Icma.az
close
up
RU
Zelenskinin taleyi geosiyasi razılaşmaların predmeti ola bilər

Zelenskinin taleyi geosiyasi razılaşmaların predmeti ola bilər

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər Rusiya, ABŞ və Çin liderlərinin mümkün görüşü və bu çərçivədə Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi gələcəyinin də müzakirə ediləcəyi ilə bağlı iddialar beynəlxalq siyasi gündəmi zəbt edib.

Sual yaranır:Bu üç nəhəng güc arasında hansı razılaşmalar mümkündür və bu razılaşmalar Ukraynanın gələcəyi, xüsusilə də Zelenskinin taleyi üçün hansı nəticələr doğura bilər?

Məsələylə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Rusiya, ABŞ və Çin liderlərinin mümkün görüşü və bu kontekstdə Zelenskinin də müzakirə mövzusu ola biləcəyi ehtimalları var. Onun sözlərinə görə, hazırkı qlobal konfiqurasiyada belə bir görüşün baş tutması mümkündür və bu, təkcə Ukrayna deyil, ümumi dünya düzənində yeni balansların yaranması baxımından əhəmiyyətlidir. Zelenskinin siyasi taleyi isə bu prosesin simvolik və strateji komponentlərindən biri ola bilər. Əgər Qərb-Rusiya münasibətlərində yeni kompromis zərurəti yaranarsa, bu, Ukraynadakı hakimiyyət strukturuna da təsirsiz ötüşməyəcək.

Politoloq belə bir razılaşmada Zelenskinin kənarlaşdırılması da mümkün sayır. Müsahibimiz bildirib ki, ABŞ və Avropada Zelenskinin idarəçilik üslubuna dair tənqidlər artmaqdadır:

"Onun fövqəladə səlahiyyətlərindən geniş istifadə etməsi, seçkiləri təxirə salması və bəzi siyasi partiyalara təzyiqlər göstərməsi, həm daxildə, həm də Qərbdə narahatlıq doğurur. Əgər Rusiya ilə atəşkəs və ya sülh razılaşması üçün belə bir addım zəruri hesab olunarsa, Zelenskinin dəyişdirilməsi kompromis kimi ortaya çıxa bilər".

Çinin bu məsələdə hansı rolu oynayacağına gəlincə, müsahibimiz qeyd edib ki, Çin üçün əsas prioritet qlobal sabitlik və iqtisadi axınların davamlılığıdır. Pekin tərəfləri masaya əyləşdirmək və neytral vasitəçi obrazını möhkəmləndirmək istəyir. Həmsöhbətimiz hesab edir ki, əgər Zelenskinin getməsi qarşılığında münaqişənin diplomatik həlli sürətlənərsə, Çin bunu dəstəkləyə bilər. Pekin üçün əsas məsələ balansdır - həm Rusiyaya yaxın qalmaq, həm də Qərb bazarları ilə əlaqəni qorumaq.

Züriyə Qarayeva: Qərb ictimaiyyəti artıq Ukraynaya davamlı dəstəyə şübhə ilə yanaşır

Bəs Ukraynanın daxilində bu cür ssenariyə münasibət necə ola bilər?

Z.Qarayeva bildirib ki, Ukraynada Zelenskiyə qarşı artıq müəyyən narazılıqlar mövcuddur. Xüsusilə müxalif düşərgədə və bəzi elita dairələrində onun siyasi monopoliyası tənqid edilir:

"Əgər beynəlxalq güclər tərəfindən onun yerinə yeni lider gətiriləcəyi təqdirdə, bu, ölkə daxilində həm parçalanma, həm də yeni siyasi qüvvələrin meydana çıxması ilə nəticələnə bilər. Bəzi çevrələr bunu “qəbul edilmiş razılaşma” kimi görsə də, digər kəsimlər tərəfindən “xaricdən dayatma” kimi qiymətləndiriləcək".

Onun fikrincə, əgər razılaşma əldə olunmasa, müharibənin uzanması ehtimalı artır. Bu isə nə Rusiya, nə də Qərb üçün arzuolunan ssenaridir. Qərb ictimaiyyəti artıq Ukraynaya davamlı dəstəyə şübhə ilə yanaşır. Hərbi yorğunluq və iqtisadi yüklənmə fonunda kompromis təklifləri daha da aktuallaşacaq. Belə şəraitdə lider dəyişiklikləri, təəssüf ki, danışıqların tərkib hissəsinə çevrilə bilər.

Zülfü Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Avqust 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see296

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri