“Zelenskinin sülhə baxışı dəyişir: Kiyev paralel olaraq müharibəyə hazırlaşır“ “The New York Times“
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
"Atəşkəs baş verərsə, Ukraynaya 15-20 min nəfərlik sülhməramlı kontingent göndərilə bilər..."
Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə sülh danışıqlarına nikbinliyi son həftələrdə xeyli azalıb.
Moderator.az xəbər verir ki, bu barədə "nyt.org" nəşri yazıb.
Prezident açıq şəkildə etiraf edib ki, danışıqların uğursuzluq riski yüksəkdir və Kiyev eyni vaxtda həm diplomatik prosesdə qalır, həm də uzunmüddətli müharibə ssenarisinə hazırlaşır. Zelenski bildirib ki, əvvəllər "90 faiz hazır" kimi qiymətləndirilən razılaşma faktiki olaraq dalana dirənib.
Onun sözlərinə görə, "iki yol" var: ya müharibənin dayandırılması, ya da Rusiyanın mümkün "mənfi addımlarına" qarşı hazırlıq. Prezident vurğulayıb ki, Moskva artıq Ukraynanın bir sıra təkliflərini rədd edib və istənilən anda prosesi tam bloklaya bilər.
Paris sammiti və Qərbin qeyri-müəyyən mövqeyi
Bu fonda Parisdə Avropa liderlərinin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə həsr olunmuş sammiti keçirilir. Lakin "The Independent" yazır ki, danışıqların taleyi qeyri-müəyyən olaraq qalır. Səbəb isə ABŞ administrasiyasının diqqətinin Venesuela böhranına yönəlməsi və Vaşinqtonun prosesdə əvvəlki aktivliyi göstərməməsidir.
Görüşün əsas məqsədi mümkün atəşkəsdən sonra Ukraynanın təhlükəsizliyinin necə təmin ediləcəyini müəyyənləşdirməkdir. Gündəmdə atəşkəsə nəzarət mexanizmləri, Ukrayna ordusuna dəstək, çoxmillətli qüvvələrin yerləşdirilməsi və Rusiyanın mümkün yeni təcavüzü halında öhdəliklər var. Kiyev isə bütün bu zəmanətlərin kağız üzərində aydın şəkildə təsbit olunmasını tələb edir.
Sülhməramlı qüvvələr: 15-20 minlik kontingent müzakirə olunur
"Azadlıq Radiosu"nun məlumatına görə, atəşkəs baş verərsə, Ukraynaya 15-20 min nəfərlik sülhməramlı kontingent göndərilə bilər. Əsas yükün Fransa və Böyük Britaniyanın üzərinə düşəcəyi, Türkiyənin isə Qara dənizdə nəqliyyat təhlükəsizliyinə töhfə verəcəyi bildirilir. Hələlik bu qüvvələrin cəbhə xəttinə nə qədər yaxın yerləşdiriləcəyi dəqiq deyil.
Avropalı rəsmilərin əksəriyyəti sülhməramlıların Ukraynanın qərbində dislokasiya olunacağını və daha çox dəstək və təlim funksiyası daşıyacağını düşünür. Zelenski isə açıq şəkildə bəyan edir ki, beynəlxalq qoşunların mövcudluğu real təhlükəsizlik zəmanətləri üçün əsas şərtdir və Ukrayna cəmiyyəti üçün psixoloji əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 06 Yanvar 2026 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















