Icma.az
close
up
RU
Zəngəzur dəhlizi açılmasa, müharibə başlaya bilər Ağar

Zəngəzur dəhlizi açılmasa, müharibə başlaya bilər Ağar

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zəngəzur dəhlizinin açılması 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli sazişdən qaynaqlanan haqq işidir. Ermənistan dəhlizin açılmaması üçün əlindən gələni etdi. Bu, son dərəcə risklidir.

Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar İrəvanın Zəngəzur dəhlizi ilə bağlı dekonstruktiv mövqeyi haqda danışarkən deyib.

O bildirib ki, dəhlizin açılmamasının ağır nəticələri ola bilər:

“Müharibə olub, üçtərəfli saziş imzalanıb və onun tələbinə əməl etmirsiniz, bunun nəticələrini təsəvvür edə bilirsinizmi? Azərbaycan regional və beynəlxalq güclərin məsələ ilə bağlı həssaslığını nəzərə alaraq balanslaşdırılmış, qətiyyətli və həssas bir siyasət yürütdü. Layihənin reallaşması lazımdır, əks təqdirdə çox böyük gərginliklərə və hətta savaşa səbəb ola bilər”.

Abdullah Ağarın sözlərinə görə bu, təkcə Azərbaycan və Ermənistan arasında olan məsələ deyil, beynəlxalq nəqliyyat əlaqələri ilə bağlı həssas bir mövzudur.

“Dəhliz açılmadığı təqdirdə embarqo davam edəcək. Sonra isə bunun savaşa qədər gedən tərəfi var. İmzalanan sazişin müəddəasını yerinə yetirmir, hiyləgərlik edirsiniz və üstəlik intriqa yaratmağa çalışırsınız. Ermənistan çox təhlükəli oyun oynayır. Ümid edirəm, bunu könüllü şəkildə edər, əks halda bu gərginliyi kimlərsə öz maraqları üçün istifadə edəcək”, -ekspert qeyd edib.

Gürcü politoloq Gela Vasadze isə bildirib ki, Zəngəzur dəhlizində Ermənistan və Azərbaycandan başqa konkret maraqlı tərəflər – Türkiyə, İran və Rusiya da var:

“Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi həm münaqişənin birbaşa iştirakçılarının (Azərbaycan və Ermənistan), həm də əsas regional oyunçuların (Rusiya, Türkiyə və İran) maraqlarına toxunduğu üçün yuxarıda adları çəkilən bütün tərəflər söz sahibi olacaq. Lakin yekun qərar tərəflər arasında aparılan danışıqlardan və kompromislərdən asılı olacaq. Hazırda məsələ açıq qalır və regionda gərginliyə səbəb olur”.

G.Vasadzenin sözlərinə görə, Türkiyə bu koridorda Azərbaycana dəstəyi, iqtisadi investisiyalar və nəqliyyat layihələri ilə təmsil olunacaq.

“Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi və təhlükəsizliyinin təminatçısı kimi iştirak edəcək. Son hadisələrə baxmayaraq, Rusiya Federasiyası bu cür qalmaqda davam edir. Sərhədləri dəhlizə bitişik olan ölkə kimi İranın Cənubi Qafqazda öz maraqları var. İsrail və ABŞ isə Zəngəzur dəhlizində yalnız Azərbaycan və Ermənistanla münasibətlərin ümumi kontekstində maraqlıdır”, - deyə o vurğulayıb.

“Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında daha geniş sülh prosesinin bir hissəsidir. Bu məsələ münaqişənin həllinin digər aspektləri, o cümlədən sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələri və regionda təhlükəsizliyin təmin edilməsi ilə sıx bağlıdır. Dəhlizlə bağlı danışıqlar ayrıca bir məsələ deyil, uzunmüddətli sülhə nail olmağa yönəlmiş hərtərəfli dialoqun tərkib hissəsidir”, - Gela Vasadze qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Fevral 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri