Zelenskinin müşaviri: “Rusiya anlayır ki, buradan qələbə ilə çıxa bilməyəcək”
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezident Administrasiyasının müşaviri Mixail Podolyak bildirib ki, Rusiyaya təzyiq davam etməsə, Ukraynanın istədiyi formatda sülh sazişi mümkün olmayacaq.
APA xəbər verir ki, o, bu barədə “Новости.LIVE”yə verdiyi müsahibədə danışıb.
Podolyakın sözlərinə görə, Rusiyaya qarşı təzyiq istənilən halda saxlanılmalıdır: sanksiyalar və hərbi dəstək də daxil olmaqla. Onun fikrincə, bu olmadan Ukraynanın ümid etdiyi şərtlərlə sülh razılaşmasına nail olmaq çətin olacaq.
Bununla yanaşı, Podolyak qeyd edib ki, hazırda Ukraynanın beynəlxalq arenadakı subyektliyi bir il əvvələ nisbətən xeyli yüksəkdir.
“Biz müəyyən psixoloji çöküş mərhələsindəyik, bu, açıq-aşkardır. Dörd ildir müharibə gedir. Amma prinsip etibarilə bu gün Ukraynanın subyektliyi danılmazdır. Ukrayna haqqında nə qədər təbliğat xarakterli fikirlər səslənsə də, bu, əslində bizə yüksək qiymət verildiyini göstərir. Biz bunu hələ tam dərk etmirik. Rusiya isə şüuraltı şəkildə anlayır ki, səhv yola girib və düşündüyü kimi buradan qələbə ilə çıxa bilməyəcək. Onlar müəyyən şərtlərlə müharibəni müvəqqəti dondura bilərlər, amma artıq uduzublar, tam şəkildə uduzublar”, – deyə Podolyak vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 28 Dekabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















