Zəngəzur dəhlizi Azərbaycanın regional iqtisadi və siyasi mövqeyini gücləndirir ŞƏRH EDİLDİ
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Prezidentin Mərkəzi Asiya ölkələrinin görüşündə Zəngəzur dəhlizi ilə bağlı növbəti ildə görüləcək işlərə dair açıqlaması Azərbaycanın regional inteqrasiya və nəqliyyat-kommunikasiya siyasətində strateji əhəmiyyətini bir daha vurğuladı. Zəngəzur dəhlizi həm iqtisadi, həm də siyasi baxımdan bölgənin inkişafına və Azərbaycanın geosiyasi mövqeyinin güclənməsinə ciddi töhfə verəcək layihədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib
Onun sözlərinə görə, dəhliz ölkələrarası ticarət əlaqələrini sürətləndirəcək, yük daşımalarının vaxtını və xərclərini əhəmiyyətli dərəcədə azaldacaq: "Azərbaycan tranzit potensialını artıraraq regional logistika mərkəzinə çevrilə bilər. Bu, həm dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək, həm də yerli biznes və sənaye sektorunun inkişafına imkan yaradacaq. Eyni zamanda, dəhliz vasitəsilə ticarət əlaqələrinin genişlənməsi Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı gücləndirəcək və yeni investisiya imkanlarını açacaq. Zəngəzur dəhlizi regionda əməkdaşlıq və etimad mühitinin möhkəmlənməsinə xidmət edəcək. Bu layihə Azərbaycanın qonşu ölkələrlə, xüsusilə Ermənistanla və digər regional dövlətlərlə münasibətlərində strateji üstünlük qazandırır. Dəhliz vasitəsilə enerji və nəqliyyat marşrutlarının diversifikasiyası Azərbaycanın regional lider imicini gücləndirir və onun diplomatik mövqeyini möhkəmləndirir. Zəngəzur dəhlizi ölkəni regional tranzit, logistika və enerji hubu kimi önə çıxaracaq. Bu həm dövlətin iqtisadi müstəqilliyini artıracaq, həm də beynəlxalq layihələrdə Azərbaycanı daha aktiv tərəfdaş kimi mövqeləndirəcək. Eyni zamanda, layihə Azərbaycan üçün nəqliyyat-kommunikasiya sahəsində innovativ texnologiyaların tətbiqi və infrastrukturun modernləşdirilməsi imkanlarını genişləndirəcək.
Zəngəzur dəhlizi yalnız nəqliyyat marşrutu deyil, həm də regional əməkdaşlıq, iqtisadi inkişaf və siyasi strateji üstünlüklər baxımından Azərbaycanın mövqeyini gücləndirən mühüm layihədir. Layihənin uğurla həyata keçirilməsi Azərbaycanı bölgədə etibarlı və öncül aktor kimi təqdim edir və ölkənin uzunmüddətli inkişaf strategiyasına töhfə verir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 19 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















