Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə çıxaracaq Qazax Politoloq

Zəngəzur dəhlizi Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə çıxaracaq Qazax Politoloq

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstan və Azərbaycan arasında aktiv siyasi dialoq və qarşılıqlı etimad sayəsində ticarət-iqtisadi əməkdaşlıq da dinamik inkişaf edir.

Bunu APA-ya açıqlamasında Qazaxıstanlı politoloq Almat Tokeyin bildirib.

Onun sözlərinə görə, ölkələrimiz arasında tərəfdaşlıq ticarət və nəqliyyatdan tutmuş enerji və humanitar sahələrə qədər geniş istiqamətləri əhatə edir.

"Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 530 milyon dollardan çox olub və bu, hələ son hədd deyil. Xüsusilə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə daşımaların 62 faiz artaraq 4,5 milyon tona çatması əməkdaşlığın səmərəliliyini və Orta Dəhlizin artan əhəmiyyətini göstərir.“Qərb–Şərq” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Qazaxıstan və Azərbaycan Xəzərin qərb və şərq sahillərində regionun nəqliyyat infrastrukturu üzrə əsas həlqələrdir.
Qazaxıstan Xəzər dənizi limanlarını modernləşdirir, Azərbaycan isə Ələt Azad İqtisadi Zonasını genişləndirərək artan tranzit həcmlərini təmin edir
," deyə politoloq əlavə eidb.

Tokeyin qeyd edib ki, bu il Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi tamamlanıb və onun illik ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib: "Bütün bunlar ikitərəfli əməkdaşlığın əsas sahələrində əhəmiyyətli tərəqqidən xəbər verir və ölkələr arasında strateji iqtisadi asılılığı möhkəmləndirir. Hazırda Qazaxıstanda 1,5 mindən çox azərbaycanlı biznes nümayəndəsi, Azərbaycanda isə 150-yə yaxın qazaxıstanlı şirkət fəaliyyət göstərir. Müntəzəm keçirilən hökumətlərarası görüşlər, biznes forumlar və sahibkarlar arasında birbaşa dialoq platformaları əlaqələrin inkişafına təkan verir."

Qazax politoloq bildirib ki, ticarət dövriyyəsi artmaqda davam edəcək, bu isə hər iki ölkənin iqtisadiyyatına real fayda gətirəcək və biznes-investisiya imkanlarını genişləndirəcək: "Xüsusilə, Orta Dəhliz və TBNM çərçivəsində tranzit və logistika əməkdaşlığı ikitərəfli münasibətlərin əsas lokomotivinə çevrilib. Qazaxıstan və Azərbaycan liman infrastrukturu, giriş yolları və dəniz ticarət donanmasının yenilənməsi üçün böyük maliyyə resursları yatırıb. Zəngəzur dəhlizinin açılması perspektivi də bu istiqamətdə əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradacaq. Bundan əlavə, Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən Qazaxıstan logistik mərkəzi regionda malların saxlanması və emalı həcmini artırmaqla ixrac-idxal əməliyyatlarını genişləndirəcək. Xəzər Boru Kəməri Konsorsiumunda baş verən fasilələr fonunda Qazaxıstan neftinin dünya bazarlarına çatdırılmasında Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərindən biri “Bakı–Tbilisi–Ceyhan” boru kəmərindən istifadəyə əsaslanır. Eyni zamanda, Xəzər dənizinin dibi ilə planlaşdırılan optik-lifli rabitə xətti (VOLS) layihəsi iki ölkə arasında informasiya texnologiyaları sahəsində yeni tranzit imkanları yaradacaq. Bu, Qazaxıstan və Azərbaycanın Avropa–Asiya–Çin istiqamətində rəqəmsal körpü rolunu oynayacağı anlamına gəlir."

Tokeyin vurğulayır ki, rəqəmsal texnologiyaların və elektron məlumat mübadiləsinin tətbiqi nəqliyyat layihələrini daha çevik və səmərəli edəcək.

"Eyni zamanda kənd təsərrüfatı, enerji və sənaye sahələrində qarşılıqlı sərmayələr iki ölkənin iqtisadi inteqrasiyasını dərinləşdirəcək. Azərbaycan–Qazaxıstan İnvestisiya Fondu isə bu əməkdaşlıq üçün praktik platforma rolunu oynayacaq. Bu fond vasitəsilə enerji, nəqliyyat, kənd təsərrüfatı və İT layihələrinin reallaşdırılması planlaşdırılır," deyə o, fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Oktyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri