Icma.az
close
up
RU
Zəngilan şəhəri günü doğma yurda qayıdışı təcəssüm etdirir

Zəngilan şəhəri günü doğma yurda qayıdışı təcəssüm etdirir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zəngilan şəhərinin işğaldan azad olunmasından beş il ötür. Vətən müharibəsinin 24-cü günündə Zəngilan da azadlığına qovuşan şəhərlər sırasına daxil oldu. 2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha altı kəndinin – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlının işğaldan azad olunduğunu elan etdi.

Zəngilanın azad edilməsi ilə Azərbaycan-İran sərhədi tam bərpa olundu, işğal altında qalmış 132 kilometr sərhəd boyunca dövlət suverenliyi təmin edildi. Bu tarixi qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm strateji mərhələ oldu.

Artıq beş ildir ki, torpaqlarımız erməni işğalçılarından təmizlənib, Azərbaycan öz suverenliyinə tam qovuşub. Bu illər ərzində azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib, həyat yenidən canlanıb. Doğma yurdlarından didərgin düşmüş soydaşlarımız böyük sevinc hissi ilə doğma torpaqlarına qayıdırlar.

Bu gün Zəngilan rayonu “Böyük Qayıdış” proqramı çərçivəsində yeni inkişaf dövrünü yaşayır. Bərpa və abadlıq işləri sürətlə davam edir. Azərbaycanın azad edilmiş torpaqlarında ilk pilot layihə məhz Zəngilanda – Ağalı kəndində icra edilib. 200 evdən ibarət “Ağıllı kənd” konsepsiyası əsasında salınan bu yaşayış məntəqəsində artıq 175 ailə, yəni 871 nəfər məskunlaşıb. Burada hər bir sakin peşəsinə uyğun işlə təmin olunub. “ASAN” və “DOST” xidmətləri, məktəb, bağça, tibb məntəqəsi fəaliyyət göstərir. Ağalı kəndi bu gün dünyanın ən müasir kənd modellərindən biri kimi tanınır.

Zəngilanın bərpasında “yaşıl enerji” prinsipləri əsas istiqamət kimi müəyyən edilib. Günəş enerjisi potensialı yüksək olan bu bölgədə artıq alternativ enerji infrastrukturu formalaşdırılır. Şəhərin baş planı təsdiqlənib və “15 dəqiqəlik şəhər” konsepsiyası əsasında layihələndirilib. Bu modelə əsasən, şəhər sakinləri gündəlik ehtiyaclarını — məktəb, tibb, xidmət və ictimai məkanlara çıxışı — 15 dəqiqəlik məsafədə təmin edə biləcəklər.

2025-ci ildə Zəngilanda bir sıra mühüm layihələr başa çatdırılıb və yeni infrastruktur layihələrinin icrası sürətləndirilib. Şəhərdə beşinci yaşayış kompleksinin təməli qoyulub, 334 mənzildən ibarət bu kompleks müasir standartlara uyğun inşa olunur. Eyni zamanda, Zabuxçay su anbarı və 51,6 kilometrlik əsas su xətti istismara verilib. Bununla 2 900 hektar torpaq sahəsi suvarmaya açılıb, kənd təsərrüfatı üçün böyük imkanlar yaradılıb.

Nəqliyyat infrastrukturunda da ciddi irəliləyişlər var. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun 123,6 kilometrlik hissəsində işlərin 95 faizi artıq tamamlanmaq üzrədir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması baxımından strateji əhəmiyyət daşıyır. Paralel olaraq Zəngilan-Horadiz avtomobil yolunun tikintisi də davam edir. Bu yol 124 kilometr uzunluğunda və altı zolaqdan ibarət olacaq.

Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin açılması istiqamətində də mühüm addımlar atılır. Bu dəhlizin fəaliyyətə başlaması uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını iqtisadi təcriddən çıxarmaqla yanaşı, xalqımızın tarixi torpağı olan Qədim Zəngəzura qayıdışını da təmin edəcək. Dəhlizin bərpası regionda yeni iqtisadi, logistik və geosiyasi perspektivlər yaradacaq.

Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilan yaxın illərdə ölkəmizin nəqliyyat və enerji mərkəzlərindən birinə çevriləcək. Burada həyata keçirilən bərpa və quruculuq layihələri həm ekoloji davamlılığı, həm də sosial rifahı təmin edən müasir yanaşmalarla icra olunur.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Bu qərara əsasən, 20 oktyabr — Zəngilan Şəhəri Günü elan olunub. Artıq bu tarixi günü xalqımız böyük fəxarət, qürur və başıuca qeyd edir.

Beş il əvvəl azadlığa qovuşan Zəngilan bu gün sürətlə bərpa olunur, qurulur və gələcəyə inamla addımlayır. Şəhərin yenidən dirçəlməsi, sakinlərin doğma torpaqlarına qayıdışı, yeni yaşayış massivlərinin salınması və müasir infrastrukturun yaradılması Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və əzmini bir daha nümayiş etdirir.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri