Icma.az
close
up
RU
Zəlzələ an məsələsidir: Bakı üçün hələ də gec deyil, amma sürətli və çevik addımlar vacibdir

Zəlzələ an məsələsidir: Bakı üçün hələ də gec deyil, amma sürətli və çevik addımlar vacibdir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

“Təəssüf ki, biz çox vaxt bu hazırlığı yalnız təbii fəlakət baş verdikdən sonra xatırlayırıq”


Bir neçə gün əvvəl İstanbulda baş verən zəlzələ regionda, xüsusilə Bakı kimi oxşar seysmik zonada yerləşən şəhərlər üçün oyadıcı bir siqnal oldu. Bu hadisə Bakıda da köhnə və qəzalı binaların vəziyyətini yenidən gündəmə gətirib.  Qardaş ölkədə baş verən silkələnmə fonunda Bakının köhnə və qəzalı binalarının taleyi ilə bağlı narahatlığı daha da aktuallaşıb. Faktiki olaraq  İstanbulda baş verən zəlzələ göstərdi ki, böyük şəhərlərdə, xüsusilə də köhnə və plansız tikilmiş binalarla dolu ərazilərdə fəlakətin miqyası nə qədər dəhşətli ola bilər. Təəssüf ki, bu ssenari Bakının bir çox məhəllələri üçün də keçərlidir. Bakının bir çox ərazilərində, xüsusilə mərkəzdə və mikrorayonlarda yerləşən yüzlərlə bina artıq istismar müddətini çoxdan başa vurub. Əksəriyyəti sovet dövründə – 50-70 il əvvəl tikilib və ovaxtkı standartlarla inşa olunub. Bu binalar zəlzələyə davamlılıq baxımından indiki normativlərə cavab vermir. Əgər Bakıda güclü bir zəlzələ baş verərsə, bu binaların bir qismi tam və ya qismən çökə bilər. Təkcə maddi ziyan yox, insan tələfatı riski də böyükdür. Ən acınacaqlısı isə odur ki, həmin binalarda hələ də minlərlə insan yaşayır və fövqəladə hallara hazırlıq demək olar ki, sıfır səviyyəsindədir. Bu məsələ ictimai nəzarətdə saxlanmalıdır. Köhnə binaların vəziyyəti ciddi araşdırılmalı, mərhələli şəkildə gücləndirilməli və ya yenilənməlidir. Yalnız o zaman Bakı əhalisini gələcək təhlükələrdən qoruya bilərik. Görəsən, dövlət və bələdiyyələr bu riskin nə qədər fərqindədir və qabaqlayıcı addımlar atılırmı?


Təhlükəsizlik eksperti Elmar Nurəliyev də “Sherg.az”a açıqlamasında deyib ki, İstanbulda baş verən son zəlzələ regionda seysmik risklərin nə qədər real və yaxın olduğunu bir daha göstərdi: 


“Bakı da zəlzələ zonasına daxil olan şəhərlərdəndir və bu baxımdan köhnə, xüsusən sovet dövründə inşa olunmuş binalar risk qrupunda yer alır. Paytaxtda 1950–1980-ci illərdə tikilmiş çoxmənzilli yaşayış binalarının əksəriyyəti hazırda texniki baxımdan köhnəlib, onların əksəriyyətində konstruktiv elementlərin dayanıqlığı zəifləyib. Bu binaların zəlzələyə davamlılığı indiki tikinti normalarına uyğun deyil və güclü təkanlar zamanı ciddi zədələnmə və hətta uçma ehtimalı var. Hazırda Bakıda belə binaların dəqiq sayı barədə ictimaiyyətə açıq rəsmi statistika yoxdur, lakin bəzi hesablamalara görə, yalnız Xətai, Yasamal, Nərimanov və Nizami rayonlarında bu tip binaların sayı yüzlərlədir. İstanbul təcrübəsi göstərdi ki, zəlzələyə qarşı ən önəmli addım – profilaktik gücləndirmə və ya yenidənqurmadır. Bakı üçün də bu məsələdə sistemli yanaşma vacibdir: inventarizasiya aparılmalı, seysmik riskə qarşı modellər işlənməli və prioritetli ərazilərdə köçürülmə proqramları reallaşdırılmalıdır.”

E.Nurəliyevin sözlərinə görə, zəlzələ an məsələsidir, hazırlıq isə vaxt tələb edir. Təəssüf ki, biz çox vaxt bu hazırlığı yalnız təbii fəlakət baş verdikdən sonra xatırlayırıq. Bakı üçün hələ də gec deyil, amma sürətli və çevik addımlar vacibdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Aprel 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri