Icma.az
close
up
RU
“Zəngəzur dəhlizinin açılması önəmlidir”

“Zəngəzur dəhlizinin açılması önəmlidir”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Zəngəzur dəhlizinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılıb. Hazırda dəhlizin Azərbaycana aid hissəsində nəqliyyat infrastrukturu tamamlanmaq üzrədir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Elnur Məmmədov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Orta Dəhliz: Ticarət, sənaye və bağlantılılıq potensialının reallaşdırılması” mövzusunda paneldə çıxışı zamanı bildirib.

O, iqtisadiyyatın inkişafı baxımından sözügedən dəhlizin açılmasının vacib olduğunu açıqlayıb: “Zəngəzur dəhlizinin Ermənistana aid 42 kilometrlik hissəsində işlər başlandıqda Asiyadan Avropaya yüklər 12-15 günə daşınacaq. İqtisadiyyatların inkişafı baxımından Zəngəzur dəhlizinin açılması önəmlidir”.

Nazir müavini həmçinin Azərbaycan və ABŞ münasibətləri haqqında danışaraq qeyd edib ki, bu iki ölkə arasında münasibətlər yalnız hesabatlarda qalmayıb, bir sıra sənədlər imzalanıb.

“Bu ilin iyununda ilk Azərbaycan-ABŞ iqtisadi dialoqunu keçirdik. Bu dialoq həmin çərçivənin praktiki əməkdaşlığa çevrilməsinə başlanğıc verdi. İyunun əvvəlində keçirilmiş Azərbaycan-ABŞ iqtisadi dialoqu çərçivəsində Amerika şirkətləri bir sıra mühüm razılaşmaları yekunlaşdırdılar. Strateji öhdəliklərin güclü kombinasiyasını formalaşdırarkən qarşıda duran ümumi vəzifə bu dinamikanı davamlı kommersiya tərəfdaşlıqlarına çevirməkdir.

Bununla yanaşı, dialoq çərçivəsində kritik minerallar, rəqəmsal infrastruktur və ölkənin mədəniyyəti ilə bağlı əməkdaşlıq sənədləri də hazırlandı. Bunların yalnız hesabatlarda qalmadığını göstərmək üçün bir neçə ay əvvəl imzalanmış konkret sazişlərdən nümunələr gətirim. “Exxon” şirkəti ilə Azərbaycan arasında qeyri-ənənəvi quruda yerləşən neft ehtiyatlarının inteqrasiyası, işlənməsi və hasilatı ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Həmçinin kritik mineralların tədarükünün təmin edilməsi, onların hasilatı və emalı üzrə çərçivə sazişinin hazırlanması istiqamətində iş aparılır”.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Sentyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri