Icma.az
close
up
RU
Zəngilana bayraq sancan igid

Zəngilana bayraq sancan igid

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zəfər salnaməsini qanı ilə yazanlardan Azər Yusifli 8 il idi ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabaddakı hərbi hissəsində müddətdən artıq hərbi xidmət keçirdi. Vətən müharibəsi başlananda o baş gizir olduğu Çevik Hərəkət Dəstəsinin tərkibində cəbhə xəttinə göndərildi. Azər Yusifli “Qan yaddaşı”mızın “Zəfər yaddaşı”na çevrilməsində müstəsna rol oynadı.

O hələ müharibədən 2 ay əvvəl düşmən təxribatının törədildiyi Tovuz rayonuna ezam olunmuşdu. Orada kəşfiyyatçı kimi hünər göstərmiş, Ermənistana keçərək, xüsusi əhəmiyyətli əraziləri və obyektləri tədqiq etmişdi.

İkinci Qarabağ savaşında Azər və silahdaşları Cəbrayılın Arazboyu yaşayış məntəqələrinin və Xudafərin körpülərinin işğaldan azad olunmasında yaxından iştirak etdilər. Sərhədçi hərbi qulluqçular daha sonra Zəngilan istiqamətində irəlilədilər. Uğurlu əməliyyatlar sayəsində qısa müddətdə rayonun bir çox kəndi düşməndən alındı. Oktyabrın 19-dan 20-nə keçən gecə isə Zəngilan şəhəri uğrunda döyüşlər başlandı və tezliklə şəhər işğaldan azad olundu. Səhər saat 4 radələrində şəhərə 27 ildən sonra Azərbaycan bayrağını sancmaq şərəfi baş gizir Azər Yusifliyə nəsib oldu. Bir gün sonra isə igid Vətən oğlu elə oradaca şəhadətə ucaldı...

Azər Nazim oğlu Yusifli Ağstafa rayonun yetirməsidir. 1994-cü il mart ayının 28-də Böyük Kəsik kəndində ziyalı ailəsində dünyaya göz açıb. Onun ibtidai sinif müəllimi elə öz anası Yeganə Məmmədova olub. Ana laylası ilə pərvəriş tapan vətənpərvərlik duyğuları, Yeganə müəllimin əlindən tutub yazdırdığı “ana”, “Vətən”, “Azərbaycan” sözləri, atası Nazim kişidən və məktəbdə digər müəllimlərindən aldığı tərbiyə sayəsində Azərin vətən sevgisi daha da güclənib.

Milli Ordu sıralarında həqiqi hərbi xidmətdən sonra bir gün mərhum həmyerlisi, şair Şaiq Vəlinin şeirinə rast gəlir. Həmin poetik nümunənin misraları onun gələcək həyat yolunun müəyyənləşməsinə vəsilə olur:

Daş, beton dirəklər nəyə gərəkdir,
Qollarım bir sərhəd dirəyi ikən?!

Beləliklə, ömürlük Vətən keşikçisi olmaq istəyən Azər DSX-ya qəbul edilir. Nümunəvi xidməti ilə fərqlənir. Layiq görüldüyü “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” və “Hərbi xdmətdə fərqlənməyə görə” medallarını bayram günlərində fəxrlə döşünə taxır.

Vətən müharibəsi Azərin taleyində həlledici rol oynayıb. Cəbrayılın Mahmudlu, Soltanlı, Əmirvarlı, Göyərçin Veysəlli, Keyxalı, Maşanlı və Hasanlı kəndlərində, Zəngilanın isə 16-dan çox yaşayış məntəqəsində onun silinməz ayaq izləri var.

Döyüş yoldaşlarının Zəngilanda çəkdiyi videoda Azər erməni məktəb binasına daxil olur. Hay bayrağının və qondarma qəhrəman–terrorçu Monte Melkonyanın şəkillərini divardan qoparıb ayaq altına atır. Sonra zaman-zaman türkün tarixini və coğrafiyasını mənimsəyən oğru millətin “simvol”larının sərgiləndiyi digər kağız-kuğuzu cırıb tullayır. Hayların xülyalarında, miflərində yaratdıqları “böyük Ermənistan” xəritəsinin, “tarixi” abidələrin şəkilləri, beləcə, layiq olduğu qiymətini alır. Döyüş yoldaşlarının sözlərinə görə, Azər hər erməni öldürdükcə “Bu da Xocalının hayıfı!” – deyirdi.

Dövlət başçımızın sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş Azər Yusifli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Oktyabrın 22-də doğma kəndi Böyük Kəsikdə onunla vida görüşünə bütün el-oba gəlmişdi. Aşıq Veysəlin dili ilə “Mənim sadiq yarım qara torpaqdır”, – deyən qəhrəman öz nəşi ilə Vətən torpağını bir ovuc da artırıb. Vaxtilə oxuduğu tam orta məktəb indi onun adını daşıyır.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 07:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see941

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see413

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see323

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see236

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see228

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see227

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see220

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see209

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see204

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see197

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see195

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see193

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see191

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see189

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see186

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see185

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see180

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see178

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see175

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri