Icma.az
close
up
RU
Zəngilanın azad edilməsi şanlı Zəfər tariximizdir MÜNASİBƏT BİLDİRİLDİ

Zəngilanın azad edilməsi şanlı Zəfər tariximizdir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəngilanın azad edilməsi şanlı Zəfər tariximizin silinməz salnamələrindəndir. Bu tarixi qələbə Azərbaycan Ordusunun igidliyi, xalqımızın birliyi və cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində əldə olundu. 2020-ci ilin oktyabrın 20-si xalqımızın yaddaşına əbədi qürur və fəxarət günü kimi yazıldı. Zəngilanın erməni işğalından azad olunması Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtəsinə çevrildi. Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib. O xatırladıb ki, 2020-ci il oktyabrın 20-də erməni işğalından azad olunmuş Zəngilanın ilk görüntüləri ürək ağrıdıcı idi: "Digər işğaldan azad edilmiş bölgələrimizdə olduğu kimi, erməni vandalları Zəngilanı da yerlə yeksan edib, yüzlərlə tarixi-mədəni abidələrimizi, o cümlədən bəzilərinin tarixi bizim eradan əvvəlki dövrlərə aid olan qədim nekropolları dağıdıb, Zəngilan ərazisindəki faydalı qazıntı yataqlarını qeyri-leqal olaraq vəhşicəsinə istismar ediblər. Rayon ərazisindən keçən bol sulu Araz, Oxçuçay, Bəsitçay və Həkəri çayları işğal dövründə həddindən artıq çirkləndirilmişdi. Rayonun meşə örtüyü qırılıb yandırılmış, bütövlükdə bölgənin ekologiyasına uzun müddət bərpa oluna bilməyəcək dərəcədə ziyan vurulmuşdu".Deputat bildirib ki, döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərən hərbi qulluqçularımız "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif ediliblər: "Bu, hərbi qulluqçularımıza göstərilən böyük diqqətin növbəti təsdiqidir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 20 oktyabr Zəngilan Şəhəri Günü kimi müəyyən olunub. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Böyük Qayıdışın ilk addımlarından biri də məhz Zəngilan rayonunda atılıb. Belə ki, işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir. Azad edilmiş ərazilərimizə qayıdışla bağlı birinci pilot layihə də Zəngilanda icra edildi. Rayonun Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayından Ağalı kəndinin sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün əminliklə deyə bilərik ki, Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir".Parlamentari diqqətə çatdırıb ki, Zəngilan keçmişdə olduğu kimi indi də Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən bölgədir: “Zəngilandan keçəcək Zəngəzur dəhlizi ölkəmizin qərb bölgələrini Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirəcək. Bu dəhlizin açılması ilə uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasının nəinki qərb bölgələrimizlə, eyni zamanda, bütün bölgə dövlətləri ilə birbaşa əlaqəsi təmin olunacaq. Bu, həm də tarixi Azərbaycan ərazisi olan qədim Zəngəzura yenidən qayıdışımızı təmin edəcək".Ölkə başçısının Zəngilan rayonuna səfərlərini xüsusilə diqqətə çatdıran millət vəkili Səbinə Salmanova qeyd edib ki, işğaldan azad olunan Zəngilan rayonuna Prezident İlham Əliyev müxtəlif vaxtlarda 10-dan çox səfər edib. Böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Zəngilan rayonunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Cənab Prezidentin bütün səfərlərində mühüm infrastruktur obyektlərinin təməqoyma mərasimləri olub. Mühüm infrastruktur obyektləri arasında Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması, eləcə də Zəngilan Beynəlxalq Hava Limanının açılışı xüsusilə qeyd edilməlidir. Bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Horadiz-Zəngilan-Ağbənd dəmir yolu isə azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Sonda qeyd edim ki, hazırda işğaldan azad edilən digər ərazilərimiz kimi Zəngilan şəhəri və kəndlərində də genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Tezliklə Zəngilan respublikamızın ən gözəl şəhərindən birinə çevriləcək”.

Müəllif: Günel Fərzəliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri