Icma.az
close
up
RU
Zelenskinin yaxın adamının üstünü qara buludlar alıb

Zelenskinin yaxın adamının üstünü qara buludlar alıb

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 19-da Türkiyədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilməli olan görüş ləğv edilib.

Modern.az xəbər verir ki, Bəbu barədə "The Economist" nəşrinin jurnalisti Oliver Karrol məlumat yayıb.

Jurnalistin sözlərinə görə, Uitkoff görüşə razılıq verərkən onu hansı miqyasda qalmaqalın gözlədiyini ehtimal etməyib.

Ukraynanın “Babel” nəşrinə danışan iki mənbə bildirib ki, Yermak Londona uçub və orada Ukraynanın Böyük Britaniyadakı səfiri, keçmiş Baş Qərargah rəisi Valeri Zalujnı ilə görüş keçirəcək.

Müxalif “Qolos” partiyasından olan deputat Yaroslav Jelejnyak isə iddia edib ki, Prezident Aparatının rəhbəri Zelenski ilə birlikdə 20 noyabrda Ukraynaya qayıtmalı idi. Lakin parlament mənbələrinə görə, Yermak həmin vaxt ölkədə olmayacaq və 21 noyabrda Romada yeni görüşü nəzərdə tutulub.

Bu arada “Xalqın Xidmətçisi” fraksiyasından deputat Fedor Venislavski Yermakın istefasını tələb edib. O, “Azadlıq Radiosu”na müsahibəsində bildirib ki, fraksiya daxilində “Yermakın getməli olduğu” barədə ciddi müzakirələr gedir, amma son qərar Zelenskiyə məxsusdur.

Deputatın fikrincə, Yermakın istefası hökumət ətrafında yaranmış gərginliyi azalda bilər:

“Mən prezidentdən istefa tələb etməmişəm, amma hesab edirəm ki, Yermakın getməsi hökumətə qarşı ajotajı azalda bilər. Çünki kabinetin formalaşmasında Prezident Aparatının təsiri böyük olub".

Venislavskinin sözlərinə görə, Yermakın istefası barədə danışılmasına səbəb Milli Antikorrupsiya Bürosunun (NABU) sızmış audioyazılarında “Əli Baba” kod adı ilə qeyd olunan şəxsin Yermak olduğuna dair yayılan məlumatlardır.

Rəsmi təsdiq olmasa da, bu iddialar Ukrayna siyasi gündəmində ciddi rezonans yaradıb və Prezident Aparatının rəhbərinin gələcək taleyi ilə bağlı sualları artırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri