Icma.az
close
up
RU
Zəngəzur dəhlizi ilə bağlı son plan açıqlandı İran kənarda qalacaq, Rusiya isə...

Zəngəzur dəhlizi ilə bağlı son plan açıqlandı İran kənarda qalacaq, Rusiya isə...

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar beynəlxalq müzakirə obyektinə çevrilən Zəngəzur dəhlizi ilə bağlı Ankara və Bakının planlarına aydınlıq gətirilib.

Turkustan.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, İran açılmaq üzrə olan dəhlizdən kənarda qalacaq.

Nəşr qeyd edib ki, Zəngəzur dəhlizinin ABŞ-yə icarəyə veriləcəyi ilə bağlı iddialardan sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məsələnin Ermənistan administrasiyasına aid olduğunu bildirib.

Azərbaycanlı ekspert Telman Qasımov qəzetə deyib ki, Ermənistan administrasiyası Rusiyanın boyunduruğundan xilas olmaq üçün alternativlər hazırlayır:

“ABŞ-nin dəhlizdə tərəfdaş olmasının ən mühüm səbəblərindən biri də budur. Bununla belə, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyənin Zəngəzurda kirayəçi olmaq istəmədiklərini açıq şəkildə bəyan ediblər. İrəvanla danışıqlar müəyyən nöqtəyə çatıb. Türkiyə və Azərbaycan koordinasiyalı fəaliyyəti saxlayır. Bu 41 kilometrlik dəhliz hər şeydən əvvəl türk dünyası üçün körpü olacaq”.

Ekspert əlavə edib ki, bu, həm Çinin “Bir kəmər, bir yol” layihəsinin kəsişmə nöqtəsi, həm də Şərq-Qərb oxları boyunca yeni ticarət və enerji tranziti olacaq:

“Şərq-Qərb oxu buradan Çin və öz maraqları üçün birləşdiriləcək. Putin mütləq burada olmaq istəyir. Ukrayna müharibəsi onun mövqeyini zəiflətsə də, Zəngəzurda söz sahibi olmaq üçün təzyiqləri davam etdirir. Ermənilər isə problemin Rusiyasız həllini axtarırlar”.

Professor Qafar Mehdiyevin sözlərinə görə, Rusiya həlledici gücünü itirsə də, regionda öz nüfuzunu bərpa etməyə çalışır:

“Bununla belə, İran indiki mənzərədən kənarda qalıb. Həmçinin gələn ilin iyununda Ermənistanda seçkilər keçiriləcək. Zəngəzur məsələsi bu il ərzində qəti şəkildə həll olunacaq. Azərbaycan Türkiyəsiz heç bir addım atmayacaq. Hər şey ən xırda təfərrüatına qədər hesablanıb”.

Məqalənin davamında vurğulanıb:

“Bakıda söhbət etdiyimiz yüksək vəzifəli məmur dəhlizdən milyardlarla dollar qazanc əldə edə olunacağını deyib. Dəhliz Türkiyənin 40, Azərbaycanın 40, Ermənistanın isə 20 faiz payı ilə fəaliyyət göstərəcək”.

Nəşr Azərbaycan Prezidenti İlham Əliyevin məsələ ilə bağlı açıqlamasına da diqqət çəkib:

“Azərbaycan lideri Zəngəzur dəhlizində Türkiyə ilə birlikdə irəlilədiklərini bəyan edib: “Biz istəyirik ki, hər şey danışıqlar yolu ilə həll olunsun. Ancaq bizi qəzəbləndirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik. Zəngəzur dəhlizi açılmalıdır, açılacaq. Türkiyənin xeyrinə olan bizim də maraqlağımızdadır”./teleqraf

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 İyul 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri