Icma.az
close
up
RU
Zəncirlənən uşaqlar... Psixoloqlar valideynləri qınadı VİDEO

Zəncirlənən uşaqlar... Psixoloqlar valideynləri qınadı VİDEO

Icma.az, Bakupost saytına istinadən bildirir.


Sosial şəbəkələrdə valideynlərin uşaqlarına təhlükəsizlik kəməri taxaraq gəzdirməsi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. Bəzi izləyicilər bunun uşağın təhlükəsizliyi üçün doğru addım olduğunu desə də, digərləri bu üsulu heyvanlara vurulan zəncirlə müqayisə edərək uşağın psixologiyasına mənfi təsir göstərə biləcəyini iddia edirlər. Xarici ölkələrdə də tətbiq olunan bu təcrübənin psixoloji və təhlükəsizlik baxımından nə dərəcədə məqsədəuyğun olması isə sual altında qalır.

Maraqlıdır, valideynlərin təhlükəsizlik üçün seçdiyi bu üsul uşağın psixologiyasına mənfi təsir göstərə bilərmi?

Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Bakupost.az -a açıqlamasında bildirib ki, son dövrlərdə şəhərin mərkəzi küçələrində valideynlərin uşaqlarına təhlükəsizlik kəməri taxaraq gəzdirməsi artıq bir dəb halını alıb:

“Amma bunun mənfi tərəfləri çoxdur. Birincisi, bu, heyvanı idarə etmək üçündür. Təhlükəsizlik kəməri deyirlər, amma mən elə deməzdim. İnsan ağıla və şüura sahibdir, eləcə də azyaşlı uşaq müəyyən yaşdan sonra inkişaf etməyə başlayır. Belə halda artıq uşaq düşünür ki, məni idarə edən var. Bəzi analar istəmir ki, uşaqları yıxılsın, bəziləri blendrdən çəkib yemək verirlər, qoymurlar ki, ağız əzələləri inkişaf etsin, bəziləri uşaq yerimir deyə uşaq arabasına qoyub gəzdirirlər. Əgər uşağın yeriyən yaşındadırsa, məsələn, 1 yaşı varsa, artıq sən onun əlindən tutub gəzdirməlisən ki, o yeriməyə cəhd etsin. Amma indiki valideynlər bunu etmir. Uşaq heyvan deyil ki, sən onu iplə idarə edəsən. Artıq 1 yaşı varsa, həmin uşaq sözlə anlayır. Onu heyvan kimi ipdə, kəndirdə, xaltada gəzdirməyin mənası nədir? Bu, onun dayaq hərəkət aparatına da zərərdir. Ona görə mən çox istəyərdim ki, valideynlər bir az da olsa, özlərini əziyyətə salsınlar. Uşaq dünyaya gətirirlərsə, bunun məsuliyyətini daşısınlar və uşaqlarını sevsinlər. Elə halları görəndə həmin valideyndən soruşmaq istəyirəm, sənin özünü kəndirə vurub gəzdirsək, xoş olar?!"

Bakupost.az-a danışan digər psixoloq Aynur İsgəndərova da uşağın ilk addımlarını atdıqdan sonra sərbəst şəkildə yeriməsinin vacibliyini vurğulayıb:

“Bu üsul onun özünü idarə etməsi, özünün fərqində olması üçün normal bir yol deyil. Uşaq özü sərbəst gəzməlidir. Onsuz da uşaqlar müəyyən yaşa qədər çox uzağa getmirlər. Onların özünü valideynin ətrafında təhlükəsiz hiss etdiyi bir dairə var və o məsafəyə qədər gedirlər. Diqqət etsəniz, körpə uşaqlar gedir və arxaya çevrilirlər ki, ana məndən nə qədər uzaqdadır?. Yəni onlar maksimum dərəcədə bir neçə metr uzaqlığa gedə bilirlər və uzaqlaşan kimi valideyni gözləyirlər. Valideynlərin bu üsulu tətbiq etməsi çox yanlışdır. Bəzən deyirlər ki, uşaq yıxılmasın, çox uzağa getməsin deyə bundan istifadə edirlər. Amma uşaq yıxılmalıdır və özü durmalıdır. Əllərindən və ayaqlarından doğru şəkildə istifadə etməyi, dəqiq hərəkətlər etməyi bacarmalıdır. Bunun əsas yollarından biri, təbii ki, uşağı sərbəst buraxmaqdır. Ümumiyyətlə, uşağın dayaq hərəkəti inkişaf etdikcə, onun təfəkkürü də inkişaf edir. Yəni bunlar hamısı bir-biri ilə əlaqəlidir. Övladlarınız həm dünyagörüşü, həm də IQ baxımından daim hərəkətdə olmalıdır və özünə nəzarət etməyi bacarmalıdır. Bir sözlə, bu üsul doğru deyil və sadəcə, valideynlərin öz rahatlığı üçündür".

Psixoloq Aydan Məmmədova isə əlavə edib ki, təhlükəsizlik kəməri çox hərəkətli uşaqlarda yalnız qısa müddətlik və riskli yerlərdə istifadə oluna bilər:

“Amma işin psixoloji tərəfi düşündüyümüz qədər sadə deyil. Belə kəməri daima taxmaq uşağın azadlıq hissini əlindən alır. O, özünü daim nəzarət altında hiss edir, zamanla təşəbbüskarlığı və özünəinamı zəifləyə bilər. Əgər valideyn yalnız kəmərə güvənirsə, uşaq qaydaları öyrənmir, sadəcə mexaniki şəkildə idarə olunur.

Başqa bir məqam da cəmiyyətin reaksiyasıdır. İnsanların təəccüblü və bəzən tənqidi baxışları uşağı da, valideyni də narahat edə bilər. Bundan başqa, kəmərin düzgün istifadə olunmaması uşağın yıxılmasına və ya narahat olmasına da səbəb ola bilər.

Ən önəmlisi isə odur ki, uşaqla valideyn arasındakı etimad zəifləyə bilər. Çünki münasibət ünsiyyət və izah üzərində deyil, fiziki nəzarət üzərində qurulur. Halbuki uşaq təhlükəsizliyi başa düşərək, qaydaları qəbul edərək öyrənməlidir.

Nəticə olaraq, bu üsula əslində çox da ehtiyac yoxdur. Yalnız həqiqətən təhlükəli yerlərdə, qısa müddətə və uşağa əvvəlcədən izah etməklə istifadə oluna bilər. Amma gündəlik həyatda daha sağlam yollar var: uşağa qaydaları izah etmək, əl-ələ gəzmək, sadə “dayan–gəl” oyunları oynamaq, yaxud uşağın daha asan görünməsi üçün parlaq geyim və ya ad yazılı bilərzik taxmaq. Uşaq oynamalı, qaçmalı, dəcəllik etməlidir. Onun azadlığını sırf valideyn rahatlığı üçün məhdudlaşdırmaq doğru deyil”.

Lalə Novruz,

BakuPost


@elsad_ruqiya Takiv atın ♥️????????????????#keşfetazərbaycan #baby #babylove #fyppppppppppppppppppppppp #fy ♬ şuna bi zincir mincir takın - kumi


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri