Icma.az
close
up
RU
ZƏNGƏZUR: ORTA ASİYANI QƏRBƏ APARAN DƏHLİZ Trampın “C5+1” formatında Azərbaycanın rolu nə olacaq?

ZƏNGƏZUR: ORTA ASİYANI QƏRBƏ APARAN DƏHLİZ Trampın “C5+1” formatında Azərbaycanın rolu nə olacaq?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyada yaranan yeni geostrateji gerçəkliklər fonunda ABŞ qlobal müstəvidə özünə rəqib ola biləcək yeni güc mərkəzlərinin meydana gəlməsini həyati vacib maraqları üçün təhdid hesab edir. Bu baxımdan hazırda beynəlxalq münasibətlər sistemində Çinin yüksəlişə keçməsi Vaşinqtonda ciddi narahatlıq doğurur.

Çinin yerləşdiyi Avrasiya materiki mühüm geostrateji əhəmiyyətə malikdir və bunu nəzərə alan Pekin bütün materiki əhatə edəcək “Bir zolaq, bir yol” layihəsinin həyata keçməsinə çalışır. Şübhə yoxdur ki, ABŞ-nin qlobal strategiyasının ən əsas istiqamətlərindən biri Avrasiya üzərində güclü təsir imkanları qurmaqdır.

Çin və Rusiya kimi rəqiblərinin bu materikdəki potensial imkanlarını minimuma endirmək ABŞ-nin öncəlikli planına daxildir. Bunun üçün ABŞ NATO vasitəsilə Avropada, qarşılıqlı tərəfadşlıq çərçivəsində isə Cənubi Qafqazda və Mərkəzi Asiyada daha fəal siyasət yürütməyə başlayıb. Elə bu səbəbdən də Donald Trampın Ağ Evdə Mərkəzi Asiya respublikalarının dövlət başçılarıyla “C5+1” formatında görüş keçirməsi ABŞ-nin gələcək perspektivdəki strateji trayektoriyasının bariz təzahürü kimi dəyərləndirilməlidir.

Əslində, ”C5+1” formatı (ABŞ və 5 Mərkəzi Asiya ölkəsi) hələ 2015-ci ildə yaradılıb, amma Tramp bu platformanı daha işlək hala gətirmək və ona böyük iqtisadi məzmun vermək niyyətindədir.

Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstan) Avrasiya materikində mühüm geostrateji yer tuturlar. Bu region uzun müddət ərzində siyasi, iqtisadi və təhlükəsizilik baxımından Rusiyanın təsir dairəsində olub. Son illər Çin “Bir zolaq, bir yol” layihəsi ilə bu bölgədəki iqtisadi mövqeyini ciddi şəkildə gücləndirməklə məşğuldur. Rusiya və Çinin bu bölgəyə qonşu olması onların təsir imkanlarını daha əlverişli edir. Mərkəzi Asiya bölgəsinə daxil olan sözügedən ölkələr təkcə öz geostrateji mövqelərinə görə yox, həmçinin də faydalı qazıntılarla zəng olmaları ilə diqqəti çəkirlər. Çin “Bir zolaq, bir yol” layihəsi çərçivəsində bu ölkələrə xeyli sərmayə yatırıb və bu yolla öz iqtisadi mövqeyini möhkəmləndirməklə məşğuldur. Mərkəzi Asiyanın Avrasiyanın mərkəzində yerləşməsi onun strateji önəmini artırsa da, bu regionun coğrafi baxımdan problemi var. Onun okeana birbaşa çıxışı yoxdur və ona görə də qlobal ticatətdə iştirak etmək üçün ətraf ölkələrlə geniş əlaqələr qurmaq məcburiyyətindədir. Mərkəzi Asiyanın böyük qonşusu olan Rusiya bu respublikaları öz təsir dairəsindən buraxmaq istəməsə də, Kremlin daim istifadə etdiyi hərbi güc və etnik qarşıdurma yaratmaq metodlarıyla regionu nəzarətində saxlaması getdikcə çətinləşir.

Tramp Mərkəzi Asiyanı Rusiyanın və Çinin təsir sferasından çıxarıb onu ABŞ-nin strateji tərəfdaşı edə bilərsə, bu, geostrateji baxımdan ABŞ-nin böyük nailiyyəti olacaq. Amma bunun həyata keçirilməsi üçün Tramp administrasiyası hərdəmxəyallıqdan əl çəkməli və qətiyyətli, düşünülmüş strateji həmlələr etməlidir.

Əlbəttə, yaxın perspektivdə Mərkəzi Asiyanın Rusiya və Çin asılılğından birdəfəlik qurtarması asan olmasa da, dünyada sürətlə dəyişən dinamik şərtlər daxilində bu regionun daha müstəqil siyasət yürütməsinin təməli qoyula bilər. Trampın Mərkəzi Asiya strategiyası ABŞ-nin qlobal strateji planının tərkb hissəsi olacağı təqdirdə, bu regionun ciddi uğurlar qazanması zaman məsələsidir. Tramp özünün birinci prezidentliyi dövründə “America First” şüarı altında ölkəsinin dünyanın hər yerinə istər hərbi və istərsə də iqtisadi metodlarla müdaxiləsinin əleyhinəydi. Lakin qlobal hadisələrin mahiyyətini və eyni zamanda da ABŞ-nin dünya çapındakı mövqeyinin nədən ibarət olduğunu anlayan Tramp köhnə siyasi fəlsəfəsindən uzaqlaşmağa başlayıb. O, ABŞ-nin dünyadakı mövqelərinin itirilməsinin acı nəticələrə gətirəcəyini anlayır.

Əgər ABŞ yenidən güclənmək niyyətindədirsə, gərək son 30 ildə aparılan siyasəti büsbütün dəyişsin. Şübhəsiz ki, Mərkəzi Asiya ABŞ-nin qarşısında dayanan ən başlıca prioritet deyil, lakin bu regionun strateji cəhətdən Çin və Rusiya arasında yerləşməsi Vaşinqtonu daha yaxşı düşünməyə vadar edir.

Bəs ABŞ bu regionu öz nəzarətinə keçirmək üçün hansı addımları ata bilər? Vaşinqton bu regionu maliyyə və texnologiya ilə təmin edərsə uğur qazana bilər. Digər yandan, Mərkəzi Asiyanının dünyaya çıxış istiqamətinin coğrafi cəhətdən qərbə tərəf yönləndirilməsi daha məqsədəuyğun olar.

Məlumdur ki, Mərkəzi Asiya ölkələrinin vahid beynəlxalq siyasəti yoxdur. Məsələn, Qazaxıstan özünəqapanma siyasəti yürütmür və Rusiya ilə tərəfdaşlıqda maraqlı olduğunu dəfələrlə bəyan edib. Amma buna baxmayaraq, son illər Astana Avropaya və ABŞ-yə meyllənir və onlardan gələn investisiyalar hesabına iqtisadi və maliyyə sahəsində Qərbə daha da yaxınlaşır. Özbəkistan da Qərblə münasibətlərində Qazaxıstana bənzər siyasət yürüdür, lakin Qırğızıstan və Tacikistan ABŞ, Türkiyə və Avropayla təzəcə qarşılıqlı münasibətlər qurur və onların əsas ticarət tərəfdaşları hələ ki Rusiya və Çindir. Bu da anlaşılandır, çünki maliyyə baxımından kasıb olan bu iki ölkə ənənəvi əməkdaşlıq kanallarına böyük ehtiyac duyur.

Bu dörd ölkədən fərqli olaraq Türkmənistan başlıca diqqətini enerji ixracına kökləyib və qapalı siyasət yürüdür. Ancaq artıq Türkmənistanda da birtərəfli iqtisadiyyatın fəsadlar gətirəcəyini və kollektiv birliyin önəmini anlayırlar. Unutmayaq ki, Tacikistandan başqa, digər dörd ölkə Türk Dövlətləri Birliyinin üzvləridir və bu istiqamətdə inteqrasiya getdikcə güclənir.

Mərkəzi Asiya ölkələri Qərblə dərin yaxınlaşmağa getməmişdən öncə iqtisadi və siyasi cəhətdən təhlükəsizliklərini təminat altına almağı düşünürlər. Yəqin ki, Mərkəzi Asiya ölkələri bundan sonra üç qüvvə arasında balanslaşdırılmış siyasət yürüdəcəklər. ABŞ, Çin və Rusiya üçbucağı çərçivəsində Rusiya zəifləyən tərəfdir və bunu heç kim gözdən qaçırmır. Ukraynada müharibə uzandıqca Rusiya yaxın xaric adlandırdığı ölkələrə ciddi təhlükə törədə bilməyəcək.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi postsovet ölkələrinin ona olan etibarını dərindən sarsıdıb və əlverişli fürsət düşən kimi hamı Rusiyadan qaçmağa çalışır. Vladimir Putin postsovet respublikalarını öz orbitindən buraxmamaq üçün təhlükəsizlik və iqtisadi sahədə ittifaqlar qurub, lakin Rusiyanın texnoloji və maliyyə imkanları məhdud olduğundan yaranmış ittifaqların səmərəliliyi olmayıb. Kremlin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı öz aktuallağını itirib.

Mərkəzi Asiya ölkələri birlikdə və yekdil şəkildə Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasında maraqlıdırlar, ancaq onlar bunu səbrlə, tədricən və ehtiyatla etmək istəyirlər.

Mərkəzi Asiya ölkələrinin dünya bazarına çıxara biləcəkləri faydalı qazıntılar ABŞ hökumətini xüsusilə maraqlandırır. Həqiqətən də bu region faydalı qazıntılarla zəngindir və əgər Qərb şirkətləri onların işlədilməsinə cəlb edilərsə, bu, beynəlxalq miqyasda yeni reallıqlara yol açacaq. Hazırda uran hasilatına görə Qazaxıstan dünya lideridir və ümumdünya hasilatının 40 faizinə sahibdir. Bundan başqa, Qazaxıstanın zəngin mis, sink, qurğuşun yataqları və 30 milyard barellik neft, 2,4 trilyon kub metrlik təbii qaz ehtiyatı var. Bayan-Oba, Aktaqay ərazilərində nadir torpaq elementləri və həmçinin molibden, volfram və nikel yataqları mövcuddur. Özbəkistan qızıl hasilatına görə dünyada ilk 10 ölkə sırasındadır və bundan savayı, orada gümüş, molibden və uran yataqları da var. Tacikistan bölgənin böyük alüminium istehsalçısıdır və həm də bu respublika mühüm sənaye əhəmiyyətli stibium yataqlarıyla zəngindir.

Türkmənistan isə təbii qaz ehtiyatna görə dünya dördüncüsüdür və burada təxminən 20 trilyon kub metr qaz var. Türkmənistan həmçinin kükürdlə zəngindir. Qırğızıstanın ixrac gəlirlərinin təxminən 40 faizi qzılın payına düşür. Əlavə olaraq, bu ölkədə nadir torpaq elementləri, vismut, volfram və molibden ehtiyatları da var. Ancaq Mərkəzi Asiyanın geostrateji yerləşməsinin önəmi nə qədər böyük olsa da, onların dünya bazarına təhlküəsiz və risksiz çıxmaları lazımıdır. Mərkəzi Asiya ölkələri perspektivdəki nəqliyyat yollarını şaxələndirmək istəyirlər. Bu baxımdan Zəngəzur dəhlizi layihəsi təkcə Azərbaycan və Ermənsitan arasındakı nəqliyyat arteriyası kimi anlaşılmamalıdır. Bu layihənin işə düşməsi qlobal əhəmiyyət daşıyır. Zəngəzur dəhliz təkcə Mərkəzi Asiya ölkələrinin Türkiyə və Avropaya çıxış imkanlarını asanlaşdırmayacaq, eyni zamanda böyük bir regionun Qərb dünyası ilə siyasi-iqtisadi əməkşadlığını dərinləşdirəcək. Bu dəhliz Türk Dövlətləri Təşkilatının inteqrasiyasını sürətləndirəcək. Zəngəzur dəhlizi iqtisadi fayda ilə yanaşı, dünya arenasına yeni geostrateji güc mərkəzi gətirəcək. Tarixi prosesin özü Türkiyədən tutmuş Tacikistana kimi böyük bir arealın yeni geostrateji mərkəzə çevrilməsini diqtə edir. Burada bizim üçün ən önəmli faktor isə Azərbaycanın birləşdirici körpü rolunu oynamasıdır.

Vaqif Nəsibov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see296

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see196

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see177

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see173

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see173

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see167

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see167

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see154

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see142

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see137

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see136

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see136

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see131

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see129

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see125

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri