Icma.az
close
up
RU
Azərbaycan muzeylərinin nadir eksponatları kiçik duz torbası

Azərbaycan muzeylərinin nadir eksponatları kiçik duz torbası

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 31 oktyabr, Tatyana İvanayeva, AZƏRTAC

“Azərbaycan muzeylərinin nadir eksponatları” silsiləsindən oxucuları ölkənin muzey kolleksiyalarının növbəti unikal eksponatı ilə tanış edirik.

Qədim dövrlərdən bəri Azərbaycanda zərif, rəngarəng naxışlı və xovlu xalçalarla yanaşı, həm də yüksək bədii keyfiyyətə malik və gündəlik məişətdə geniş istifadə olunan xalı məmulatları da istehsal edilib. Hər bir evdə məfrəş, xurcun, heybə, çuval, çul, düz torbası və qaşıqdan kimi xalça sənəti nümunələri ilə öyünmək olardı. Bu nümunələr məişət əşyaları arasında mühüm yer tuturdu; əvvəlki nəsillərin həyatını onlarsız təsəvvür etmək mümkün deyildi. Əsrlər boyu davam edən sənətkarlıq ənənələrini qoruyub saxlayan xalça məmulatları istehsalı daim inkişaf edib və təkmilləşib.

Bu gün AZƏRTAC Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında olan və ilk baxışdan ən çox yayılmış adi məişət əşyası kimi görünən kiçik düz torbası haqqında hekayəni təqdim edir.

Yer üzündəki ən qədim ədviyyat olan duz həm bəşər tarixində, həm də gündəlik həyatımızda xüsusi yer tutur. Əsrlər boyu müharibələrə və ticarətə, mədəniyyətə və qidalanmaya təsir göstərən bu nemət insanların məişətində xüsusi yer tutub. Qədim dövrlərdə duz qiymətli bir əmtəə hesab olunurdu və bəzən qızıldan daha dəyərli idi. Hətta Qədim Romada əsgərlərə pul əvəzinə “duz payı” da ödənilirdi. Romalılar sahilyanı duz anbarlarından şəhərlərə duz daşımaq üçün Via Salaria kimi bütöv yollar tikirdilər. Çində eramızdan əvvəl 2700-cü ildə onlarla duz növü və onların çıxarılması üsulları təsvir edilib. Avropadakı ən qədim duz zavodlarının “Köhnə dünyanın” ən qədim şəhərlərindən birində - müasir Bolqarıstanın Qara dəniz sahilindəki Provadia-Solnitsata yaşayış məntəqəsində aparılan qazıntılar zamanı aşkar edildiyinə inanılır. Bu yaşayış məntəqəsinin sakinləri təxminən eramızdan əvvəl 5500-cü ildə, yəni eramızdan əvvəl 7500 il öncə qızıla bərabər olan duz çıxarmağa başladılar. Ticarət dəyərindən əlavə, duz uzun səyahətlərdə əvəzolunmaz yardımçı olub. Bir çox xalqın adət-ənənələrində duz qonaqpərvərlik və hörmət rəmzidir. “Quran” ayələrində isə duz dördüncü nemət kimi təsvir olunur...Bu, Azərbaycan torpağının da bizə səxavətlə bəxş etdiyi nemətdir.

Qeyd etmək lazımdır ki, duz istehsalı təkcə iqtisadi amilə deyil, həm də XIX əsr Azərbaycanın mədəni tarixinin ayrılmaz hissəsinə çevrilib. Bu, ticarət yollarını və sosial strukturu (kəndli əməyindən muzdlu əməyə keçidi) dəyişdirib. Duz, həmçinin müəyyən dərəcədə Bakının şəhər kimi formalaşmasına da təsir göstərib.

Rusiyanın Azərbaycanı zəbt etdiyi dövrdə neft yataqları ilə yanaşı, duz mədənləri də xanların mülkiyyətindən xəzinəyə verilib və yaxşı gəlir mənbəyi olub. Beləliklə, XIX əsrin birinci yarısına aid rəsmi mənbələrdə duz istehsalının həcmi və satışından əldə edilən mənfəət neft istehsalı ilə yanaşı qeyd olunub. XIX əsr ərzində duz təkcə Yelizavetpol quberniyasına göndərilməyib, həm də Cənubi Qafqazdakı bazarlara, Rusiyanın mərkəzi əyalətlərinə, eləcə də Türkiyə və İrana ixrac edilib.

XIX əsrdə Azərbaycanda duz sadəcə bir sərvət deyildi; insanları, şəhərləri və bütöv ölkələri birləşdirən “ağ qızıl” idi. Bu nemət Kür çayında balıqçıları qidalandırır, Şamaxı və Quba bazarlarını doldurur, karvan yolları vasitəsi ilə İran və Türkiyəyə daşınırdı. Onun ağ kristalları Naxçıvan karxanaçılarının zəhmətini, Bakı tacirlərinin ticarət mübadiləsi hərraclarındakı ehtirasını və çar xəzinəsinin davamlı gəlirlərini əks etdirirdi.

(Düz torbası. Qarabağ, Azərbaycan. XX əsrin əvvəlləri.)

Duz adi insanların evlərində xüsusi toxunmuş və xalq tətbiqi sənətinin ənənəvi məişət əşyalarının bir hissəsi olan “düz torbası”nda saxlanılırdı. Bu əşya, əsasən, yun və pambıq iplikdən toxuma, bükmə və tüksüz texnikalar kimi xovlu materialdan istifadə etməklə hazırlanırdı. Onlar püsküllərlə bəzədilirdi. Sanki sənətkar qadınlar duz torbasına hörmətlərini ifadə edir, onun hər evdə qiymətli bir sərvət olduğunu vurğulayırdılar.

Azərbaycan Milli Xalça Muzeyində XIX və XX əsrlərə aid ənənəvi xalçalardan ibarət ümumi 1560 eksponatın sırasında 26 ədəd “düz torbası” da saxlanılır ki, bunlar, şübhəsiz ki, kolleksiyanın maraqlı bir hissəsidir.

(Düz torbası. Qarabağ, Azərbaycan. XIX əsr.)

Kolleksiyadakı ən qədim və ilk eksponat XIX əsrə aiddir, O, Qarabağda toxunub. Digər eksponatlar Şirvan, Qazax və Qarabağ sənətkarlarının əl işləridir.

Düz torbası (və ya “duzluq” və ya “duzqabı”) Azərbaycan və Türkmənistanda duz saxlamaq və daşımaq üçün istifadə edilən bəzək çantasıdır. Fərqli naxışlarla bəzədilmiş düz torbası uzunsov formadadır və zili üsulu, yaxud qarışıq texnika ilə yun, pambıq və ya ipək iplikdən hazırlanır. Naxışlar həndəsi cəhətdən müntəzəm və zəngin rənglidir, əsasən tünd qırmızı rəngdədir. Düz torbasının bəzəyi arxaik xalçaçılıq texnikalarını əks etdirir.

(Düz torbası. Qarabağ, Azərbaycan. XX əsrin əvvəlləri.)

Duz saxlamaq üçün duz torbasının təntənəli nümayişi tələb olunmurdu. Bu hekayənin “qəhrəmanları” isə zahirən “tənha həyat tərzi”nə baxmayaraq, tarixin bir hissəsinə çevriliblər. Onlar xatırladırlar ki, Azərbaycanda bir vaxtlar geniş yayılan, indi isə ölkəni keçmiş bir dövrün iqtisadi xəritəsində əhəmiyyətli bir oyunçuya çevirən duz – “ağ qızıl” mühüm rol oynayıb. Abşeronun ağ gölləri və Naxçıvanın dərin mağara mədənləri təkcə gəlir mənbəyi deyildi, onlar həm də sahibkarlığın, dözümlülüyün və insanların yerdən sərvət çıxarmaq qabiliyyətinin rəmzinə çevrilib. Eyni zamanda, duz qiymətli qlobal ticarət mənbəyi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see201

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see183

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see176

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see169

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see140

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see135

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see135

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see129

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see127

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see125

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see125

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see125

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see125

Acı bibər infarkt riskini azaldırmış

30 Oktyabr 2025 05:12see123

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see123

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see123

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see122

ABŞ ın kommersiya neft ehtiyatları 416 mln. bareldən aşağı enib

30 Oktyabr 2025 09:04see121

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see120

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri