Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin açılması regionunun yeni beynəlxalq tranzit kommunikasiya mərkəzi kimi formalaşmasına əlavə töhfə verəcək gürcü siyasi ekspert

Zəngəzur dəhlizinin açılması regionunun yeni beynəlxalq tranzit kommunikasiya mərkəzi kimi formalaşmasına əlavə töhfə verəcək gürcü siyasi ekspert

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünu müsbət qiymətləndirirəm. Bu, bölgəmizdə uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində böyük bir irəliləyişdir.

Bu sözləri APA-ya müsahibəsində gürcü hərbi-siyasi ekspert Vaxtanq Maisaya söyləyib.

O, bu görüşü tarixi miqyaslı hadisə kimi qiymətləndirib.

“Ermənistan və Azərbaycanın artıq barışması, mənim fikrimcə, 2018–2021-ci illərdəki tarixi yaddaşın bərpasıdır. Həmin illərdə regional təhlükəsizlik sisteminin üç dövləti birlikdə hərəkət edir, xaricdən gələn bütün təhdid və çağırışlarla birgə mübarizə aparırdılar. Mən düşünürəm ki, hazırda tarixi reallıq yenidən təkrarlanır. Bu isə bölgədə sülhün tənzimlənməsi baxımından son dərəcə vaxtında atılmış və tarixi əhəmiyyət daşıyan bir addımdır,” deyə o bildirib.

“Leproust formatı” faktiki olaraq fəaliyyətini dayandırıb

Vaşinqton görüşünün bölgədəki güc balansına təsir məsələsinə toxunan Gürcü ekspert qeyd edib ki, bu görüş bölgədə güc balansı keyfiyyətcə dəyişəcək: “Artıq indidən deyə bilərəm ki, Rusiya Federasiyasının təsiri altında formalaşmış “Leproust formatı” faktiki olaraq fəaliyyətini dayandırıb. Məncə, bu gün yeni bir formatın yaradılması mümkündür. Bu formatı şərti olaraq “2+1+1” formulu ilə ifadə etmək olar: burada “2” – Cənubi Qafqazın iki regional aktoru olan Azərbaycan və Ermənistan, “+1” – regional güc statusuna malik Türkiyə, digər “+1” isə beynəlxalq aktor – ABŞ-dır. Bundan başqa, ikinci beynəlxalq aktor kimi Avropa İttifaqının da bu formata qoşulması ehtimalı var. Gürcüstanın bu prosesə necə və hansı şərtlərlə qoşulacağı hələlik bəlli deyil. Ola bilsin ki, bu, “3+1+2” kimi genişlənmiş bir formata çevrilsin – bunu zaman göstərəcək. Ancaq indiki mərhələdə aydın olan odur ki, bölgədə güc balansı həm məcazi, həm də birbaşa mənada dəyişəcək. Rusiya isə öz regional təhlükəsizlik sistemini yaratmağa cəhd göstərə bilər. Bu isə gələcək proseslərin inkişafından asılı olacaq.”

“Qafqaz geostradası” adlanan yeni bir konsepsiyanı gündəmə gətirməyin vaxtıdır

Gürcü ekspert hesab edir ki, Bakı və İrəvan arasındakı münasibətlərin normallaşması Gürcüstanın bölgədəki mövqeyini daha da gücləndirəcək: “Gürcüstan həm Azərbaycan, həm də Ermənistan üçün mühüm kommunikasiya marşrutudur. Buradan strateji əhəmiyyətli nəqliyyat və ticarət xətləri keçir və bu, hər iki ölkə üçün vacibdir. Azərbaycan öz məhsullarını Gürcüstan üzərindən ixrac edir, Ermənistan isə əsas ərzaq və zəruri malları, həmçinin digər ticarət məhsullarını Gürcüstan vasitəsilə əldə edir. Bu səbəbdən, Gürcüstan faktoru bu kontekstdə daha da əhəmiyyət qazanacaq. Məncə, bu, Gürcüstan üçün sülh prosesinə qoşulmaq və bütün region ölkələrinin iştirak etdiyi yeni əməkdaşlıq modelini formalaşdırmaq üçün yaxşı fürsətdir. Artıq “Qafqaz geostradası” adlanan yeni bir konsepsiyanı gündəmə gətirməyin vaxtıdır. Bu, Gürcüstan geopolitik məktəbinin irəli sürdüyü ideyadır və Qafqazı bütün sivilizasiyaların və dövlətlərin dinc yanaşı mövcud olduğu bir “sülh adası” kimi nəzərdə tutur. Hesab edirəm ki, Gürcüstan Ermənistan və Azərbaycan nümayəndələrinə “Qafqaz geostradası” konsepsiyasını təqdim edə bilər. Bu konsepsiyada bölgədəki bütün daxili və xarici aktorların dinc yanaşı yaşamasını gücləndirəcək və yaxşılaşdıracaq mexanizmlər mövcuddur.”

Zəngəzur dəhlizi Gürcüstan üçün rəqib olmayacaq, Gürcüstanın kommunikasiya imkanlarını gücləndirəcək

Zəngəzur dəhlizinin açılmasının Gürcüstanın mövcud tranzit və logistika imkanlarına necə təsir edəcəyi sualına cavab verən Vaxtanq Maisaya bildirib ki, əgər Gürcüstan Vaşinqtonda dünən baş vermiş tarixi hadisəni vaxtında qəbul edərək bu formata qoşularsa, Zəngəzur dəhlizi Gürcüstan üçün rəqib olmayacaq, əksinə, bu, Gürcüstanın nəqliyyat, enerji və kommunikasiya imkanlarını daha da gücləndirəcək: “Bu dəhliz, Cənubi Qafqaz regionunun yeni beynəlxalq tranzit-kommunikasiya mərkəzi kimi formalaşmasına əlavə töhfə verəcək. Üstəlik, Ukraynadakı müharibə və İran–İsrail qarşıdurması fonunda şimal və cənub nəqliyyat dəhlizlərinin faktiki olaraq bağlandığı indiki şəraitdə bu marşrut daha da əhəmiyyət qazanır. Bu, mənim fikrimcə, əsas, mərkəzi dəhliz olacaq. Hazırkı mərhələdə Cənubi Qafqaz regionu bütün əsas beynəlxalq layihələrin həyata keçirilməsi üçün mühüm tranzit mərkəzinə çevrilə bilər. Buraya “Bir Kəmər, Bir Yol” təşəbbüsü, eləcə də ABŞ-ın “Qərb–Cənub” adlanan iqtisadi layihəsi daxildir. Bu layihə şərti olaraq Antverpen limanını Hindistanın Mumbay limanı ilə birləşdirir və ABŞ Prezidenti Donald Tramp Cənubi Qafqazın bu iqtisadi marşrutun bir hissəsinə çevrilməsini istəyir. Mənim fikrimcə, həm Gürcüstan dəhlizi, həm də Zəngəzur dəhlizi bir-birini tamamlayacaq və regionun bütün imkanlarını daha da artıracaq.”

Şimal və Cənub qonşularının reaksiyası necə olacaq

Gürcü ekspert hesab edir ki, bu razılaşma Rusiya və İranın maraqlarına zidd olduğundan, hər iki ölkə onun icrasına mane olmağa çalışacaq.

“Bu razılaşma Rusiya və İranın maraqlarına ziddir. Artıq hər iki ölkənin rəsmiləri və iranlı ekspertlər bu razılaşmaya qarşı açıq şəkildə mənfi mövqe bildiriblər. Xüsusilə Rusiya üçün bu məsələ daha həssasdır. Mənim fikrimcə, həm Rusiya, həm də İran bu razılaşmanın həyata keçirilməsinə maneələr yaradacaq, əlavə təhdidlər və çağırışlar formalaşdıraraq prosesə təsir etməyə çalışacaqlar. Biz belə bir gedişata hazır olmalıyıq. Hesab edirəm ki, Rusiya Gürcüstana təzyiqlərini artıracaq və öz “Şimal–Cənub” dəhlizi layihəsinin icrasını sürətləndirməyə çalışacaq. Bundan başqa, Moskva Gürcüstanı Abxaziya dəmir yolu xəttinin açılmasına razı salmaq üçün də təsir imkanlarını işə sala bilər. Gözlənilən yeni çağırışlar məhz bu mövqelərin toqquşması ilə bağlı olacaq. Mən tam əminəm ki, Rusiya bu layihəyə qarşı açıq şəkildə düşmən mövqe tutacaq,” deyə Vaxtanq Maisaya fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Avqust 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri