Icma.az
close
up
RU
Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir?

Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistandan Zəngəzur dəhlizinin açılmayacağı ilə bağlı növbəti rəsmi açıqlama verilib.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ermənistan Baş nazirinin aparatının sədr müavini Taron Çaxoyan danışıb.

O, Ermənistanın cənub rayonlarından keçən nəqliyyat kommunikasiyaları ilə bağlı intensiv müzakirələrə münasibət bildirib. Taron Çaxoyan üçüncü tərəfin nəzarəti altında ölkə ərazisindən keçən nəqliyyat dəhlizinin yaradılmasının mümkünlüyünü qəti şəkildə rədd edib. 

“Hətta Ermənistan ərazisindən hər hansı bir tərəfin nəzarətində olan hər hansı dəhliz və ya yolun müzakirəsi mümkün deyil. 

Ermənistanda bütün yollar müstəsna olaraq Ermənistan Respublikası tərəfindən idarə olunacaq”,- deyə Çaxoyan özünün “Facebook” səhifəsində qeyd edib. 

Ermənistan rəsmisi bəzi müxalifət xadimlərinin mövqeyini tənqid edərək bildirib ki, onlar Azərbaycandan səslənən bəyanatlardan ilhamlanaraq Zəngəzurdan keçən yolun üçüncü tərəfin nəzarətinə verilməsini təklif edirlər. Çaxoyan bu siyasətçiləri dəhlizlə bağlı Azərbaycan tərəfinin mövqeyinin təbliğində ittiham edərək onları “imperiyanın maraqlarına xidmət edən fəallar” adlandırıb. 

Qeyd edək ki, Çaxoyanın mesajları əslində iki ünvana yönəlib. 

Zəngəzurdan dəhlizin açılmayacağına dair hökumət rəsmisinin açıqlaması Azərbaycana xəbərdarlıq məqsədi daşıyır. Çaxoyanın dedikləri Baş nazir Nikol Paşinyanın yanvarın 9-da Azərbaycana regionda sabitliyin təmini və sülhün əldə edilməsi ilə bağlı təkliflərində Zəngəzur dəhlizi ilə bağlı yer alan bəndin davamıdır.

Paşinyan nəqliyyat-kommunikasiya əlaqələrinin açılması məsələsində “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsini təklif edib. 

Ermənistanın Baş naziri bu təklifi irəli sürməklə Zəngəzur dəhlizinin açılmasından növbəti dəfə imtina edir. Yəni Paşinyan “Sülh kəsişməsi” layihəsini gündəmə gətirməklə 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndini yerinə yetirməyəcəyini bildirir. Çaxoyanın bəyanatı da eyni ritorikaya xidmət edir. Bu isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini əngəlləyir. 

Rəsmi Bakı sülhə nail olunması üçün Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat- kommunikasiya əlaqələrinin açılmasına dair müzakirələri çərçivə sənədinin imzalanmasından sonrakı mərhələyə saxlamağa razılaşıb. Lakin rəsmi İrəvan yekun sülh sazişində də Zəngəzur dəhlizinin açılması ilə bağlı hər hansı müqavilənin imzalanmasında maraqlı olmadığını göstərir. 

2026-cı ildə Ermənistanda növbəti parlament seçkilərinin keçiriləcəyini nəzərə alsaq, bu cür sərt bəyanatların artacağı gözlənilir. Hakimiyyətdə qalmağa çalışan Paşinyan və onun komandası 2021-ci illə müqayisədə siyasi reytinqini xeyli itirib. Belə vəziyyətdə Zəngəzur dəhlizinin açılması Paşinyanı devirməyə çalışan müxalifətə seçkilərdə qələbə imkanları yarada bilər. Bu isə o deməkdir ki, Paşinyan növbəti seçkilərdə qalib gələrsə, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində razılaşma 2027-ci ildə və ondan sonra mümkündür. 

Çaxoyanın mesajının ikinci ünvanı isə Rusiyadır. Onun “Bütün yollar müstəsna olaraq Ermənistan Respublikası tərəfindən idarə olunacaq” deməsi dəhlizin təhlükəsizliyinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin olunacağına dair 10 noyabr Bəyanatında əksini tapmış razılaşmadan növbəti dəfə imtinanı göstərir. Paşinyan hökuməti Zəngəzurdan keçən yolların təhlükəsizliyinin yalnız Ermənistan tərəfindən təminini təklif edir. 

Bu məsələdə Ermənistanla Rusiya arasında fikir ayrılığının yaşanması Zəngəzur dəhlizinin açılmasını əngəlləyən əsas səbəblərdən biridir. Ermənistanla rəsmi Bakı arasında Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılması və təhlükəsizliyinin təmin olunmasına dair ayrıca müqavilə yoxdur. 

Üstəlik, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi də imzalanmayıb. Belə olan halda, Ermənistanın Azərbaycana məxsus nəqliyyat vasitələrinin, vətəndaşların və yüklərin mühafizəsini yüksək səviyyədə təşkil edəcəyinə hər hansı zəmanət də yoxdur. Bu baxımdan, təhlükəsiziliyin təminatına dair yeganə hüquqi sənəd 10 noyabr Bəyanatıdır. Lakin regionda baş verən proseslər Moskvanın qeyd edilən öhdəlikdən imtinasına dair ehtimalları artırır. 

Ermənistan-İran sərhədindən qoşunlarını çıxaran Rusiya perspektivdə Zəngəzur dəhlizinin təhlükəsizliyi ilə bağlı razılaşmadan da imtina edə bilər. 

Rusiya qoşunlarının İranla sərhəddə mövcudluğu rəsmi Moskvanın bölgədə təsirini təmin etməklə yanaşı, Zəngəzur dəhlizinin təhlükəsizliyinə dair öhdəliyin icrası istiqamətində mühüm amil hesab edilirdi. Hazırda bu amilin aradan qalxması Rusiyanın Zəngəzur dəhlizinə marağını azalda bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:303
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Yanvar 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri