Zelim Kotsoyev qələbə ilə başladı
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
QOL.az xəbər verir ki, mundialın 6-cı günündə Azərbaycanın bir təmsilçisi tatamiyə çıxıb.
100 kq çəki dərəcəsində Olimpiya və dünya çempionu Zelim Kotsoyev medal uğrunda mübarizəyə qoşulub. Onun ilk rəqibi 1/32 funalda Baymurad Bajanov (Türmənistan) olub. Zelim rəqibinə ipponla qalib gələrək 1/16 finala yüksəlib.
O, növbəti mərhələdə Benjamin Mataseje (Slovakiya) üz-üzə gələcək.
5 medalımız var
Hazırda Azərbaycan millisinin aktivində 5 medal var. Bu, ölkəmizin cüdo tarixində dünya çempionatlarında qazandığı rekord göstəricidir.
Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 09 Oktyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















