Zelinski: Vurulan Türkiyə gəmisində azərbaycanlılar da olub
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Rusiya tərəfinə məxsus iki pilotsuz uçuş aparatı neytral sularda Türkiyənin taxıl daşıyan mülki gəmisinə zərbə endirib. Məlumata görə, gəminin göyərtəsində Azərbaycan və Hindistan vətəndaşları olublar. Hazırkı məlumatlara əsasən, hücum nəticəsində gəmi kapitanı həyatını itirib. Daha bir nəfərin taleyi hələlik naməlum olaraq qalır. Gəmi heyətinin on bir üzvü xilas edilib, onlardan biri isə yaralanıb".
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "X" səhifəsində paylaşım edib.
V.Zelenski, həmçinin vurğulayıb ki, Ukrayna Qara dənizdə təhlükəsizliyin təmin olunması və vəziyyətin deeskalasiyası üçün dəfələrlə konkret addımlar təklif edib. O, bildirib ki, analoji təşəbbüslərlə üçüncü ölkələr də çıxış edib.
"Buna baxmayaraq, Rusiya normal dəniz gəmiçiliyini təmin etmək əvəzinə, mülki gəmiləri hədəf almağa davam edir. Qlobal ərzaq təhlükəsizliyinin bərpası üçün müvafiq təzyiqlərin göstərilməsi zəruridir və bu prosesdə maraqlı olan bütün tərəflərin dəstəyi vacib hesab edilir", - deyə Zelenski paylaşımında qeyd edib.
16:19
Rumıniyanın ərazi sularının hüdudlarından kənarda "Royad Mammadov" gəmisində baş verən yanğın nəticəsində iki nəfərin öldüyü bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyinin dərc etdiyi məlumatda qeyd olunur.
Rumıniyanın Daxili İşlər Nazirliyi alovlanan gəminin 11 heyət üzvünün xilas edildiyini açıqlayıb.
15:49
Qara dənizdə, Rumıniyanın ərazi sularından kənarda üzən "Royad Mammadov" gəmisinə dron hücumu olub. Nəticədə gəmidə güclü yanğın baş verib. Hadisə zamanı kapitan xəsarət alıb, heyətin 13 üzvü isə itkin düşmüş hesab olunur.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rumıniya Dəniz İdarəsi rəsmi açıqlama yayıb.
Hazırda ölkəyə məxsus gəmilər tərəfindən ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Məlumata görə, Sent-Kits və Nevis Federasiyasının bayrağı altında üzən və taxıl məhsulları daşıyan gəmi Ukraynanın İzmail limanından yola düşərək İtaliyanın Ravenna şəhəri istiqamətində hərəkət edirmiş.
Qeyd edək ki, 2022-ci ildə gəmiyə 44 günlük Vətən müharibəsi şəhidi Röyad Məmmədovun adı verilib.
O, 2000-ci il oktyabrın 25-də Azərbaycanın Masallı rayonunun Mahmudavar kəndində anadan olub. Mahmudavar kənd orta məktəbini bitirdikdən sonra Qərbi Kaspi Universitetinə daxil olub.
O, İkinci Qarabağ müharibəsində iştirak edib. 2020-ci il noyabrın 8-də Laçın və Şuşanı birləşdirən strateji yol uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olub. O, doğma Mahmudavar kəndində dəfn edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 05 Oktyabr 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















