Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir

Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Deputat: “Paşinyanın təklifləri prosesi irəli aparmır, əksinə, problemləri daha da mürəkkəbləşdirir”

Bir neçə gündür ki, yerli və xarici mediada Zəngəzur dəhlizinin açılması, dəhlizə nəzarət məsələsi ilə bağlı ciddi müzakirələr getməkdədir. ABŞ-ın Zəngəzur dəhlizində təhlükəsizliyin ABŞ şirkəti tərəfindən təmin edilməsi təklifi ilə Bakı və İrəvana müraciət etdiyi haqda məlumatlar yayılıb. Məsələ ilə bağlı rəsmi Bakıdan hansısa açıqlama verilməyib. Amma Ermənistan tərəfi iki gün öndə bu barədə Baş nazir Nikol Paşinyan səviyyəsində münasibət bildirdi. Ermənistan rəhbəri İrəvanda keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizinin ABŞ şirkətinin icarəsinə verilməsi haqqında suala cavabında belə deyib: “Regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi məsələsinə gəlincə, hazırda Ermənistanda bir çox “autsorsinqə” rast gəlinir. Onlardan bəziləri bizi qane edir, bəziləri isə yox. Məsələn, Zvartnots hava limanının idarəsi “autsorsinqdir”. Hesab etmirəm ki, bununla Ermənistanın suverenliyi hansısa bir şəkildə pozulub”.

Paşinyan eyni zamanda, Azərbaycanla sülhdən də danışıb. Qeyd edib ki, sülh sazişinin paraflanması mümkündür.

“Bəli, belə bir fikir var. Belə bir fikir masanın üstündədir”, deyə qeyd edib.

Baş nazirin sözlərinə görə, “Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq yolunda heç bir fürsəti əldən vermir”.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyovun sözlərinə görə, Paşinyan göstərmək istəyir ki, “dəhliz” sözündən qorxmur:

- Onun təklifləri əslində dəhlizin reallaşmasını sözdə reallaşdırmağa hesablanıb, amma reallıqda yeni maneələr yaradır. Məsələn, dəhlizin ABŞ-a yüz illik icarəyə verilməsi məsələsini götürək. Üstəlik, ABŞ şirkətinin sərhədə də nəzarəti məsələsi var. Nəzərə almaq lazımdır ki, orada Rusiya sərhədçiləri mövcuddur. Belə olan halda, Amerikanın oraya gəlişi necə mümkün olacaq? Ermənistan dəhlizi yox, sərhədini də Amerikaya icarəyə vermək istəyir. Dünyada belə nümunə yoxdur. Rusiyanın Kalininqrada Litva ərazisindən keçən dəhliz heç kəsə icarəyə verilməyib. Litva üzərinə götürdüyü öhdəliklərə əməl edir və gediş-gəlişə heç bir maneə yoxdur. Azərbaycan da Zəngəzurdan Naxçıvana maneəsiz gediş-gəliş istəyir. 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatın 9-cu bəndində dəhlizə Rusiya hərbçilərinin nəzarəti məsələsi ona görə salınmışdı ki, orada faktiki olaraq, Rusiya hərbçiləri mövcuddur. Yəni ki, hər bir halda, orada təhlükəsizliyi və keçidi təmin edən qüvvə kimi rus sərhədçiləri idi və ona görə də bu bənddə Rusiya sərhədçiləri qeyd edilmişdi. Bu, Rusiyanın xoşuna gəlmək üçün yazılmamışdı.  Necə ki, Rusiya sülhməramlı qüvvələri həmin vaxt mövcud olan Laçın dəhlizinə nəzarət edirdilər. İndi Ermənistan dəhlizə Rusiya sərhədçilərinin nəzarətini istəmirsə, rusları oradan çıxarmaq, özü nəzarət etmək istəyirsə, o zaman zəhmət çəksin çıxarsın, üzərinə də təhlükəsizliyi təmin edəcəyinə dair öhdəlik götürsün. Eyni zamanda, bu təhlükəsizliyi təmin edəcəyinə zəmanət versin.

- Yəni, Azərbaycana təhlükəsiz və maneəsiz keçid verilməsi maraqlıdır...

- Bizim tələbimiz heç bir şirkətə, yaxud Rusiya sərhədçilərinə yönəlməyib. Bakının tələbi Ermənistandandır və Ermənistana yönəlib. Amerikalılar təkcə dəhlizə yox, həm də sərhədə 99 il nəzarət edəcəklərsə, bu o deməkdir ki, İrəvan Moskvanı qəzəbləndirmək istəyir. Ümumiyyətlə, bunu həyata keçirmək mümkün olacaqmı? Təsəvvür edək ki, bütün əngəlləri keçərək Amerika şirkəti dəhlizə nəzarətə başladı. Oradan nə Rusiya, nə İran, nə Çin istifadə edəcək. Amerika şirkəti gəlib oraya vəsait qoyacaqsa, əvvəldən qazancını hesablamalıdır. Təkcə Azərbaycandan Naxçıvana maneəsiz keçid hesabına, gedib-gələn qatarların hesabına heç əməliyyat xərclərini ödəmək mümkün deyil. Paşinyan hansısa gurultulu təkliflər irəli sürməyə öyrənib, amma onun təklifləri prosesi irəli aparmır, əksinə, problemləri daha da mürəkkəbləşdirir.

Əslində Paşinyan oyun-oynamaqla, zaman qazanmaqla məşğuldur. Amma bu oyunları sonra İrəvanın özünə zərər gətirir. Azərbaycana təhlükəsiz və maneəsiz keçid vacibdir. İstəyir Amerikaya həvalə etsin, istəyir Avstraliyaya həvalə etsin. Bakı bunu Ermənistandan tələb edir.

- Paşinyan mətbuat konfransında eyni zamanda, sülh sazişindən danışdı və bildirdi ki, saziş layihəsi paraflana bilər...

- Mən də razıyam ki, sülh sazişi layihəsi paraflana bilər. Bilirsiniz, sənəd əslində razılaşdırılıb. Paraflama o deməkdir ki, sənədin hər səhifəsində imzalar qoyulur, təsdiqlənir. Paraflanandan sonra həmin səhifəyə dəyişiklik etmək mümkün deyil. Amma Azərbaycan o paraflanmada Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət və Ermənistan Konstitusiyasında dəyişiklik qeydini də etməlidir. Paraflanandan sonra sənədlə bağlı sonradan bəhanə gətirmək, məsələni uzatmaq, yenədən buna qayıtmaq olmamalıdır. Düşünürəm ki, bu məsələlər razılaşdırılandan sonra sülh sazişi layihəsini paraflamaq olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 İyul 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri