxildəki siyasi çəkişmələr maneə oldu”.
Müsahibimiz qeyd edib ki, Ukrayna son üç dönəmdə qərbmeylli namizədlərin qələbəsinin şahidi olub:
“Hansı ki, Qərbə meyllənməyin Ukraynanı hansı reallıqlarla üz-üzə qoyduğu hamıya bəllidir. O, baxımdan qadın namizədin, nisbətən mötədil, sabitliyi sevən, iqtisadi proseslərə üstünlük verən Yuliya Timoşenkonun şansları daha böyükdür. Bütün ağrılı sınaqlardan sonra Ukrayna cəmiyyətinə sabitləşdirici idarəçilik lazımdır.

Məsələ heç də onda deyil ki, Timoşenkonu təbliğ edən Rusiyadır. Ola bilsin Rusiya bu işdə daha israrlıdır. Ancaq hər halda Ukraynanın sabitliyinə əməli pay verəcək ölkələrdən biri də həm də Rusiya olacaq. Ukrayna məsələsində Trampla Putin razılığa gəlsə, deməli ABŞ Avropadan fərqli olaraq Rusiyaya prosesləri sabitləşdirməkdə maneəçilik törətməyəcək”.


Qeyd edək ki, Yuliya Timoşenko 2007-2010-cu illərdə Ukraynanın Baş naziri vəzifəsini icra edib. O, 2010-cu il seçkilərində prezidentliyə namizədliyini irəli sürsə də, Viktor Yanukoviçə məğlub olub. 2009-cu ildə Rusiya ilə imzalanan qaz müqaviləsinin qanunazidd olması ittihamı ilə Timoşenko 2011-ci ildə 7 illik həbs cəzasına məhkum edilib. Lakin 2014-cü ildə vaxtından əvvəl azadlığa buraxılıb.
Petro Poroşenko isə 2014-2019-cu illərdə Ukraynanın Prezidenti olub. O, dünyaca məşhur şokolad firması olan “Roshen”in sahibidir. 1,4 milyard sərvəti olan Poroşenko Ukraynanın ən zəngin iş adamlarından biridir.
Valeri Zalujni isə Ukrayna Ordusunun sabiq Ali Baş Komandanıdır. O, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsini icra edir.
Rüfət Sultan, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Fevral 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri