Icma.az
close
up
RU
Menu

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

Silvestr Stallone: ​​“Texnologiya məni 18 yaşına çatdıra bilər...”

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

“Zəngəzur dəhlizi türk dünyasının inteqrasiyası üçün qapı rolunu oynayır“ MÜNASİBƏT BİLDİRİLDİ

“Zəngəzur dəhlizi türk dünyasının inteqrasiyası üçün qapı rolunu oynayır“ MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanın son onilliklərdə keçdiyi tarixi yol, əldə etdiyi möhtəşəm qələbələr və həyata keçirdiyi uğurlu siyasi kurs bütövlükdə regionun gələcəyini müəyyən edən əsas amillərdən biri olmuşdur. Bu yolun ən mühüm strateji hədəflərindən biri isə Zəngəzur dəhlizinin açılması və regionun kommunikasiya xəritəsinin yenidən formalaşdırılması ilə bağlıdır. Zəngəzur dəhlizi sadəcə nəqliyyat arteriyası deyil, eyni zamanda milli zəfərin məntiqi nəticəsi, Azərbaycanın uzun illər apardığı mübarizənin təntənəsi, gələcək onilliklərdə regiona sülh, sabitlik və rifah gətirəcək unikal bir layihədir. Bu dəhlizin əhəmiyyəti təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa məkanları üçün yeni imkanlar açır və qlobal geosiyasətdə mühüm dəyişikliklərə zəmin yaradır”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, Zəngəzur bölgəsi tarixən Azərbaycan torpaqlarının ayrılmaz hissəsi olmuş, qədim İpək Yolunun əsas qovşaqlarından biri kimi çıxış etmişdir: “Lakin XX əsrin əvvəllərində böyük güclərin siyasi maraqları nəticəsində bu strateji ərazi Azərbaycandan qoparılaraq Ermənistana verilmiş və bununla da ölkənin əsas coğrafi bütövlüyünə ağır zərbə vurulmuşdur. Bu addım həm də türk dünyasının bir-biri ilə quru yolu vasitəsilə birləşməsini uzun illər ləngitmişdir. Buna baxmayaraq, Azərbaycan xalqı bu ədalətsizliyi heç vaxt unutmadı və dövlətçilik ideologiyasında Zəngəzur həmişə xüsusi yer tutdu. Əslində, Zəngəzur dəhlizinin bərpası həm tarixi ədalətin təntənəsi, həm də milli strateji məqsədlərin həyata keçirilməsidir.

XX əsrin sonu və XXI əsrin əvvəlləri Azərbaycanın müstəqilliyini möhkəmləndirməsi, beynəlxalq aləmdə öz sözünü deməsi və xüsusilə torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə ilə yadda qaldı. 2020-ci ilin 44 günlük Vətən müharibəsivə 2023-cü ilin sentyabr ayının 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın hərbi-siyasi gücünü bütün dünyaya göstərdi və uzun illər işğal altında olan torpaqlarımız azad olundu. Bu zəfər yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də regionda yeni reallıqların formalaşması demək idi. Həmin reallıqların ən mühüm nəticələrindən biri isə kommunikasiyaların açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin bərpası, başqa sözlə, Zəngəzur dəhlizinin aktuallaşması oldu.

Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanın geostrateji mövqeyini gücləndirmək üçün böyük uzaqgörənliklə addımlar atır, ölkənin gələcəyini təmin edəcək strateji layihələrə imza atırdı. Onun “Əsrin müqaviləsi” ilə Azərbaycanı qlobal enerji xəritəsinə çıxarması, müstəqilliyin ilk illərində ölkəni xaosdan xilas etməsi və milli dövlətçiliyi möhkəmləndirməsi bu gün də öz bəhrəsini verir. Ulu Öndər Heydər Əliyev hər zaman türkdilli ölkələrlə birliyin möhkəmləndirilməsini, Azərbaycanın Şərq və Qərb arasında körpü rolunu oynamasını prioritet sayırdı. Zəngəzur məsələsinə də o, həmişə xüsusi yanaşır, bunun Azərbaycanın gələcək strateji maraqları baxımından mühüm olduğunu vurğulayırdı. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda əsas söz sahibinə çevrilmiş, elə bir siyasi irs qoymuşdur ki, bu gün Prezident İlham Əliyev həmin kursu daha da inkişaf etdirərək yeni tarixi qələbələr qazanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2003-cü ildən etibarən sürətli inkişaf mərhələsinə qədəm qoydu. Güclü iqtisadi baza yaradıldı, enerji və nəqliyyat layihələri həyata keçirildi, ölkə beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanındı. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatiya nəticəsində Azərbaycan həm diplomatik, həm də hərbi sahədə mövqelərini möhkəmləndirdi. 2020-ci ildə qazandığımız Zəfər isə bu siyasətin məntiqi nəticəsi oldu. Qarabağın azad olunması ilə Azərbaycan öz milli qürurunu bərpa etdi, ədaləti təmin etdi və regionda söz sahibinə çevrildi. Bunun ardınca 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri ilə separatizmin qalıqları birdəfəlik məhv edildi. Beləliklə, Azərbaycanın qarşısında yeni strateji imkanlar açıldı ki, bunların başında Zəngəzur dəhlizi dayanır.

Zəngəzur dəhlizi Azərbaycanın yalnız Naxçıvanla birləşməsini təmin etmir, həm də bütövlükdə türk dünyasının inteqrasiyası üçün qapı rolunu oynayır. Bu dəhliz vasitəsilə Türkiyə ilə birbaşa quru əlaqəsi yaranacaq, Mərkəzi Asiya ölkələri ilə logistika xətləri möhkəmlənəcək. Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ilə inteqrasiya olunacaq Zəngəzur xətti Azərbaycanın tranzit imkanlarını qat-qat artıracaq. İqtisadi cəhətdən bu, ölkəmizə böyük gəlirlər gətirəcək, siyasi baxımdan isə Azərbaycanın geosiyasi rolunu əhəmiyyətli dərəcədə yüksəldəcək.

Region dövlətləri üçün də bu dəhliz mühüm əhəmiyyət kəsb edir. Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyaya çıxış əldə edəcək, MərkəziAsiya respublikaları isə Avropaya daha qısa və təhlükəsiz marşrut qazanacaqlar. Çin “Bir kəmər, bir yol” təşəbbüsünü daha effektiv şəkildə həyata keçirə biləcək, Rusiya isə regionla əlaqələrini yeni xətt üzərindən qura biləcək. Bu baxımdan Zəngəzur dəhlizi qlobal maraqların kəsişdiyi bir nöqtəyə çevrilir.

Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində Zəngəzur dəhlizinin beynəlxalq miqyasda dəstəklənməsi istiqamətində mühüm addımlar atılmışdır. 2025-ci ilin 8 avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri, eləcə də şahid kimi ABŞ Prezidenti tərəfindən imzalanan Birgə Bəyannamə və paraflanan sülh sazişi təkcə Cənubi Qafqazın deyil, ümumilikdə dünyanın geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açıb. Görüş zamanı əldə edilən tarixi uğurlardan biri də Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin razılaşdırılmasıdır. TRIPP təşəbbüsü region ölkələrinin, o cümlədən Azərbaycanın qlobal nəqliyyat şəbəkəsinə daha sıx inteqrasiyasını nəzərdə tutur. Bu marşrut Zəngəzur dəhlizi ilə sinxronlaşdırılaraq həm enerji, həm də yükdaşımalar sahəsində yeni əməkdaşlıq perspektivləri açır. Bəyannamədə sülh, təhlükəsizlik və qarşılıqlı iqtisadi fayda prinsipləri əsas götürülür, Azərbaycan isə bu layihədə açar dövlət kimi çıxış edir. TRIPP-in reallaşması ilə Azərbaycan sadəcə regional yox, həm də qlobal miqyasda nəqliyyat-logistika mərkəzinə çevriləcək. TRIPP marşrutu eyni zamanda Azərbaycanın qazandığı zəfərlərin beynəlxalq miqyasda təsdiqi kimi də qiymətləndirilə bilər. Çünki Azərbaycan artıq təkcə öz milli maraqlarını deyil, həm də beynəlxalq sülh və rifah naminə təşəbbüslər irəli sürən, qlobal iqtisadi inteqrasiyaya töhfə verən bir aktor kimi çıxış edir. Bu isə Prezident İlham Əliyevin liderliyinin və ölkəmizin artan nüfuzunun bariz göstəricisidir.

Bütün bu proseslər bir daha sübut edir ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursa sadiq qalaraq, Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə regionun lider dövlətinə çevrilmişdir. Zəngəzur dəhlizi bu uğurlu yolun ən mühüm strateji nailiyyətlərindən biri olacaq. Bu dəhliz açıldıqdan sonra Azərbaycan yalnız iqtisadi baxımdan deyil, həm də siyasi, mədəni və ideoloji cəhətdən türk dünyasının təbii lideri mövqeyini daha da gücləndirəcək.

Beləliklə, Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarının təntənəsi, regionun inteqrasiyasının açarı və qlobal geosiyasətdə yeni balansın əsas elementidir. Bu dəhliz həm də Ulu Öndər Heydər Əliyev siyasi irsinin, Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin məntiqi nəticəsi olaraq tarixə düşəcək. Azərbaycanın qazandığı zəfərlər və imzalanmış beynəlxalq bəyannamələr bir daha göstərir ki, gələcək onilliklərdə ölkəmiz yalnız regionun deyil, dünyanın ən mühüm nəqliyyat və enerji mərkəzlərindən birinə çevriləcək. Zəngəzur dəhlizi isə bu möhtəşəm gələcəyin qızıl açarıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see167

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see145

Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

20 Sentyabr 2025 16:47see141

Silvestr Stallone: ​​“Texnologiya məni 18 yaşına çatdıra bilər...”

20 Sentyabr 2025 21:47see140

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see139

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see136

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see135

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see133

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see133

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see132

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see130

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see129

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see128

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see127

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see126

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see125

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see124

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see124

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri