Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Zəngilan dağlarından başlanan qəhrəmanlıq dastanı

Zəngilan dağlarından başlanan qəhrəmanlıq dastanı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycanın  Milli Qəhrəmanı Elnur Nuriyevin doğum günüdür

Bəzi ömürlər var ki, illərlə deyil, vətənə verdiyi töhfələrlə, göstərdiyi fədakarlıqla ölçülür. 19 illik qısa, amma şərəfli ömrünə Milli Qəhrəmanlıq zirvəsini sığdıran Elnur Nuriyev də adını Azərbaycanın azadlıq və suverenlik salnaməsinə qızıl hərflərlə yazdıran oğullarımızdandır. O, azğın düşmənin torpaqlarımıza göz tikdiyi bir dövrdə silaha sarılaraq Zəngilandan Tərtər səngərlərinədək şərəfli bir döyüş yolu keçmiş, canını Vətən torpağına fəda etmişdir.

1990-cı illərin əvvəllərində Qarabağda alovlanan müharibə, dinc əhalinin çəkdiyi əzablar və torpaqlarımızın işğal təhlükəsi gənc Elnurun qəlbində böyük bir nisgil və intiqam hissi alovlandırmışdı. Azərbaycan tarixinin qara səhifələri, milli dövlətçiliyimizin sınağa çəkilən anları, xalqımızın ağrı-acılar, məhrumiyyətlər içərisində yaşadığı günlər çox olub. Ancaq 1993-cü ilin iyun ayının əvvəllərində öz kuliminasiya nöqtəsinə çatmış hakimiyyət böhranı milli tariximizin ən ağır səhifələrindən biri idi. Çünki həmin günlər Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə idi. Azərbaycan parçalanmanın bir addımlığında idi.

Ölkədə bir xaos hökm sürürdü. Həmin vaxt bu özbaşınalıqdan istifadə edən qüvvələr Gəncədə qiyam qaldırdılar. 1994-cü ilin sentyabr ayında onu Gəncə şəhərinə göndərdilər. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır. 1995-ci ilin Gəncə hadisələri zamanı Elnur da qanunsuz silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edirdi. Silahlı dəstənin zərərsizləşdirilməsi üçün neçə-neçə igidlər dövlətimiz naminə, birliyimiz naminə canlarından keçdilər. Bunlardan biri də Elnur Nuriyev oldu...

Elnur 22 avqust 1975-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində dünyaya göz açmışdır. 1982-ci ildə burada birinci sinfə getmiş, 1992-ci ildə orta məktəbi bitirmişdir. 1993-cü ilin oktyabr ayında Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Elnur qısa müddət ərzində təlim-məşq toplanışı keçdikdən sonra, erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün Füzulidə döyüş bölgəsinə göndərilmişdir. O, minaaxtaran batareyanın tərkibində bölmə komandiri kimi Alxanlı, Kürdmahmudlu kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Həmin ərəfədə Tərtər bölgəsində vəziyyət xeyli ağırlaşmışdı. Erməni hərbi qüvvələri əks-hücuma keçərək, rayonun bir neçə kəndini ələ keçirmişdilər.

Cəbhəyanı rayonlarda vəziyyət gərginləşəndə Elnurun xidmət etdiyi hərbi hissəni həmin bölgəyə köməyə göndərirlər. Qapanlı, Seysulan kəndlərinin düşməndən azad edilməsində o, döyüş əzmkarlığı nümayiş etdirərək, şücaət göstərir.

Elnur 1994-cü il 4-5 oktyabr hadisələrində - Gəncə qiyamının yatırılmasında iştirak edir və döyüş tapşırığını yerinə yetirərkən həlak olur. Kürdəmir şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə Nuriyev Elnur Eyvaz oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Qəhrəmanımız Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında böyük ehtiramla torpağa tapşırıldı. Onun xatirəsini əbədiləşdirmək üçün Kürdəmir şəhərindəki parklardan birində büstü qoyulmuşdur.

Elnurun doğulub boya-başa çatdığı Zəngilan və vaxtilə qəhrəmanlıqla vuruşduğu ərazilər 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində düşməndən azad edildi. İllər keçsə də, işğaldan azad olunmuş Zəngilanın bərpa olunan torpaqları, Tərtərin dinc səması Elnur kimi qəhrəmanlarımızın ruhunu şad edir. O, cəmi 19 il yaşadı, lakin adını Vətən təqviminə, xalqın qəlbinə silinməz izlərlə həkk etdi.Müqəddəs torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Vətən torpaqlarının azadlığı uğrundakı bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu qələbə ölkəmizin qüdrətini, haqq uğrunda mübarizə aparmaq əzmini, milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı. Müzəffər Ordumuz hərb tarixində yeni səhifə olan Vətən müharibəsində Azərbaycanın gücünü dünyaya göstərə bildi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı.      

Müşfiq MİRZƏ

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Avqust 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri