Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Zəngəzurda savaş anonsu Bakı ərazini nəzarətə götürərək...

Zəngəzurda savaş anonsu Bakı ərazini nəzarətə götürərək...

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistanın baş naziri kommunikasiya xətlərinin açılması ilə bağlı məqbul həll variantından danışıb. Məqbul həll variantı dedikdə nəyi nəzərdə tutur?

- Nikol Paşinyanın kommunikasiya xətlərinin açılması ilə bağlı yanaşması başa düşülən deyil. Amma ümumilikdə Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin açılması realdır. Bu, daha çox region ətrafındakı hadisələrdən asılıdır. Beləliklə, sərhəddə hər iki tərəfdən dəmir və avtomobil yollarının açılması mümkündür.

- Əsas əngəl nə idi?

- Problem Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Paşinyan təklif edirdi ki, Azərbaycanın Qərb rayonlarından çıxaraq Ermənistanın şimalından cənubuna keçməklə Naxçıvana çıxış əldə etsin. Bu isə yolun uzadılması deməkdir. Azərbaycan üçün bu məqbul sayılmırdı.

- Amma masada dəhlizlə bağlı bir neçə variantın olduğu deyilirdi...

- Sonradan danışıqlarda Zəngəzur istiqamətində iki həll variantı gündəmə gətirildi. Bu, Mehri və Qarakilsə rayonu istiqamətində həyata keçirilə bilən yolu nəzərdə tutur.

- Məqbul variant hansıdır?

- Yoluna və quruluşuna görə Mehri yolu daha məqbul idi.

- Buna nə maneə oldu?

- Əsas problem yenə də Qərbdən yaradıldı.

- Onların əsas istəyi nə idi?

- Qərb dövlətləri beynəlxalq konsersium adı altında yola özü nəzarət etmək istəyir. Hətta Ermənistan tərəfindən onların təklifi qəbul edilmişdi.

- Bu təklif daha çox kim tərəfindən gündəmə gətirilmişdi?

- Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dilə gətirmişdi. Ehtimal vardı ki, bu ABŞ tərəfindən deyilmişdi.

- Rusiyanın isə dəhlizlə bağlı təkfiləri tamam başqadır...

- Sözsüz ki, rəsmi Moskva dəhlizin onun nəzarəti ilə açılmasını istəyir.

- Belə çıxır ki, bu Bakı və İrəvan arasında dəhlizlə bağlı problem yoxdur...

- Dəhliz və kommunikasiya məsələsində daha çox Rusiya, ABŞ, Ermənistan, Avropa İttifaqı və digər qütblər arasında ziddiyyətlər var. Bura İranı da əlavə etmək olar. Bütün bunlar onu göstərir ki, regional kommunikasiyaların açılması uğrunda mübarizə heç də Bakı və İrəvan arasında deyil, məhz bu qüvvələr arasında gedir. Ümumiyyətlə bu gün kommunikasiya xətləri uğrunda savaş gedir. Hindistandan İsrailə dənizlər üzərindən Avropaya yük daşımaları, İranın irəli sürmüş olduğu layihələr var. Eyni zamanda Qatar-Suriya Avropa xəttinin bir daha gündəmə gətirilməsi də həmin prosesin tərkib hissəsidir. Sözsüz ki, bu amillər yekunda müharibələrə gətirib çıxarır. Yaxın Şərqdə, Qəzza, Livan ətrafında baş verənlər bu amillərlə bağlıdır. Vaxtilə Suriyada Bəşər Əsədə qarşı vətəndaş savaşının başladılması kimi gerçəkliklər mövcuddur. Ona görə də, Zəngəzur dəhlizinin açılması asan görünsə də, bunun ətrafında müharibələrin olması da ehtimal edilir.

- Sankİ bölgə uğurunda soyuq savaş gedir. Bunun qarşısını necə almaq olar?

- Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq vermiş olsaydı, hazırda hər iki tərəfdə dəmir və avtomobil yolunun işlək halda olması mümkün idi. Bu həm də hər iki tərəf üçün münasibətlərin yeni mərhələyə qədəm qoyması demək olardı. Əksinə Paşinyan buraya qlobal oyunçuları gətirdi. Beləliklə də vəziyyət daha da gərginləşdi.

- Bu halda Zəngəzurun yeni bir savaş nöqtəsi olması ehtimalı güclənmiş olur…

- Sabah Zəngəzurun dəhliz kimi işləməsi və yaxud burada yeni bir müharibənin başlamasının məsuliyyətini Ermənistan rəhbərliyi daşımalı olacaq. Çünki onların verdiyi qərarlar, Zəngəzurda maraqların toqquşmasının nəticəsi kimi yeni savaş başlaya bilər.

- Azərbaycanın rolu nədən ibarət olacaq?

- Bakı burada sabitləşdirici rol oynayır. Gələcəkdə də Azərbaycan bu missiyanı icra edə bilər. Əgər Ermənistan bu coğrafiyanı qoruya bilmirsə, buranı qlobal güclərin mübarizə meydançasına çeviribsə, Azərbaycan regionda sabitləşdirici faktor kimi orada təhlükəsizlik xətti yaradaraq bölgənin yeni bir vəhşi müharibəyə yuvarlanmasının, anarxiyaya çevrilməsinin qarşısını ala bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 15 Noyabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri