Icma.az
close
up
RU
Zəngəzur gərginliyi: Rusiya Azərbaycana bu zərbəni hazırlayır

Zəngəzur gərginliyi: Rusiya Azərbaycana bu zərbəni hazırlayır

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya Xarici İşlər Nazirliyi Zəngəzurdan keçən kommunikasiya yollarının bərpası zamanı bölgədəki rus sərhədçilərinin mövcudluğunun nəzərə alınmasının vacibliyini vurğulayıb. Bu barədə Rusiya XİN-in İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyev  Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında imzalanmış üçtərəfli bəyanatı şərh edərkən deyib.

O qeyd edib ki, Rusiya 2020–2022-ci illərdə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında əldə olunmuş razılaşmaları hələ də aktual hesab edir.

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov bildirib ki, Rusiyanın Vaşinqtonda imzalanan sənədə səssiz qalmayacağı əvvəldən bəlli idi:

“Rusiyanın özünə görə haqlı səbəbləri var və Vaşinqton görüşündən sonra rəsmi şəxslər bunu açıq şəkildə ifadə edirlər. Bununla, Rusiya faktiki olaraq Vaşinqton sənədinin hüquqi əsasının olmadığını deyir. Görünür, məqsəd məsələni hüquqi aspektdə dolaşığa salmaq və qeyri-müəyyənlik yaratmaqdır”.

Həmçinin oxuyun:

Trampdan geopolitik jest: Putin və Zelenski üçün Vaşinqtonda masa qurulur? 

Analitik hesab edir ki, Rusiyanın bundan sonrakı addımlarına diqqət yetirmək lazımdır:

“Rusiya Zəngəzur dəhlizində 2020-ci il bəyannaməsinə uyğun status tələb edir və buna nail olmaq üçün də müəyyən addımlar atacaq. Bu addımların necə olacağını zaman göstərəcək. Hazırda Rusiya mürəkkəb geosiyasi vəziyyətin içərisindədir, ona görə də atacağı addımları yüz ölçüb, bir biçir. Mövcud şərtləri uyğunlaşdırır və özü üçün optimal variantı seçəcək”.

Ekspert onu da əlavə edib ki, Rusiyada bəzi rəsmi şəxslər Azərbaycana qarşı sanksiyaların tətbiqini də müzakirə edirlər:

“Rusiyalı rəsmilər çox vaxt Azərbaycana və azərbaycanlılara yuxarıdan aşağı baxırlar, bu isə iki ölkənin münasibətlərinə mənfi təsir göstərir. Digər tərəfdən, Azərbaycan geri addım atmır. Zəngəzur dəhlizi bu və ya başqa formada açılacaq, Türk dünyası birləşəcək. Həmçinin dəhliz boyunca yaşayan xalqların hamısı fayda görəcək. Rusiya isə çətin ki, burada hansısa ciddi addım ata bilsin”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Avqust 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri